Uşaqlar Günü 2014

Təfərrüatlar

"Böyük 4-lük" Böyük Dəyişiklik üçün

Korporativ Sosial Məsuliyyət təşəbbüsü

Fərq yaradan həllər

“Böyük 4-lük Böyük Dəyişiklik üçün” (KSM) korporativ sosial məsuliyyət təşəbbüsü

27 dekabr 2015-ci il tarixində Landmark Biznes Mərkəzinin Rotunda zalında Deloitte Azərbaycan şirkətinin birgə maliyyələşdirdiyi və təşkil etdiyi xeyriyyə bazarı keçirilmişdir. Tədbir, Böyük 4-lüyün digər üzvləri – EY, KPMG və PwC ilə əməkdaşlıq səviyyəsində çox maraqla gözlənilən birgə sosial məsuliyyət fəaliyyəti olub, Böyük 4-lük Böyük Dəyişiklik üçün layihəsi çərçivəsində təşkil edilmişdir.

Böyük 4-ün yerli üzv şirkətləriylə əməkdaşlığın nəticəsi olaraq, Azərbaycandakı Böyük 4-lük 2015-ci il üzrə Böyük 4-lük Böyük Dəyişiklik üçün təqvimini hazırlamışdır. Təqvim Bakıda yerləşən “Ümid Yeri” uşaq evinin balaca istedadlı sakinləri tərəfindən çəkilmiş rəsm əsərləri əsasında yaradılmışdır.

Böyük 4-lüyün Bakıda yerləşən üzv şirkətlərinin 40-dan artıq əməkdaşı, direktorları, partnyorları uşaqlar üçün keçirilən Yeni İl tədbirlərinə qatılmış, onların akva-qrim sevincini paylaşmış və sehrbazın maraqlı çıxışlarını birlikdə izləmiş, uşaqların rəsmlərini, əl işlərini nümayiş etdirərək satışa çıxarmışlar. Maliyyə yığımını nəzərdə tutan xeyriyyə bazarında stolların üzərinə Landmark Rotunda-dan “pryanik ev”, müxtəlif bişintilər və şokolad, kiçik pizzalar, fransızsayağı kartof qızartması və meyvə şirələri kimi çoxlu sayda gözəl və Yeni İli xatırladan nemətlər düzülmüşdü.

Bu xeyriyyə bazarından əldə edilən vəsaitlər birbaşa olaraq “Ümid Yeri” uşaq evinin sakinləri üçün hədiyyələrin alınmasına sərf edildi.

Biz Fərq Yaradan Həllər ideyasına uyğun olan bu cür böyük layihədəki iştirakımızla fəxr edirik.

 

İyunun 13-ü 2014-cü ildə Deloitte Azərbaycanın SOS Uşaq Kəndləri ilə birgə özünün ilk Xeyriyyə Uşaq Gününü keçirdi. Bu tədbir Ailənin Möhkəmləndirilməsi Layihəsinin dəstəklənməsinə yönəlib.

Uşaqlar Günü-nə aid foto hesabat 2014-ü yüklə.  

Did you find this useful?