Davranış Qaydaları

Best Managed Companies Azerbaijan 

Best Managed Companies Azerbaijan proqramının məqsədi daha yaxşı gələcəyi təmin etmək məqsədilə özəl şirkətlərdən ibarət cəmiyyətin qurulmasına töhfə verməkdir. Bu nüfuzlu proqram Azərbaycandakı özəl şirkətlərin mükəmməl fəaliyyətinin tanıdır, müəssisələri mükafatlandırır, sahibkarlıq ruhunu yüksəltməklə, özəl müəssisələrdən ibarət biznes icmasının qurulmasını və bu sahədə innovasiyaları özündə birləşdirir.  

Şirkətlər ciddi seçim prosesindən keçərək müstəqil münsiflər heyəti tərəfindən 4 istiqamətdə: strategiya, bacarıqlar və innovasiya, mədəniyyət və öhdəlik , idarəetmə və maliyyə məsələləri kimi əsas biznes kriteriyaları üzrə qiymətləndirilir.

Bu nüfuzlu Best Managed Companies Azerbaijan titulu, onu daşıyan şirkət üçün xüsusi dəyər qazandırır və yerli bazarda prestij nümayiş etdirir. Müsabiqədə iştirak edən və qalib gələn hər bir şirkət bu Qaydalarda nəzərdə tutulan davranışlara əməl etmək və onlara sadiq qalmaq öhdəliyini öz üzərinə götürür.

Aşağıdakı 4 öhdəlik proqram qaliblərindən tələb olunan əsas gözləntiləri əks etdirir:

 

1. Dürüstlük

Namizəd və ya qalib şirkət olaraq biz müştərilərimizə, işçilərimizə, tədarükçülərimizə və digər əməkdaşlıq etdiyimiz tərəfdaşlara qarşı qanun çərçivəsində, şərəflə, etik və dürüst şəkildə davranacağıq. 

Namizəd və ya qalib şirkətlər bu Best Managed proqramı çərçivəsində təqdim edilmiş biznes məlumatının doğru və dürüstlüyünə təminat verir:

• Best Managed titulunu daşıyan şirkətlər yerli qanunlara əməl etməlidir.

• Best Managed müsabiqəsində namizəd şirkətlərin nümayəndələri proqram təlimçilərinə, sponsorlara və ya münsiflərə təsir etməyə cəhd etməyəcəklər.  

• Qalib şirkətlər növbəti il yenidən müsabiqədə iştirak etdikdə onların struktur və statusunda baş verən istənilən biznes dəyişiklikləri (sahibkarların dəyişməsi, maliyyə məlumatları, hüquqi forması) barədə məlumatı yenidən təqdim etməlidir.

Proqram sponsorları, partnyorları və təşkilatçı komandası ilə münasibətləri eynilə şirkətiniz daxilində tətbiq etdiyiniz qaydada doğru və dürüst şəkildə təmin etmək.

 

2. Bərabərlik və inklüzivliyin təmin edilməsi 

Best Managed Company adını daşıyan hər bir şirkət Azərbaycanda daha inklüziv mühitin yaradılmasında iştirak edir. Best Managed Companies icmasının üzvü olaraq biz hamı üçün bərabər imkanlar yaradaraq, insanların bir birinə hörmət və ədalətlə yanaşdığı iş mühiti və mədəniyyətinin qurulmasını dəstəkləyirik. 

• Müəssisənizdə məqsədəyönlü dəyişiklikləri başlamaqdan əvvəl irqi ayrı seçkiliyə qarşı bacarıqların fəal şəkildə formalaşdırmaq vacibdir.

• Fəaliyyətin idarə edilməsi, vəzifə artımı, davamçıların işə götürülməsi və əməkhaqqı ödənişləri daxil olmaqla işə qəbul və işçilərin inkişafı proseslərində gender bərabərliyi və müxtəlifliyi nəzərdə saxlamaq. 

• Bütün işçilər üçün korporativ mədəniyyət proqramı və təlimlərinin hazırlanması və tətbiqi. 

• İşçilərin rahatlığı və özünü tamamilə işə həsr edə bilməsi üçün bərabərlik və inklüzivlik proqramının tətbiqi. 

• Müəssisənin bütün üzvləri üçün bərabərlik və inklüzivlik təliminin keçirilməsi 

• Əlverişli iş şəraitinin təmin edilməsi məqsədilə sərbəst və mümkün olan vəzifələrdə məsafədən iş imkanlarının yaradılması. 

 

3. Müəssisələrin fəaliyyətinin Best Managed proqramının müəyyən etdiyi 4 meyara uyğun olaraq təşkil edilməsi barədə öhdəlik 

Best Managed şirkəti olaraq, biz şirkətin fəaliyyətinin 4 əsas meyara (Strategiya və İnnovasiya, Mədəniyyət və öhdəlik, İdarəetmə və Maliyyə məsələləri), proqramın brend və standartlarına uyğun olaraq təşkil edilməsinə cavabdehik.

Brend standartlarının yerinə yetirilməsi

• Proqramın 4 meyardan ibarət (Strategiya və İnnovasiya, Mədəniyyət və öhdəlik, İdarəetmə və Maliyyə məsələləri) standartlarının yerinə yetirilməsi 

• Müsabiqədə qalib gələn müəssisənin Best Managed Company Azerbaijan loqosunu düzgün istifadə etməsi (“Şirkətlər tərəfindən Loqonun istifadəsi” qaydaları ilə tanış olun).

• “Best Managed Companies Azerbaijan”  adından düzgün istifadə. 

• Müsabiqədə qalib gələn şirkət Best Managed Company Azerbaijan loqosunu müəyyən edilmiş proqram ili müddətində icazə verilən qaydada istifadə edə bilər. Şirkət yenidən müraciət etməzsə və ya proqramın tələblərinə uyğun olmazsa bu loqodan istifadəyə xitam verilir.  

Best Managed Companies Azerbaijan proqramının müəyyən etdiyi 4 meyara uyğun fəaliyyətin təşkil edilməsi öhdəliyi 

• Davamlı olaraq inkişaf etmək və strategiyanı təkmilləşdirmək; 

• İnnovasiyanın dəstəklənməsi və məhsuldarlığın artırılması;  

• Məqsədəyönlülük mədəniyyətinin təbliği;  

• Müştərilərinizi və işçilərinizi hər şeydən üstün tutmaq; 

• Güclü strategiya, idarəetmə və əməliyyatların effektivliyi sayəsində ildən ilə gəlirin artımını təmin etmək.  

 

4. Best Managed icmasına daxil olan nümunəvi müəssisə olmaq

Biz Best Managed Companies icmasının üzvü olduğumuz müddət ərzində proqram və tədbirlərdə iştirak edərkən bütün üzvlərə hörmət və ehtiramla yanaşacağıq. Həmçinin, biz bu nüfuzlu icmanın nümayəndəsi olmaqla  Azərbaycan iqtisadiyyatının inkişafı üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyi öhdəmizə götürürük.  

• Best Managed proqramında və tədbirlərində iştirak etmək;

• Best Managed icmasının yeni üzvləri üçün məsləhətçi rolunu yerinə yetirmək; 

• Best Managed icmasının üzvləri ilə sosial mediadakı müzakirələrdə iştirak etmək  (#BestManaged)

• “Best Managed brend standartları” şərtlərinə riayət edərək Best Managed təmsilçisi kimi çıxış etmək 

• Best Managed proqramının “bütün bizneslərin inkişafına təkan vermək” məqsədinə dəstək olaraq araşdırmalarda (sorğu, biznes keyslərdə) və müzakirələrdə iştirak etmək.