Xəbərlər

Korporativ idarəetmə. Risklərin idarə edilməsi. Daxili nəzarət. Daxili audit. 

24-25 aprel 2024

“Dəyər üzərində köklənək: Həddindən artıq əmin olmayaq və risklərə bir daha nəzər salaq” adlı hesabatında Deloitte Qlobal şirkətlərin departament direktorları, müdirləri və digər rəhbər vəzifələrini  tutan şəxslərin risk haqqında təsəvvürünü təhlil edərkən müəyyən etmişdir ki, şirkət rəhbərləri şirkətlərində risklərin idarə edilməsi ilə bağlı imkanların və keçirilən tədbirlərin lazımi səviyyədə olmasından həddindən artıq əmindir. Lakin məsələyə daha dərindən nəzər salan zaman, şirkətlərdə risk strategiyalarının və risklərin cavablandırılması ilə bağlı fəaliyyət planlarının hazırlanması zərurəti, və müvafiq imkanlar ortaya çıxmışdır.

Son illər ərzində Azərbaycan və keçmiş MDB ölkələrində fəaliyyət göstərən 20-dən çox şirkətə korporativ əsasda keçirilmiş və iştirakçılar tərəfindən yüksək qiymət almış bu təlimə qeydiyyatı açıq elan etməkdən məmnunluq duyuruq. 

İki gün davam edən təlimdə aşağıdakıları öyrənəcək və praktiki tapşırıqlarla biliklərimizi möhkəmləndirəcəyik:

  • Risklərin idarə edilməsinin əsasları (Risklərin idarə edilməsi funksiyası, Risk anlayışları, “Risk  iştaha”sı (risk appetite), Risk və Şirkətin məqsədləri arasında əlaqə, Risklərin növləri, Rəğbətləndirilmiş və Rəğbətləndirilməmiş risklər)
  • Korporativ İdarəetmənin və Daxili Nəzarətin əsasları (Beynəlxalq vəziyyət, COSO, İdarəetmə və Nəzarət Arenası, Daxili və Kənar Maraqlı Tərəflər, Vəzifə və Öhdəliklər)
  • Risklərin Qiymətləndirilməsi (Risklərin müəyyən edilməsi, Risklərin ölçülməsi, Risklərin təsnifləndirilməsi).
  • Risk hesabat sistemi
  • Risklərə cavab prosesinin əsasları
  • Daxili Nəzarətin əsasları (Daxili Nəzarətin Təşkili, Daxili Nəzarət Funksiyası,
  • Nəzarət anlayışları, Nəzarətin növləri, risk – nəzarət əlaqəsi, nümunələrə və nəzarətin əhəmiyyətinə dair müzakirələr, güclü və zəif nəzarət, nəzarətin növlərinin üstünlükləri və çatışmazlıqları).
  • Fəaliyyət prosesində daxili nəzarət
  • Praktiki tapşırıqlar

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric).

Tarix: 24-25 aprel 2024-cü il

Vaxt: 09:00–18:00 (qeydiyyat 08:30-da başlayır)

Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər ofisi 

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210.

Did you find this useful?