Russia and CIS Regional Leaders

Haqqımızda

Azərbaycan və MDB üzrə regional liderlər

Deloitte MDB

Ian Kolebourn

 Baş İcraçı Direktor, Deloitte MDB

Ian-nın araşdırmalara, korporativ kamillik layihələrinə və saxtakarlıq riskinin idarə edilməsi layihələrinə rəhbərlik etmək və belə layihələrdəiştirak etmək üzrə 18 ildən artıq iş təcrübəsi vardır. 2012-ci ildə Maliyyə Məsləhəti departamentinin rəhbəri keçməzdən əvvəl, o, Böyük dördlüyə daxil olan başqa şirkətdə Məhkəmə araşdırmaları praktikasını qurmuş və Risk Konsaltinq işinə rəhbərlik etmişdir. İan ixtisaslaşmış vəkildir və Deloitte MDB-nın icraedici komitəsinin üzvüdür. İşdən kənar asudə vaxtlarını İan özünün 4 uşağı ilə keçirməyi xoşlayır.
 

 

Nuran Kərimov, Azərbaycan (Bakı)

İdarəedici Partnyor, Vergi və Hüquq, Azərbaycan

Nuran Deloitte-dakı fəaliyyətinə 2003-cü ildə başlamışdır və Deloitte Azərbaycanın vergi praktikasını qurmuşdur. Onun xüsusilə maliyyə xidməti və neft-qaz sektorlarından olan yerli və beynəlxalq şirkətlərə vergi və əlaqəli məsələlər üzrə məsləhətin verilməsi sahəsində geniş təcrübəsi vardır. O, Voronej Dövlət Universitetinin hüquq üzrə bakalavr dərəcəsini və ABŞ-in Corciya Universitetinin Hüquq üzrə magistr dərəcəsini almışdır. Nuran Azərbaycanda Amerika Ticarət Palatasının üzvüdür. Evlidir 3 övladı var.

Şarif Qaleyev

Sankt-Peterburq parktikasının direktoru, Əminlik və məsləhət xidmətləri

Şarif 1997-ci ildə Deloitte MDB-nin Sankt-Peterburq praktikasına qoşulmuşdur. 2001-ci ildə Moskvaya köçmüşdür və burada o, xüsusilə enerji və təbii ehtiyatlar sahəsində audit praktikasının inkişaf etdirilməsinə diqqət verməklə Deloitte MDB-nin müxtəlif sahələrdən olan və ən iri audit müştərilərinin əksəriyyətinə xidmət göstərən müəssisələrlə işləmişdir. 2006-cı ildə Deloitte-un Sankt-Peterburq praktikasının audit üzrə partnyoru təyin edilmişdir. Bu vəzifədə olarkən o, mədənçilik və maşınqayırma, pərakəndə və istehsal sektorları kimi müxtəlif sahələrdən olan müştərilərə xidmətlər göstərmişdir. 2010-cu ildə Şarif Deloitte MDB-nin Sankt-Peterburq praktikasının idarəedici partnyoru təyin edilmişdir.
 

Dmitri Çaban, Rusiya (Ufa)

 Direktor, Deloitte Rusiya, Ufa

Dmitriy 2011-ci ildə Ufa ofisi fəaliyyətə başlayandan etibarən ona rəhbərlik edir. Onun Rusiyanın və Ukraynanın iri istehsal və dağ-mədən müəssisələrinə maliyyə auditi və konsaltinq xidmətlərinin göstərilməsi üzrə 11 ildən artıq iş təcrübəsi vardır. Deloitte Ufa ofisinin rəhbəri keçməzdən əvvəl, o, Deloitte Ukraynanın İstehsal Sənaye Qrupunun rəhbəri olmuşdur. Onun ixtisaslaşdığı sahələrə maliyyə auditi, MHBS-ə keçidlə bağlı konsaltinq, daxili nəzarətin restrukturizasiyası və biznes proseslərinin optimallaşdırılması üzrə məsləhətin verilməsi daxildir.

Andrey Bulakh

İdarəedici partnyor, Qərb region

Andrey Kiyevin yerli rezidentidir. 2002-ci ildə Deloitte qoşulmuşdur; 2010-cu ildə o, Deloitte-un audit departamentinə 1 iyun 2014-cü ildə isə Deloitte Ukraynanın idarəedici partnyoru olmuşdur. Andrey iqtisadiyyatın müxtəlif sektorlaırnda fəaliyyət göstərən iri beynəlxalq və yerli şirkətlərin auditinə rəhbəlrik etmişdir. Həmçinin o, Kapital Bazarı Qrupuna rəhbərlik etmiş və böyük şirkətlərdə səhmlərin ilkin yerləşdirməsi layihələrini idarə etmişdir. Bugün Andrey MDB İnnovasiya Qrupunun rəhbəridir.

Mark Smit

İdarəedici partnyor, Deloitte Xəzər regionu

Mark karyerasının ilk dövrünü Şotlandiyada keçirmişdir. Daha sonra 2007-ci ildə Almatıya köçərək Deloitte-un regional Maliyyə xidmətləri üzrə audit qrupuna rəhbərlik etmişdir. 2012-ci ildən etibarən Xəzər regionunun İdarəedici partnyorudur. O, bank, sığorta və istehsal sektorlarındakı müştərilərlə işləyir və MHBS, ABŞ ÜQMUP və BK ÜQMUP əsasında audit xidmətləri göstərir. Markın Mühasibat uçotu və Marketinq üzrə dərəcə almışdır və sertifikatlı mühasibdir (Şotlandiya). Mark səyahət etməyi xoşlayır və həvəskar snoubordist və tennisçidir.

Con Robinson, Gürcüstan (Tbilisi)

                           İdarəedici partnyor, Audit, Gürcüstan

Nigeriyadakı 2 ildən əlavə, Con peşəkar karyerasının əksər hissəsini Mərkəzi və Qərbi Avropada keçirmişdir. Deloitte-dan əvvəl o , Böyük Dördlüyə daxil olan digər şirkətdə Qlobal Əminlik və Konsaltinq üzrə Təlim Rəhbəri olmuşdur. Con Sertifikatlı mühasibdir və maliyyə xidmətləri, tikinti, daşınmaz əmlak sektorlarında ixtisaslaşmışdır. Con səyahət etməyi, futbol oynamağı və qaçışla məşğul olmağı xoşlayır.

 

Andrey Surmak, Belarus (Minsk)

İdarəedici partnyor, Belarus

Andrey Deloitte-dakı fəaliyyətinə 1999-cu ildə başlamışdır. O. ACCA-in üzvüdür və Belorusiyanın sertifikatlı auditorudur. Maliyyə təşkilatlarının auditi üçün lisenziyası vardır. Andrey bütün sektorlarda, xüsusilə bank və maliyyə sahəsində yerli və xarici şirkətlərin audit layihələrinə rəhbərlik etmişdir. O, MHBS-in tətbiqi , nəzarət sistemləri və Birləşmə və Qoşulma əməliyyatları ilə bağlı kompleks yoxlamalar üzrə konsaltinq xidmətləri göstərir. Andrey evlidir, 1 oğlu var və tennis oynamağı xoşlayır.

Erkin Ayupov, Özbəkistan (Daşkənd)

İdarəedici direktor, Özbəkistan

Erkin ABŞ sertifikatlı dövlət mühasibidir (US CPA) və Özbəkistan Respublikasının Maliyyə Nazirliyinin ixtisaslaşmış auditorudur. Onun MDB və Böyük Briitaniyada maliyyə institutlarının və iri beynəlxalq korporasiyaların auditi sahəsində 7 ildən artıq iş təcrübəsi vardır. 2 ildən artıq müddətdə Deloitte Londonun Bankçılıq və Kapital bazarı Qrupunda işləyərək, o, müxtəlif aparıcı banklara, ABŞ və BB-nın birjasında qeydiyyatdan keçmiş şirkətlərə xidmət göstərmişdir. Erkin bu yaxınlarda yenidən Deloitte-un Xəzər region komandasına qoşulmuşdur.

Kanişay Sadırbekova, Qırğızıstan (Bişkək)

                              İdarəedici direktor, Qırğızıstan

Kanişay Sadırbekova Deloitte Qırğıxıstan praktikasının idarəedici direktorudur. O, Qırğızıstan Respublikası tərəfindən verilmiş auditor lisenziyasına və audit sahəsində 7 ildən artıq təcrübəyə malikdir. O, MHBS və yerli audit standartları əsasında audit layihələri aparmışdır. Kanişayin  təbii ehtiyatlar və maliyyə xidmətləri sahəsində çalışan şirkətlərlə geniş iş təcrübəsi vardır. 

Gulanor Atobek, Tacikistan (Düşənbə)

                                Baş Direktor, Tacikistan

Gülanorun Tacikistanda, Qırğızıstanda və Qazaxıstanda audit üzrə 11 il iş təcrübəsi vardır. Hazırda Deloitte Tacikistanının rəhbəridir. Onun CPA, АССА, CIPA sertifikatları vardır, həmçinin o,  Tacikistanın Maliyyə Nazirliyi tərəfindən ümumi auditin aparılması üçün verilmiş kvalifikasiya sertifikatına və Tacikistan Milli Bankı tərəfindən banklarda və digər maliyyə institutlarında  auditlərin aparılması verilmiş kvalifikasiya sertifikatına, Risk üzrə Peşəkarların Qlobal Assosiasiyası tərəfindən Risk Sertifikatlaşma Proqramının (GARP) tamamlanmasına dair verilmiş sertifikata malikdir.

O, MHBS və ABŞ ÜQMP üzrə audit layihələrində işləmişdir və onun maliyyə, sığorta, enerji, telekommunikasiya, nəqliyyat, tekstil və otelçilik kimi müxtəlif sahələrdə geniş təcrübəsi vardır. 

Did you find this useful?