ethics compliance deloitte

Perspektivlər

Etika və düzgünlük

Bütün işlərimizin bünövrəsində durur

Etika və düzgünlük Fəaliyyətimizin əsası DTTL və ona üzv şirkətlər etika, düzgünlük və keyfiyyət prinsiplərinə sadiqdirlər. Bunu üzv şirkətlərin biznes təcrübələri və müştəri xidməti standartları, onların lider kimi davranışı, ümumi dəyərləri və ən əsası cəlb etdikləri resursların keyfiyyəti təsdiq edir. Əslində isə düzgünlük və keyfiyyət DTTL üzv şirkətlərinin bütünlükdə fəaliyyətinin əsasını təşkil edir.

Düzgünlük mədəniyyəti

Düzgünlük və etik davranış DTTL və ona üzv şirkətlərin mədəniyyətinin ayrılmaz hissəsidir. Bu prinsiplər qərarvermə prosesi, tədbirlərin görülməsi, müştərilərlə və üzvlərin bir-biri ilə münasibətləri zamanı da tətbiq edilir.

DTTL və ona üzv şirkətlər işçilərin müəyyən məsələləri müzakirəyə çıxarmasına və fikir ayrılığını müzakirə etməsinə imkan yaradan açıq və konsultativ mühit təmin etməklə bu mədəniyyəti saxlayırlar. Bundan əlavə, DTTL-in üzv şirkətləri hər gün etik xarakterli qərarların qəbuluna və məsuliyyətli tədbirlərin görülməsinə səy göstərdikləri üçün öz işçilərini müvafiq alətlər və qaydalarla təmin etməyə çalışırlar.

DTTL-in Etik Məsələlər üzrə Qlobal Rəhbəri etika və düzgünlük məsələlərinə diqqəti artırmaqda DTTL-i və ona üzv şirkətləri dəstəkləyir. Gianmario Crescentino DTTL-in Baş İcraçı Direktoru və Direktorlar Şurası ilə birbaşa əlaqəsi olan baş partnyordur. O, DTTL və ona üzv şirkətlər üzrə etik davranışların stimullaşdırılması və qorunması üçün məsuliyyət daşıyır və düzgünlük mədəniyyətini möhkəmləndirmək məqsədilə əlavə proseslərin və infrastrukturun yaradılması üçün hər bir üzv şirkətin etik məsələlər üzrə məsul işçiləri ilə sıx əməkdaşlıq edir.

Culture of Integrity

Düzgünlük Kompası

Bu prinsiplərin tətbiqi üçün DTTL Düzgünlük Kompası adlı vahid qlobal təlim aləti hazırlamışdır. Düzgünlük Kompası iş etikasının predmetini və əhəmiyyətini göstərmək üçün real etik dilemmalardan istifadə edir. DTTL şəbəkəsinin hər bir üzvünün bütün səviyyələri və departamentləri üçün uyğun olan bu alətlərin məqsədi üzv şirkətlərdə gündəlik iş prosesi zamanı yarana biləcək etik məsələlərlə bağlı müxtəlif vəziyyətlər haqqında məlumat vermək, eləcə də peşəkar seçimlərin həyata keçirilməsində məsləhətləşmənin, Etik Prinsiplərin və Ümumi Dəyərlərin əhəmiyyətini dərk etməkdir. Düzgünlük Kompası

Öhdəliyimiz

DTTL şəbəkəsinin üzvləri ictimai etimadın və sərmayəçilərin etibarının qorunub saxlanmasında mühüm rola malikdirlər. Onlar malik olduqları rola ciddi yanaşırlar və bu səbəbdən də düzgünlük və keyfiyyət onların fəaliyyətinin əsasına çevrilmişdir.

DTTL, üzv şirkətlərin göstərdikləri xidmətlərin növündən və yerindən asılı olmayaraq, qlobal təşkilat və ona üzv müəssisələr səviyyəsində düzgünlüyün və keyfiyyətin nümayişinə böyük əhəmiyyət verir. DTTL başa düşür ki, üzv şirkətlərin müştəriləri haqqında ictimai fikir DTTL-in necə qəbul edilməsindən asılı ola bilər və bu, bütün fəaliyyətlərimizdə qeyd edilən prinsiplərə sadiqliyimizi daha da artırır. Bu xüsusiyyətlər DTTL-in fərqli brendinin və nüfuzunun əsasıdır və biz, yaranan vəziyyətlərdən asılı olmayaraq heç bir üzv şirkətin müştərisi üçün təhlükə yaratmarıq.

Did you find this useful?