Deloitte professionals recognized for excellence in indirect tax

Xəbərlər

Deloitte peşəkarları dolayı vergi sahəsində mühüm nailiyyətlərinə görə tanınırlar

Mətbuatda

Mətn ilə tanış olun

Nyu York, Nyu York, 20 oktyabr 2014 – Deloitte peşəkarları International Tax Review tərəfindən dərc olunmuş Dolayı Vergi sahəsində Liderlər 2014 adlı təlimatda dolayı vergi sahəsində yüksək nailiyyətlərə görə tanınmışlar. Artıq ikinci ildir ki, təlimatda təqdim olunmuş siyahıda digər şirkət və ya şəbəkələrlə müqayisədə Deloitte-in daha çox məsləhətçiləri sadalanır.

İllik dərc olunan təlimatın 2014-cü il buraxılışına dolayı vergi sahəsində Deloitte-in 118 mütəxəssisinin adı daxil olunmuşdur. Beləliklə, Deloitte peşəkarları təlimatda adları sadalanan ekspertlərin təxminən 23 faizini təşkil edir.

“Növbəti dəfə bu təlimatda əsas faizlə üstün olduğumuz üçün fəxr hissi keçiririk”, Deloitte Touche Tohmatsu Limited Qlobal üzrə Dolayı Vergi departamentinin Rəhbəri David Raistrick bildirmişdir. “Bu bizim peşəkarlarımızın işinin yüksək keyfiyyətindən xəbər verir, həmçinin, qlobal şəbəkəmizin gücünü sübut edir.”

Dolayı Vergi sahəsində Liderlər 2014 təlimatı haqqında

International Tax Review peşəkarların təlimata daxil edilməsi üçün belə namizədlərin minimum sayda olacağını bildirir. Bundan əlavə, təlimata daxil edilmiş peşəkarların son il ərzində gördükləri yüksək nəticəli işlərə dair sübutları, eləcə də həmkarlarından və müştərilərdən daim müsbət rəyləri olmalıdır.

Press contact
Marielle Legair
Global Communications
Deloitte Touche Tohmatsu Limited
Tel: + 1 (516) 918-7170
Email: malegair@deloitte.com

Did you find this useful?