Ian Colebourne appointed as new Deloitte CIS Managing Partner

Press-relizlər

İan Kolbourn Deloitte MDB-nin yeni Baş İdarəedici Partnyoru təyin edilib

Press-reliz

Deloitte MDB məmnuniyyətlə bildirir ki, İan Kolbourn Deloitte MDB-nin yeni İdarəedici Partnyoru təyin edilib və vəzifəsini 2015-ci il yanvarın 1-dən icra etməyə başlayıb.

İan Kolbourn öz vəzifə müddətini başa vuran və fəaliyyətini təkrar Deloitte-in Böyük Britaniyadakı ofisində davam etdirəcək David Oueni əvəz edir. Ouenin rəhbərliyi altında Deloitte MDB-nin fəaliyyəti bir sıra istiqamətdə böyüdü və inkişaf etdi. O, çox mühüm ERP layihəsini qazanmaqla və Rusiya üzrə iştirakımızı Ufa və Yekaterinburqda yeni ofislərin açılması ilə genişləndirməklə MDB üzrə və beynəlxalq müştərilərə göstərilən xidmətlərdə yaxından iştirak etmişdir. Deloitte şəbəkəsinin beynəlxalq dəstəyinin artması və məqsədyönlü investisiyalar nəticəsində şirkət Kolbournun iştirak etdiyi dələduzluq araşdırmaları daxil olmaqla, vergi, CFO xidmətləri sahəsində bazarda aparıcı imkanlarını möhkəmləndirmiş və Strategiya Konsaltinqi üzrə yeni resurslar cəlb etmişdir. Şirkət hazırda davamlı inkişafı və uğurlu rəqabəti təmin edə biləcək çox möhkəm platformaya malikdir.

Deloitte MDB-nin yeni Baş İcraçı Direktoru olaraq, Kolbourn 11 MDB ölkəsinin 18 ofisində 2,500-dən artıq mütəxəssisə rəhbərlik edəcəkdir. Onun fəaliyyəti Deloitte MDB-nin yeniləmiş strategiyasının icrası ilə, şirkətin Deloitte üçün hələ də çox əhəmiyyətli beynəlxalq bazar hesab olunan Rusiya və MDB-dəki mövqeyinin möhkəmləndirilməsinə yönələcəkdir. Hazırda Deloitte MDB-də Audit departamentinin rəhbəri və COO olan Quentin O'Toole Baş İcraçı Direktor müavini təyin edilmişdir. Colebourne və O'Toole regionda 20 ildən artıq təcrübəyə malik rəhbər işçilərdəndirlər.

“Biznesimizi inkişaf etdirmək üçün ilk növbədə bizim güclü komandamız, mükəmməl brendimiz və saysız imkanlarımız vardır”, Kolbourn bildirib. “Deloitte qlobal səviyyədə iddialı hədəflər müəyyən etmişdir və MDB bu sahədə mühüm elementlərdəndir. Bu hədəfə doğru irəliləmək fəaliyyət sahəmiz üzrə peşəkar inkişafa və nailiyyətə yol açacaqdır. Bir şirkət kimi davamlı uğurumuzu müştərilərimizə yaxın olmaqla, onların tələblərini başa düşməklə və onların gözləntilərindən daha artığını həyata keçirməklə təmin edəcəyik.”

Ouen qeyd edib: “Müştərilərimiz üçün həyata keçirdiyimiz işlərə, şirkətin inkişafına və maliyyə nəticələrinə, həmçinin, bununla işçilərimizin təkmilləşməsi üçün yaranan imkanlara görə fəxr hissi keçirirəm. Son 12 ayda baş verən siyasi və iqtisadi məsələlərə baxmayaraq planlarımızı və məqsədlərimizi həyata keçirməyə davam edirik və qüvvəmizi müştəriləri yüksək keyfiyyətli və bazar tələblərinə uyğun xidmətlərlə təmin etməyə yönəldirik. Moskva şəhərində yaşayıb çalışmaq mənə zövq verdi və belə inkişaf mərhələsində MDB regionu üçün məsuliyyət daşımaq mükəmməl dərin bir təcrübə oldu. Şirkətdə çalışan həmkarlarıma dərin hörmətim var və birlikdə nail olduğumuz uğuru yeni rəhbərin başçılığı ilə möhkəmləndirəcəklərinə tam inanıram.”

Kolbourn Rusiyaya ilk dəfə 2000-ci ildə gəlib və on ildən artıq Moskva şəhərində yaşayıb. 20 illik karyerası müddətində MDB-də aparıcı dələduzluq (forensic) araşdırmaları təcrübəsinin yaradılması, Risk Konsaltinqi sahəsinə rəhbərlik və Böyük Dördlüyün digər bir şirkətində EMEA dələduzluq araşdırmaları Qrupuna sədrlik daxil olmaqla müxtəlif vəzifələrdə böyük uğurlar qazanıb. Deloitte-ə 2012-ci ildə Ouenin İcraçı komandasının üzvü olaraq Maliyyə Məsləhəti Xidmətlərinə rəhbər kimi qoşulub.

Kolbourn ailəlidir, dörd övladı vardır. O, Birmingem Universitetinin (BB) Bioloji Elmlər üzrə bakalavr diplomuna malikdir və bu universitetdə fərqlənmə ilə Ümumi Peşə İmtahanından və Hüquq Təcrübəsi Kursunu keçərək Vəkil ixtisasına yiyələnib.

Moskva, 13 Oktyabr 2014

Did you find this useful?