Deloitte Həyatı
TƏSİR Günü
TƏSİR Günü Deloitte-in yerli icmalara yatırıma olan öhdəliyinə dair ilboyu qeyd olunan tədbirlərdir
TƏSİR Günü Deloitte-in yerli icmalar qarşısında öhdəliyinə həsr olunmuş ilboyu qeyd olunan mərasimlərdir. Dünya üzrə üzv-şirkətlər TƏSİR Gününə dair tədbirlər təşkil edir və Deloitte peşəkarları bir gün könüllü çalışırlar.
Dünya üzrə Deloitte üzvü olan firmalar TƏSİR Günündə iştirak edir. Adından fərqli olaraq, bu gün təkcə bir gün qeyd edilmir. TƏSİR gününə dair tədbirlər müxtəlif formalarda olur və dünya üzrə ayrı-ayrı vaxtlarda qeyd olunur.
TƏSİR Günü Deloitte insanları üçün öz istək, qətiyyət və bacarıqlarını ortaya qoyaraq yaşadıqları icmalara xeyir vermək məqsədilə, bir günlük də olsa öz noutbuk, konfrans zəngləri, və elektron emaillərindən uzaqlaşaraq bir fərq yaratmaq üçün bir fürsət yaradır.
Onlar könüllü olaraq biliklərini bölüşürlər və qeyri-kommersiya təşkilatlarına yardım əli uzadaraq bilik və təcrübələrini paylaşırlar.
TƏSİR Günü tədbirləri bir neçə formalarda təşkil olunur. Bura sosial müəssisələr üçün strateji biznes planların hazırlanması, məktəblərdə biznes etika və dəylərlərə dair dərslərin keçirilməsi, qeyri-mənfəət liderləri üçün bacarıqları artıran seminarlar, və bacarıqların inkişaf etdirilməsi və gənclərə təlim proqramları daxildir .