Məxfilik

Məxfilik Bildirişi

Ən son yeniləndi: 9 İyun, 2016

Giriş

Deloitte.com müxtəlif fərdi qlobal, yerli, regional və ya fəaliyyət sahəsi üzrə xüsusi vebsaytlardan ibarətdir və bu vebsaytlar Deloitte Touche Tohmatsu Limited ("DTTL") və ya ona üzv şirkətlər və ya onlarla əlaqəli müəssisələr (birlikdə "Deloitte Şəbəkəsi") tərəfindən təqdim olunur. Bu fərdi vebsaytlar hər veb səhifənin yuxarı sağ hissəsində göstərilir.

Bu Məxfilik Bildirişi deloitte.com-un yalnız yuxarı sağ hissədə Azərbaycan göstərilmiş xüsusi veb səhifələrinə şamil olunur və belə veb səhifələr aşağıda "bu Vebsayt" kimi göstərilir.

Azərbaycanda yerləşən DTTL üzv şirkəti olan "Deloitte & Touche LLC" (aşağıda "biz", "bizə", "bizi" və ya "bizim" kimi göstərilir) məxfilik tələblərini yerinə yetirən beynəlxalq təşkilatdır. Biz, Deloitte Şəbəkəsinin bu Vebsaytı təqdim edən üzvüyük və hazırkı Məxfilik Bildirişində bu Vebsayt vasitəsilə ziyarətçilərin toplanmış məlumatlarını qoruma qaydalarımız açıqlanır.

Bu Vebsaytdan istifadə etməklə siz bu Məxfilik Bildirişində qeyd olunmuş sizə məxsus məlumatların istifadəsinə razılıq vermiş olursunuz.

Qeyd edək ki, deloitte.com-a daxil olan digər yerli, regional və ya fəaliyyət sahəsi üzrə xüsusi vebsaytlar Deloitte Şəbəkəsinin üzvü olan digər müəssisələrə məxsusdur və bizim tərəfimizdən təqdim olunmur. Belə vebsaytlar, eləcə də bu Vebsaytla əlaqələnən digər vebsaytlar bu Məxfilik Bildirişi ilə tənzimlənmir. Biz, hər hansı şəxsi məlumatları açıqlamazdan əvvəl digər belə vebsaytların məxfilik bildirişlərinin hər birini nəzərdən keçirməyi ziyarətçilərə təklif edirik.

Hazırkı Məxfilik Bildirişinə vaxtaşırı olaraq bu Vebsaytın müəyyən sahələrinə (məs., işəgötürmə) aid məxfilik bildirişləri əlavə edilir və ya düzəlişlər həyata keçirilir. Onlayn işəgötürmə prosesi barədə daha ətraflı məlumat üçün belə sahəni tənzimləyən xüsusi bildirişi nəzərdən keçirin.

Bu Məxfilik Bildirişi ilə bağlı hər hansı sualınız olarsa, bizimlə əlaqə keçidi vasitəsilə sayt inzibatçısı ilə əlaqə yarada bilərsiniz.

Məlumatların toplanması

Bir ziyarətçi kimi siz Vebsaytdan istifadə etmək üçün heç bir şəxsi məlumat təqdim etməli deyilsiniz. Bu Vebsaytda yalnız xüsusi və könüllü olaraq ziyarətçilər tərəfindən təqdim olunan məlumatlar toplanır. Belə məlumat sizin adınızdan, cari vəzifənizdən, şirkətin ünvanından, e-poçt ünvanınızdan, telefon və faks nömrələrinizdən ibarət ola, lakin onlarla məhdudlaşmaya bilər.

Həmçinin, biz bloq yazıları, forumlar, vikilər kimi sizin təqdim etdiyiniz, lakin onlarla məhdudlaşmayan hər hansı digər məlumatları və bizim təqdim etdiyimiz digər sosial tətbiqi proqramları və xidmətləri də saxlaya və onlar üzərində işləyə bilərik.

Adətən, biz ziyarətçilərdən həssas məlumatları (məs., irqi və etnik mənsubiyyət, dini etiqad, məhkumluq tarixçəsi, fiziki və ya psixi sağlamlıq və ya cinsi oriyentasiya) əldə etməyə çalışmırıq. Lazım olduqda biz belə məlumatların toplanması və istifadə edilməsi üçün sizin birbaşa razılığınızı alacağıq.

Qeydiyyat məlumatı, kukilər və veb mayaklar

Sayt, sizin İP ünvanınız, brauzerinizin növü və dili, giriş vaxtlarınız və yönləndirici vebsayt ünvanı kimi standart internet qeydiyyat məlumatlarını toplayır. Vebsayta ciddi nəzarətin olmasını təmin etmək və təkmilləşdirilmiş naviqasiyaya imkan yaratmaq məqsədilə biz və ya bizim xidmət tədarükçülərimiz ümumi məlumatları toplamaq üçün kukilərdən (istifadəçinin brauzerində saxlanan kiçik mətn faylları) və ya Veb mayaklardan (Konkret səhifəyə daxil olmuş ziyarətçilərin sayını qeyd etmək və müəyyən kukilərə çıxış əldə etmək üçün Vebsayta imkan yaradan elektron şəkillər) istifadə edə bilər. Kukilərdən istifadə qaydalarımız və digər izləyici texnologiyalar, eləcə də bunlara nəzarət etməyin qaydaları barədə əlavə məlumatı bizim kuki bildirişdən əldə edə bilərsiniz.

Məlumatlardan istifadə

Bəzən, məsələn, konkret məlumatlara çıxış əldə etmək, konfransda iştirak etmək, sorğuya cavab vermək və ya xüsusi maraq dairəsi barədə məlumatlar üçün sorğu göndərmək məqsədilə bu sayt vasitəsilə şəxsi məlumatlar təqdim edə bilərsiniz. Belə hallarda təqdim etdiyiniz məlumat sizin sorğunuzu cavablandırmaq, bu Vebsaytı və sizə təklif olunan xidmətləri sizin tələblərinizə uyğunlaşdırmaq və təkmilləşdirmək üçün istifadə ediləcək. Həmçinin, biz marketinq məqsədləri üçün və yaxud Deloitte Şəbəkəsinə daxil olan müəssisələrin göstərdiyi xidmətlərlə bağlı sizin marağınıza səbəb ola biləcək reklam xarakterli materiallar və ya məlumatlar göndərmək üçün sizin şəxsi məlumatlarınızdan istifadə edə bilərik. Deloitte Şəbəkəsinə daxil olan müəssisələrin göstərdiyi xidmətlərlə bağlı sizin rəyinizi əldə etmək və yaxud bazar və ya digər tədqiqat məqsədləri üçün sizinlə əlaqə yarada bilərik.

Sizin şəxsi məlumatlarınız bizim və istifadəçilərimizin hüquqlarını və ya mülkiyyətini qorumaq və müvafiq olduqda, hüquqi proseslər üzrə tələbləri yerinə yetirmək məqsədilə də istifadə edilə bilər.

Siz, bu Vebsayt vasitəsilə şəxsi məlumatlar təqdim edərkən cavab olaraq sizə göndərdiyimiz elektron məktubların və ya digər məlumatların dayandırılmasını istənilən zaman tələb edə bilərsiniz.

Məlumatların üçüncü tərəflərə açıqlanması

Marağınızda olan məlumatların sizə verilməsi və bazar və ya digər araşdırmalar məqsədilə sizə məxsus şəxsi məlumatları Deloitte Şəbəkəsinə daxil olan digər müəssisələrə təqdim edə bilərik. Şəxsi məlumatlar satış, özgəninkiləşdirmə, yenidəntəşkil, birləşmə və ya satınalma kimi korporativ əməliyyatlar zamanı müraciətlərinizə və ya sorğularınıza cavab vermək məqsədilə, yaxud digər tərəflər bizim adımızdan müvafiq məlumatlardan istifadə etdikdə şəxsi məlumatlar Deloitte Şəbəkəsinə daxil olan müəssisələrə və digər tərəflərə açıqlana bilər.

Bu açıqlamalar zamanı şəxsi məlumatlar müvafiq məlumatların qorunması üzrə sizin yaşadığınız ərazidə qüvvədə olan qaydalara bənzər qaydaların tətbiq edilmədiyi ölkələrə və ya bölgələrə ötürülə bilər.

Şəxsi məlumatlar istənilən halda hüquqi və ya qanunvericilik üzrə öhdəlikləri və ya tələbləri yerinə yetirməklə hüquq-mühafizə orqanlarına, tənzimləyici və ya digər dövlət orqanlarına, yaxud digər üçüncü tərəflərə də açıqlana bilər.

Bu Vebsayt vasitəsilə məlumat təqdim etməklə siz yuxarıda qeyd olunmuş açıqlamalara razılıq vermiş olursunuz.

Bloqlar, forumlar, vikilər və digər sosial media

Bu Vebsaytda müxtəlif bloqlar, forumlar, vikilər və digər sosial media proqramları və ya xidmətləri yerləşdirilə bilər ki, bu da məlumatları digər istifadəçilərlə bölüşməyə imkan yaradır (birlikdə "Sosial Tətbiqi Proqramlar"). Sosial Tətbiqi Proqrama daxil etdiyiniz hər hansı şəxsi və ya digər məlumatlar həmin proqramın qismən nəzarətimizdə olan və ya ümumiyyətlə nəzarətimizdə olmayan digər istifadəçiləri tərəfindən oxuna, toplana və istifadə edilə bilər. Bu səbəbdən biz hər hansı digər istifadəçilər tərəfindən Sosial Tətbiqi Proqramlara daxil etdiyiniz şəxsi məlumatlardan istifadə və ya sui-istifadə edilməsinə və yaxud qeyri-qanuni mənimsənilməsinə görə məsuliyyət daşımırıq.

Məlumatlara çıxış

Məlumatlarını yeniləmək üçün belə məlumatlara çıxış imkanı əldə etmək istəyən və ya informasiya mübadiləsini davam etdirmək istəməyən ziyarətçilər bizimlə əlaqə keçidindən istifadə edərək inzibatçı xidməti ilə əlaqə yaratmalıdır. İstənilən halda biz, müvafiq hüquqi tələblərə uyğun olaraq məlumatlara çıxış əldə etmək və ya dəyişiklik etmək üzrə müraciətləri nəzərə alacağıq.

İnformasiya təhlükəsizliyi

Biz, ziyarətçilər tərəfindən bu Vebsayt vasitəsilə təqdim edilmiş bütün məlumatları icazəsiz istifadədən, açıqlanmadan, dəyişilmədən və ya məhv edilmədən qorumaq məqsədilə texnologiyalar və əməliyyat təhlükəsizliyi üzrə münasib kommersiya standartları müəyyən etmişik.

Məxfilik Bildirişimizə Dəyişikliklər

Biz, öz mülahizəmizə əsasən bu Məxfilik Bildirişinə vaxtaşırı dəyişiklik və ya düzəlişlər edə bilərik. Bildirişə dəyişikliklər etdikdə bu səhifənin yuxarı hissəsindəki yenilənmə tarixinə də düzəliş edəcəyik və belə dəyişiklik və ya düzəliş edilmiş Məxfilik Bildirişi həmin yenilənmə tarixindən etibarən sizə və ya sizə məxsus məlumatlara da aid olacaq. Sizə məxsus məlumatların qorunması üzrə qaydalarımız barədə məlumatlı olmaq üçün vaxtaşırı bu Məxfilik Bildirişini nəzərdən keçirməyinizi tövsiyə edirik.

Uşaqların şəxsi məlumatlarının qorunması

Biz interaktiv internet sahəsində uşaqların şəxsi məlumatlarının qorunmasının əhəmiyyətli olduğunu başa düşürük. Bu Vebsayt 13 yaşlı və daha kiçik uşaqlar üçün nəzərdə tutulmamışdır. Bilərəkdən 13 yaşlı hər hansı şəxs barədə məlumatları toplamaq və ya saxlamaq bizim siyasətimizə daxil deyildir.

Ziyarətçilərin sualları

Bu Vebsaytdan istifadə edərkən sizə məxsus məlumatların məxfiliyi ilə bağlı hər hansı sualınız və ya narahatlığınız olarsa, bizimlə əlaqəkeçidindən istifadə edərək inzibatçı xidməti ilə əlaqə yarada bilərsiniz.