Apple and Deloitte collaboration press release

Press-relizlər

Deloitte və Apple iPhone və iPad ilə biznes transformasiyanı sürətləndirmək üçün əməkdaşlıq edəcək

Deloitte-in təqdim etdiyi yeni Apple təcrübəsi şirkətlərə iPhone və iPad həllərini yaratmağa və tətbiq etməyə kömək edəcək

Bakı, Azərbaycan Sentyabr 29, 2016— Apple® və Deloitte şirkətləri bu gün tərəfdaşlıq haqqında elan ediblər. İki böyük şirkət birgə olaraq müəssisələrə iOS platforması ilə işləyən iPhone® və iPad® -in iş mühitinə gətirdiyi effektivlik, maksimal güc və təhlükəsizlik vasitəsilə iş üsullarını tez və asanlıqla transformasiya etməyə kömək edəcəklər.
Əməkdaşlığın bir hissəsi olaraq, Deloitte unikal Apple təcrübəsi yaradacaq. Burada 5000-dən çox strateji məsləhətçi şirkətlərə bütün müəssisənin, müştəriyə xidmət göstərən funksiyalardan, xüsusilə pərakəndə satış, sahə xidmətləri, və işəgötürmədən tutmuş, araşdırma və inkişaf, inventarın idarə edilməsi və rezerv ofis sistemlərinə qədər iş tərzini dəyişdirməyə kömək edəcəklər.
Apple və Deloitte həmçinin Deloitte Consulting-in təklif etdiyi EnterpriseNext adlı yeni xidmət xəttinin inkişaf etdirilməsi sahəsində də əməkdaşlıq edəcəklər. Bu xidmət iş yerində avadanlıq, proqram təminatı, və xidmətlərin iOS ekosistemindən tam yararlanması üçün yaradılıb. Yeni təklif müştərilərə fəaliyyət göstərdikləri sənaye sahəsində ən yüksək təsir imkanlarını üzə çıxarmağa və sürətli test nümunələri vasitəsilə xüsusi həllər yaratmağa kömək edəcək.
"Biz bilirik ki, iOS biznes üçün ən yaxşı mobil platformadır, çünki biz Deloitte işçilərinin 75 xüsusi əlavədə istifadə etdiyi 100,000 iOS cihazından faydalandığını görürük", deyə Deloitte Global-ın Baş İcraçı Direktoru Punit Rencen (Punit Renjen) bildirib.
"Bizim xüsusi Apple praktikamız qlobal bizneslərə lazım olan təcrübə və resurslar verəcək. Bu da ki, güclü iOS ekosistemindən faydalanmaq üçün onların öz mobil işçi qüvvəsini gücləndirməyə, iPhone və iPad təklifləri, səmərəlilik və məhsuldarlığı artırmaqla məqsədlərinə nail olmağa yardım edəcək."

Deloitte haqqında
Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, “Deloitte Global”) müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun. Deloitte MDB-nin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/az/about səhifəsinə daxil olun.
 

Press kontakt:

Günel Əhmədova
Deloitte Azərbaycan
gahmadova@deloitte.com
+994 (012) 404 12 10

 

Did you find this useful?