Kuki fayllar

Kuki Bildirişi

Ən son yeniləndi: 9 İyun, 2016

Bu vebsaytda kukilərdən istifadə edilməsi istifadə təcrübəsini artırmaq və vebsaytın effektiv fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Kuki Bildiriş şirkətimizin Məxfilik Bildirişinin bir hissəsini təşkil edir. Haqqımızda və ziyarətçi məlumatlarının qorunması ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Məxfilik Bildirişimizə baxa bilərsiniz.

Fərdi yanaşmaya əsaslanan və daha operativ xidmətlər təqdim etmək üçün sizin bu Vebsaytdan istifadə qaydanıza dair məlumatları yaddaşda saxlamalıyıq. Kukilər adlı kiçik mətn fayllarından istifadə etməklə buna nail olmaq mümkündür. Kukilər kiçik həcmli məlumatlardan ibarətdir və bu Vebsaytın serverindən kompüterinizə və ya digər qurğuya yüklənir. Daha sonra Veb brauzeriniz, sizin tanınmağınız və istifadəçi kimi üstünlüklərinizin xatırlanması üçün hər növbəti ziyarətdə bu kukiləri Vebsayta geri göndərir. Kukilər və onların işinə dair daha ətraflı məlumat əldə etmək üçün http://www.aboutcookies.org/ ünvanına daxil ola bilərsiniz.

Bu Vebsaytdan istifadə etdiyiniz zaman məlumatlar kukilərdən və digər texnologiyalardan istifadə etməklə toplana bilər. Bu Vebsaytdan istifadə etməklə siz, bu Kuki Bildirişdə qeyd olunan kukilərdən istifadə etməyimizə, eləcə də müvafiq kuki bildirişlərdə təsvir olunan sizin daxil ola biləcəyiniz digər yerli, regional və ya fəaliyyət sahəsi üzrə xüsusi deloitte.com vebsaytları ilə bağlı kukilərdən istifadə etməyimizə razılıq vermiş olursunuz.

Hansı kukilərdən və niyə istifadə edirik?

İstifadə etdiyimiz müəyyən kukilər Vebsaytda hərəkət etmək və qeydiyyatdan keçmiş istifadəçilərlə bağlı məlumatları əks etdirən təhlükəsiz sahələrə çıxış kimi funksiyalardan istifadə edə bilmək üçün əhəmiyyət kəsb edir.

Həmçinin, seçimləriniz haqqında məlumatları qeydə almaq və saytı istifadəçilərimizin tələblərinə uyğunlaşdıra bilmək, məsələn, sizə aid dili və ya bölgəni və ya axtarışı bitirməyinizi xatırlamaq üçün funksional kukilərdən istifadə edirik. Bu məlumat adətən anonim olur və hər hansı digər məqsədlə istifadə edilmir.

Biz və ya xidmət tədarükçülərimiz məlumatların nə dərəcədə effektiv olduğunu, istifadəçilərimizin nə kimi maraqlara sahib olduğunu müəyyən etmək və Vebsaytın işini yaxşılaşdırmaq üçün analitik xidmətlərdən istifadə edir. Bundan əlavə, biz, ziyarətçilərin sayını hesablamaq üçün veb mayaklardan (web beacons) və ya izləmə piksellərindən (tracking pixels), Vebsayta çıxışı olan fərdi istifadəçilərin sayını bilmək və sayta nə dərəcədə tez-tez daxil olduqlarını izləmək üçün isə ziyarətlərin tezliyini qeydə alan kukilərdən (aktivlik kukiləri) istifadə edirik. Bu məlumat yalnız statistika məqsədilə istifadə olunur və biz hər hansı istifadəçinin şəxsiyyətini müəyyənləşdirmək niyyəti ilə belə məlumatlardan istifadə etmirik. Lakin bu Vebsaytda qeydiyyatdan keçmisinizsə, ondan necə istifadə etmənizlə bağlı daha ətraflı təhlil aparmaq üçün biz bu məlumatı veb analitik xidmətlərdən və kukilərdən əldə edilən məlumatla birləşdirə bilərik.

Reklamlar yerləşdirmək üçün bu Vebsaytda reklam xarakterli kukilərdən istifadə edilmir.

İstifadə etdiyimiz kukilər haqqında daha ətraflı məlumat əldə etmək istədikdə bizimlə əlaqə saxlaya bilərsiniz.

Kukilərə necə nəzarət etməli?

Bu Vebsaytdan istifadə etməklə, siz təsdiq edirsiniz ki, biz yuxarıda qeyd edilən kukiləri sizin kompüterinizə və ya hər hansı qurğunuza yükləyə bilərik. Lakin siz müxtəlif yollarla kukilərə nəzarət və onları idarə edə bilərsiniz. Unutmayın ki, kukilərin silinməsi və ya bloklaşdırılması istifadə təcrübənizə təsir edə və artıq Vebsaytın bölmələrinə tam çıxış imkanı olmaya bilər.

Brauzerin idarə edilməsi elementləri

          Bir çox brauzerlər vasitəsilə sizə məxsus kukiləri görə və onları fərdi qaydada silə və ya konkret və ya bütün vebsaytlara qarşı bloklaşdıra bilərsiniz. Nəzərə alın ki, bütün kukiləri sildiyiniz halda, imtiyazlarınız haqqında bütün məlumatlar, eləcə də kukilərin istifadəsindən imtina imtiyazınız da ləğv ediləcək (çünki bu, özlüyündə imtina kukisinin müəyyən olunmasını tələb edir). Kukilərin bloklaşdırılması və ya yoxlanması məqsədilə brauzer parametrlərinizi dəyişmə qaydası haqqında daha ətraflı məlumat üçünhttp://www.aboutcookies.org/ və ya http://www.cookiecentral.com/faq/ ünvanına daxil olun.

Analitik kukilərin idarə edilməsi

          Vebsaytlardakı anonim brauzer aktivliyinizin analitik kukilər vasitəsilə qeydə alınmasından imtina edə bilərsiniz. Biz aşağıdakı xidmət tədarükçüləri ilə əməkdaşlıq edirik və onların məxfilik siyasəti barədə, eləcə də onların kukilərinin istifadəsindən imtina etməklə bağlı daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz.

Adobe: http://www.adobe.com/privacy/opt-out.html

Google Analytics: http://www.google.com/analytics/learn/privacy.html

Yerli Paylaşılan Obyektlər və ya Fləş Kukilər

          Yerli paylaşılan obyekt və ya fləş kukilər bir çox digər brauzer kukilərinə bənzəyir, lakin burada əlavə məlumat növləri saxlanıla bilər. Belə kukilərə yuxarıda qeyd edilmiş mexanizmlərdən istifadə etməklə nəzarət oluna bilməz. Media pleyer funksiyası üzrə istifadəçi imtiyazlarının yaddaşda saxlanması üçün bu Vebsaytın müəyyən bölmələrində belə kukilərdən istifadə edilir və bu kukilər olmadan video məlumatları işə salmaq mümkün deyil. Adobe vebsaytına daxil olmaqla bu kukiləri mexaniki qaydada idarə etmək olar.

http://www.macromedia.com/support/documentation/en/flashplayer/help/settings_manager07.html

Sosial şəbəkələrə giriş düymələri

İstifadəçilərimizin veb səhifələr paylaşa və ya belə səhifələrə qoşula bilməsi üçün "sosial şəbəkələrə giriş düymələri"ndən istifadə edirik. Bu "düymələr" digər sosial media saytları üçün nəzərdə tutulur və bu saytlar, hazırkı Vebsayt da daxil olmaqla, internet səhifələrinə sizin fəaliyyətiniz haqqında məlumatlar daxil edə bilər. Belə saytların sizə məxsus məlumatlardan necə istifadə etmələrinə və belə məlumatdan imtina etmə və ya onu ləğv etmə qaydasına dair anlayış əldə etmək üçün həmin saytların müvafiq istifadə şərtlərini və məxfilik qaydalarını nəzərdən keçirməyiniz xahiş olunur.

Kənar veb xidmətlər

Vebsaytın səhifələrindəki məlumatları əks etdirə bilmək, məsələn, şəkillərin, videoların nümayişi və ya sorğuların aparılması üçün bəzən kənar veb xidmətlərdən istifadə edirik. Sosial şəbəkə düymələrində olduğu kimi, sizin belə məlumatlardan istifadənizlə bağlı informasiyanın toplanmasında bu saytlara və ya kənar domenlərə mane ola bilmərik.

Elektron Məktublar

Sizə göndərdiyimiz müəyyən elektron məktubları oxuduğunuzu, açdığınızı və ya digər tərəfə ötürdüyünüzü müəyyən etmək üçün izləmə texnologiyalarından istifadə edə bilərik və beləliklə, kommunikasiyanın daha faydalı və maraqlı olmasını təmin edə bilərik. Məktublarımızı oxuduğunuzu, açdığınızı və ya digər tərəfə ötürdüyünüzü təsdiqləməyimizi istəmirsinizsə, müvafiq qeydiyyatı ləğv etməlisiniz, çünki izləmə funksiyasını işə salmadan belə elektron poçtları göndərməyimiz mümkün deyil. Qeydiyyatdan keçmiş abunəçilər kommunikasiya parametrlərini istənilən zaman bizimlə əlaqə yaradaraq yeniləyə bilər, yaxud bizdən aldığınız fərdi elektron məktublarda qeyd edilmiş təlimatları yerinə yetirərək müvafiq abunəliyi dayandıra bilərsiniz.

Öz mülahizələrimiz əsasında hazırkı Kuki Bildirişə vaxtaşırı dəyişiklik və ya düzəlişlər edə bilərik. Bildirişə dəyişikliklər etdiyimiz zaman bu səhifənin yuxarı hissəsindəki yenilənmə tarixinə də düzəliş edəcəyik və dəyişiklik və ya düzəliş edilmiş belə Kuki Bildiriş həmin yenilənmə tarixindən etibarən siz və sizə məxsus məlumatlar üçün etibarlı hesab olunacaq. Kukiləri necə istifadə etdiyimizə dair məlumatlı qalmaq üçün Kuki Bildirişini vaxtaşırı nəzərdən keçirməyiniz məqsədəuyğundur.