CIS Executive

Haqqımızda

MDB üzrə İcraçı liderlər

Rəhbərlərlə tanış olun

Ian Kolbourn

Baş İcraçı Direktor, Deloitte MDB

Ian-ın araşdırmalara, korporativ kamillik layihələrinə və saxtakarlıq riskinin idarə edilməsi layihələrinə rəhbərlik etmək və belə layihələrdə iştirak etmək üzrə 18 ildən artıq iş təcrübəsi vardır. 2012-ci ildə Maliyyə Məsləhəti departamentinin rəhbəri keçməzdən əvvəl, o, Böyük dördlüyə daxil olan başqa şirkətdə Məhkəmə araşdırmaları praktikasını qurmuş və Risk Konsaltinq işinə rəhbərlik etmişdir. İan ixtisaslaşmış vəkildir və Deloitte MDB-nın icraedici komitəsinin üzvüdür. İşdən kənar asudə vaxtlarını İan özünün 4 uşağı ilə keçirməyi xoşlayır.

Kventin O' Tul

Baş icraçı direktorun müavini, Deloitte MDB 

Quentin Deloitte MDB-nin Baş icraçı direktorunun müavinidir. 2005-ci ildə Deloitte-un MDB praktikasına qoşulmazdan əvvəl, Quentin Yeni Zelandiyada, Papua-Yeni Qvineyada və Avstaliyada ilk olaraq bank və otel biznesində çalışmışdır. Daha sonra isə Deloitte-da orta bazar üçün nəzərdə tutulmuş audit praktikasını qurmuşdur. Onun qida və içki məhsulları,otelçilik və kənd təsərrüfatı daxilolmaqla müxtəlif sektorlarda 25 il iş təcrübəsi vardır. Evlidir əkiz qız övladı var. Quentin idman həvəskarıdır.

Con Robarts

İdarəedici partnyor, Keyfiyyət və Riskin idarə edilməsi, 

Deloitte MDB

Con şirkətin Risk və Nüfuzun idarə edilməsi qrupunun rəhbəridir və Deloitte-da çalışdığı 25 il müddətində MDB, BK və ABŞ-ın müxtəlif ictimai şirkətləri ilə əməkdaşlıq edərək audit və məsləhət xidmətləri sahəsində geniş təcrübə qazanmışdır. Con əsasən TMT sahəsi üzrə müştərilərimizlə çalışmış və MDB-də 12 illik fəaliyyəti müddətində beynəlxalq İPO-lar həyata keçirərək müştərilərimizə göstərilən xidmətlərə rəhbərlik etmişdir. Con Oksford Universitetinin Kimya fakültəsini bitirmişdir və hazırda İngiltərə və Uelsin Peşəkar Mühasiblər İnstitutunun üzvüdür. Boş vaxtlarında qaçışla məşğul olmağı xoşlayır, yarım və tam marafon kimi uzun məsafəyə qaçış yarışlarında iştirak etmişdir.

Jak Stridom

İdarəedici partnyor, Audit, MDB

Deloitte-da karyerasına başlamazdan əvvəl 6 il Moskvada işləmiş Jak 2013-cü ildə Rusiyaya qayıdıb, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstandakı Audit praktikasına rəhbərlik etmişdir. Jak bütün biznes sektorlarından olan müştərilərlə işləmişdir və Rusiyaya qayıtmazdan əvvəl o, Londonda audit və səhmlərin ilkin yerləşdirməsi üzrə müştərilərlə işləyərək beynəlxalq əlaqələrini möhkəmlətmişdir. Jak karyerasının ilk dövrlərini Cənubi Afrikada keçirmişdir ki, bu da onda reqbiyə və onun milli komandası Springboks-a həvəsinin kəskin artmasına səbəb olmuşdur.

Anastasiya Osipova

İdarəedici partnyor, Konsaltinq, MDB

Anastasiya biznes idarəçiliyinin effektivliyi , enerji və təbii ehtiyatlar sektorunda maliyyə və uçot işinin planlaşdırılması və yenidən təşkili üzrə ixtisaslaşaraq 20 il konsaltinq təcrübəsinə malikdir. O, 2013-cü ildən MDB üzrə Konsaltinq heyətinə rəhbərlik etmişdir. Anastasiya Moskva dövlət universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirmişdir və ACCA-nın üzvüdür. O, sosial realizm mövzusunda olan sənəd əsərlərinin kolleksiyaçısıdır.

Svetlana Meyer

Managing Partner, Tax & Legal, CIS 

Talent Leader, CIS 

Over 19 years at Deloitte and other “Big Four” in Moscow, St Petersburg and London, Svetlana has taken part in and led many projects related to the development and restructuring of personal ownership and investment, implementation of long-term incentive plans, personal compliance, etc. Svetlana has a great deal of experience in working with family offices on tax planning, changing places of residence, inheritance and charity. Svetlana is certified in global remuneration (WorldatWork, 2007).

Aleksandr Sokolov

İdarəedici Partnyor, Maliyyə Məsləhəti, MDB 

Aleksandr universitetdə bank işi və maliyyə fakultəsi üzrə təhsilini bitirib bakalavr dərəcəsi alan kimi digər böyük dördlük şirkətində işə başlamışdir. 15 İL Londanda və daha sonra Moskvada fəaliyyət göstərdikdən sonra, o 2012-ci ildə Deloitte-un Maliyyə məsləhəti xidmətləri və məhkəmə araşdırmaları heyətinə qoşulımuşdur. Aleksandr Sertifikatlı mühasiblər assosiasiyasının üzvüdür və onun məhkəmə mühasibatlığı üzrə 14 il iş təcrübəsi vardır. O, istehlak və bank sektorlarında bir çox mürəkkəb dələduzluq, biznes analitika, çirkli pulların tutulması və dələduzluq riski layihələrinə rəhbərlik etmişdir.

Sergey Neklyudov

Partnyor, MDB Maliyyə xidmətləri sahəsinin rəhbəri, MDB 

Sergey Deloitte-a 14 il əvvəl başqa böyük dördlük şirkətindən gəlmişdir. Orada o, maliyyə institutları üçün MHBS, Rusiyanın Milli Mühasibat Uçotu standartları/ABŞ ÜQMUP əsasında auditlər aparmışdır. O iqtisadiyyat üzrə magist dərəcəsini almışdır, Rusiyanın sertifikatlı auditorudurş və Deloitte MDB-nin İcraçı Şurasının üzvüdür. Sergeyin Rusiyada bank, broker və lizinq sektorlarında mühüm təcrübəsi vardır və o, maliyyə araşdırmaları, maliyyə hesabatı sistemlərinin hazırlanması və tətbiqi layihələrinə rəhbərlik edir.

Andrey Bulax

İdarəedici partnyor, Qərb region

Andrey Kiyevin yerli rezidentidir. 2002-ci ildə Deloitte qoşulmuşdur; 2010-cu ildə o, Deloitte-un audit departamentinə 1 iyun 2014-cü ildə isə Deloitte Ukraynanın idarəedici partnyoru olmuşdur. Andrey iqtisadiyyatın müxtəlif sektorlaırnda fəaliyyət göstərən iri beynəlxalq və yerli şirkətlərin auditinə rəhbəlrik etmişdir. Həmçinin o, Kapital Bazarı Qrupuna rəhbərlik etmiş və böyük şirkətlərdə səhmlərin ilkin yerləşdirməsi layihələrini idarə etmişdir. Bugün Andrey MDB İnnovasiya Qrupunun rəhbəridir.

Mark Smit

İdarəedici partnyor, Deloitte Xəzər regionu

Mark karyerasının ilk dövrünü Şotlandiyada keçirmişdir. Daha sonra 2007-ci ildə Almatıya köçərək Deloitte-un regional Maliyyə xidmətləri üzrə audit qrupuna rəhbərlik etmişdir. 2012-ci ildən etibarən Xəzər regionunun İdarəedici partnyorudur. O, bank, sığorta və istehsal sektorlarındakı müştərilərlə işləyir və MHBS, ABŞ ÜQMUP və BK ÜQMUP əsasında audit xidmətləri göstərir. Markın Mühasibat uçotu və Marketinq üzrə dərəcə almışdır və sertifikatlı mühasibdir (Şotlandiya). Mark səyahət etməyi xoşlayır və həvəskar snoubordist və tennisçidir.

Back to Firm Leadership

Did you find this useful?