Deloitte named leader in benefits consulting by Kennedy

Xəbərlər

Deloitte Kennedy tərəfindən müavinətlərlə bağlı məsləhət xidməti sahəsində lider müəyyən edilmişdir

Mətbuat yayımı

Nyu York, NY, 11 iyun 2014 – Deloitte Touche Tohmatsu Limited (DTTL) məmnuniyyətlə Müavinətlər üzrə Məsləhət 2014 adlı hesabatın yeni buraxılışında Kennedy tərəfindən bu sahədə lider elan olunduğunu bəyan edir. Hesabatda bazar tendensiyaları, müştəri xərcləri üzrə tendensiyalar və proqnozlar, eləcə də xidmət təminatçısı üçün perspektivlər diqqət mərkəzində saxlanılmaqla müavinətlə bağlı xidmətlər sahəsində alıcılar və xidmət təminatçılarının üzləşə biləcəyi imkanlar və çətinliklər öz əksini tapmışdır. Kennedy mərkəzinin hesabatında, həmçinin, müavinətlər ilə bağlı məsləhət xidməti sahəsində artan imkanlar müzakirə edilir və bildirilir: “Bu gün işəgötürənlər işçilərin müavinət planı ilə bağlı həm keyfiyyət, həm də xərc baxımından böyük tələblərlə üzləşirlər. Hazırda müavinət proqramlarının effektiv təşkili, tətbiqi və idarə edilməsinə tələb əvvəlki illərdən daha çoxdur və belə tələb əsas biznes məqsədlərinin qarşılanmasına imkan yaradır.”

Xüsusilə, hesabatda qeyd olunur: “İnkişaf edən kadr bazarında müavinətlərin rolu barədə məlumatlandırıcı və kompleks fikrə malik olmaqla Deloitte strateji perspektivləri dərin texniki, sənaye üzrə və funksional təcrübə ilə birləşdirir.”

DTTL-in Qlobal İnsan Resursları Departamentinin rəhbəri Brett Walsh qeyd etmişdir: “iqtisadiyyatın inkişafı və müəssisələrin 21-ci əsrin resursları ilə bağlı yeni reallıqları qəbul etməsi ilə resursların cəlb edilməsi və saxlanması müəssisələr üçün daha çox əhəmiyyət kəsb edir. Müavinətlər rəqabətli kadr strategiyasının əsas elementidir.”

Mətbuat üzrə əlaqədar şəxs
Marielle Legair
Qlobal Kommunikasiya, Deloitte Touche Tohmatsu Limited
Tel: + 1 (516) 918-7170
Mob: +1 347 213 0933
malegair@deloitte.com

Əlavə nəticələr:

  • “İnkişaf edən kadr bazarında müavinətlərin rolu barədə məlumatlandırıcı və kompleks fikrə malik olmaqla Deloitte strateji perspektivləri geniş sənaye təcrübəsi, eləcə də texniki və funksional təcrübə ilə birləşdirir. Deloitte innovativ modellərin və kompleks konsepsiyaların yaradılmasında bu yanaşma ilə birlikdə meqatrendlərə dair əsas bazar araşdırmasından və İR üzrə qabaqcıl təcrübədən yararlanır ki, bu da müştərilərə yalnız müavinət təminatı ilə bağlı çətinlikləri aradan qaldıran uzunmüddətli strategiyalar üzrə fərdi həlləri düşünməməyə yardımçı olur.”
  • “Deloitte-in yeni mədəniyyəti müavinətlərlə bağlı məsləhət xidmətlərini də əhatə edir. İnkişaf edən kadr bazarında Deloitte-in davamlı araşdırmaları müavinətlərə Açıq Kadr İqtisadiyyatındakı modelin tərkib hissəsi olmaqla, yalnız mükafatlandırma mexanizmi kimi yanaşmamağa aydınlıq gətirir.”
  • “Deloitte müavinətlərlə bağlı məsləhət xidməti zamanı “azalan” prinsipindən istifadə edir ki, bu da müavinət təminatının biznes və insan resurslarına təsirinə yönəlir. Bazara məhsul çıxarma strategiyasının hədəfi rəhbərliyin üzvü olan maraqlı tərəflərdir və burada xərclərin optimallaşdırılması, risk və işçi dəyəri məsələləri xüsusi diqqətə çatdırılır. Xidmətlər fərdi həllər şəklində göstərilə bilsə də, belə həllər biznes strategiyasına uyğunlaşdırılmış ümumi kadr strategiyası vasitəsilə inteqrasiya edildikdə və möhkəmləndirildikdə faktiki dəyər müəyyən olunur.”
  • “Deloitte-in “təsir məsələləri” konsaltinq prinsipi müavinət strategiyası planlarının modelləşdirilməsi ilə bağlı müştərilərə outside-in rəyin təmin edilməsində müavinət strategiyalarına təsir göstərən qlobal tendensiyalar barədə rəhbərliyin həssaslığını və anlayışını birləşdirir.”
  • “Deloitte müavinət planı strategiyası və təşkili; müavinət proqramının dəyəri və risklərin idarə edilməsi; qlobal aktuar xidmətlər; idarəetmə, risk və qanunvericiliyə əməletmə; qlobal yerdəyişmə sisteminə keçid; müavinətlər ilə bağlı məlumatın ötürülməsi və maarifləndirmə üzrə kompleks xidmətlər təklif edir. Bu əsas bacarıqlar dərin sənaye və sektor üzrə təcrübə, eləcə də funksional təcrübə ilə təkmilləşdirilir.”
  • “Deloitte pensiya sxemlərinin maliyyələşdirilməsinə, müavinət strategiyalarına və gündəlik əməliyyatlara dair məsləhət sahəsində artan tələbləri təmin etmək məqsədilə Birləşmiş Krallıqda pensiya sistemi konsaltinqi üzrə rəqabətli təcrübə yaratmaqdadır. Daxili inkişaf strategiyasına rəqabət qabiliyyətli işçiləri cəlb etməklə imkanların qurulması, eləcə də pensiya kəsiri öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə aktivlərdən istifadə etməkdə müəssisələrə yardımçı olan Pensiya Maliyyələşdirməsi Ortaqlığı kimi innovativ həllərin təşkili aiddir.”

About Deloitte

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by guarantee, and its network of member firms, each of which is a legally separate and independent entity. Please see www.deloitte.com/about for a detailed description of the legal structure of Deloitte Touche Tohmatsu Limited and its member firms.

Deloitte provides audit, tax, consulting, and financial advisory services to public and private clients spanning multiple industries. With a globally connected network of member firms in more than 150 countries, Deloitte brings world-class capabilities and high-quality service to clients, delivering the insights they need to address their most complex business challenges. Deloitte has in the region of 200,000 professionals, all committed to becoming the standard of excellence.

Did you find this useful?