Press-relizlər

Deloitte Azərbaycan Maliyyə Məsləhəti praktikası üzrə yeni rəhbər təyin edir

Press - reliz

Deloitte Azərbaycan məmnuniyyətlə bəyan edir ki, Daniyar Adigamov Maliyyə Məsləhəti (MM) xidmətləri praktikası üzrə yeni rəhbər təyin edilib.

Mətn ilə tanış olun

Deloitte Azərbaycanda tutduğu vəzifədən əvvəl D.Adigamov 16 ilə yaxın digər “Böyük Dörd”lük firmasında -8 il audit departamentində və 3 il Moskvadakı Əməliyyatlar Xidmətləri departamentində çalışıb. Bundan sonra, o Qazaxıstanın Almatı şəhərinə qayıdaraq Orta Asiyada Əməliyyatlar və Restrukturizasiya Xidmətləri departamentini quraraq, ona rəhbərlik edib.

D.Adigamovun yerli və beynəlxalq müştərilərə peşəkar xidmətlərin göstərilməsi sahəsində geniş təcrübəsi vardır. O, satınalmalara əlaqədar 100-ə yaxın yoxlamalara, eləcə də audit və MDB-də maliyyə sektorunda (sığorta şirkətləri, banklar, lizinq şirkətləri və pensiya fondları) borcların restrukturizasiyasına dəstək layihələrinə rəhbərlik edib.

D.Adigamov Deloitte Azərbaycanın Maliyyə Məsləhəti praktikasına rəhbərlik edərək müxtəlif mühüm əhəmiyyətli layihələrdə onu təmsil edəcək və Deloitte Azərbaycanın mövcud və yeni müştəriləri ilə fəal əlaqələrin qurulmasına cavabdeh olacaq. Onun bütün fəaliyyətləri Deloitte Azərbaycan şirkətində tutduğu yeni vəzifənin reallaşdırılmasına və Şirkətin fəaliyyət göstərdiyi dairələrdə fərq yaradan həllərə xüsusi diqqət verilməsinə yönələcək. Deloitte-un Maliyyə Məsləhəti Praktikası xidmətləri birləşmələr və udulmalar, restrukturizasiya, kapitalın cəlb edilməsi, məhkəmə araşdırmaları, infrastrukturla bağlı məsləhət və qiymətləndirmələr kimi müxtəlif xidmətləri özündə birləşdirir.

Bakı,

21 yanvar 2016

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, “Deloitte Global”) müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun. Deloitte MDB-nin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.az/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-in regiondakı 225,000-dən artıq peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.
 
Bu məlumatda yalnız ümumi informasiya əks olunur və Deloitte Touche Tohmatsu Limited şirkətlərindən, onun üzv şirkətlərindən və ya əlaqədar müəssisələrdən (birlikdə “Deloitte Şəbəkəsi”) heç biri bu məlumat vasitəsilə peşəkar məsləhətləşmə və ya xidmətlər təmin etmir. Deloitte Şəbəkəsinə daxil olan heç bir müəssisə bu məlumata istinad edən hər hansı şəxsin səbəb olduğu itkiyə görə məsuliyyət daşımır.

 

 

Deloitte haqqında 

Did you find this useful?