Industry Group Leaders

Haqqımızda

Sənaye üzrə Qrup Liderləri

Deloitte Azərbaycan

Nuran Kərimov

İdarəedici Partnyor, Vergi və Hüqüq

Nuran Deloitte-dakı fəaliyyətinə 2003-cü ildə başlamışdır və Deloitte Azərbaycanın vergi praktikasını qurmuşdur. Onun xüsusilə maliyyə xidməti və neft-qaz sektorlarından olan yerli və beynəlxalq şirkətlərə vergi və əlaqəli məsələlər üzrə məsləhətin verilməsi sahəsində geniş təcrübəsi vardır. O, Voronej Dövlət Universitetinin hüquq üzrə bakalavr dərəcəsini və ABŞ-in Corciya Universitetinin Hüquq üzrə magistr dərəcəsini almışdır. Nuran Azərbaycanda Amerika Ticarət Palatasının üzvüdür. Evlidir 3 övladı var.

Elnur Qurbanov

Partnyor, Audit və Əminlik Xidmətinin rəhbəri

Elnur “Böyük Dördlüyə” daxil olan başqa firmada 5 il çalışandan sonra, 2002-ci ildə Deloitte-a qoşulub. O, Oksford Brooks Universitetinin bakalavr dərəcəsini alıb və ACCA üzvüdür. 2008-ci ildə Azərbaycanda Deloitte təcrübəsini yaradaraq partnyor vəzifəsində çalışmağa başladı. Elnur audit sahəsində, korporativ idarəetmə və əməliyyat səmərəliliyinə dair layihələrdə geniş təcrübəyə malikdir. Asudə vaxtlarında Elnur ailəsi ilə zaman keçirir və Barcelona FC fanatlıq edir.

Tim Pinqri

Direktor, Audit

Tim Pinqri Deloitte Azərbaycan ofisində Audit üzrə Direktordur. Son üç il ərzində o, Deloitte-in digər üzv şirkətində Audit üzrə Direktor kimi çalışmışdır. Birləşmiş Krallıq, Rusiya və digər ölkələrdə Böyük Dördlüyə daxil olan şirkətlərlə 13 illik təcrübəsi vardır. Tim İstehsal, Tikinti, Telekommunikasiya və Neft-qaz sənayelərində çalışan ictimai, çoxmilli və dövlətə məxsus şirkətlərin auditi üzrə böyük təcrübəyə malikdir. İngiltərə və Uels Sertifikatlı Mühasiblər İnstitutunun üzvüdür.

 

Tural Hacıyev

Direktor 

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul Direktor vəzifəsində çalışır. Onun kareyerası ərzində Tural şirkətlərə yenilikçi həllər üzrə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə tovsiyələr edib. O, ERP sinif sistemi tətbiq, IT strategiyası, IT ödəmə qiymətləndirilməsinin bir hissəsi kimi IT funksiyasının strateji inkişaf, iri biznes dəyişikliklər, iş optimallaşdırılması sahəsində 11 ildən artıq peşəkar təcrübəyə malikdir.

Did you find this useful?