Deloitte named the leader in risk consulting to the healthcare sector by Kennedy

Xəbərlər

Deloitte Kennedy araşdırmalar mərkəzi tərəfindən səhiyyə sektorunda risk konsaltinqi üzrə lider müəyyən edilmişdir

Mətbuat yayımları

Mətn ilə tanış olun

Nyu York, NY, 25 iyun 2014-cü il - Deloitte Touche Tohmatsu Limited (DTTL) fəxr hissi ilə bildirir ki, Deloitte Səhiyyə Sektorunda Risk Konsaltinqi 2014 adlı hesabatda Kennedy araşdırmalar mərkəzi tərəfindən səhiyyə sahəsində risklərlə bağlı göstərilən məsləhət xidmətləri üzrə lider elan edilmişdir.

Hesabatda bazar tendensiyaları, müştəri xərcləri tendensiyaları və proqnozları xüsusi qeyd edilməklə, səhiyyə sahəsində risklərin idarə edilməsi ilə bağlı xidmətlərin alıcıları və satıcıları üçün imkanlar və çətinliklər, eləcə də tədarükçü perspektivləri açıqlanır. Kennedy araşdırmalar mərkəzinin hesabatında sənayedəki mövcud vəziyyət müzakirə edilir: “Səhiyyə sahəsində risk konsaltinqi imkanları səhiyyə sistemləri çərçivəsində biznes və sağlamlıqla bağlı yaranan risklərin idarəçiliyində tələb olunan əhatəli bilik və bacarıqları əks etdirir. Səhiyyə üzrə spesifik risklərin idarə olunması üçün risk konsaltinqi üzrə bilik və bacarıqlar genişləndirilir, müştərilər isə mövcud və ehtimal edilən risklərə hazırlıqlı olmaq üçün məsləhətlər almağa vəsait sərf edirlər.”

“Kennedy araşdırmalar mərkəzinin Səhiyyə Sektorunda Risk Konsaltinqi 2014 adlı hesabatında bu sahədə risklərlə bağlı göstərdiyimiz konsaltinq xidmətlərinə görə lider kimi tanındığımız üçün məmnunuq. Son illər ərzində əldə etdiyimiz yerlərlə bərabər, bu dərəcə də Deloitte-in risk məsləhəti xidmətləri üzrə aparıcı yerini müəyyən edir, eləcə də geniş və dərin sənaye təcrübəmizi möhkəmləndirir”, DTTL üzrə İdarəetmə, Tənzimləmə və Risk departamentinin rəhbəri Henry Ristuccia qeyd etmişdir.

Hesabatda qeyd olunur: “Deloitte risk imkanları ilə bərabər səhiyyə və bioloji elmlər üzrə bilikləri, eləcə də ümumilikdə müəssisə səviyyəsində riskləri idarə etmə bacarığı ilə fərqlənir. Deloitte-in dərin və geniş imkanları gələcək sövdələşmələri və qanunvericiliyə əməletmə üzrə tələb olunan əməliyyat təkmilləşmələrini tənzimləmək məqsədilə risk analitikasını, kamillik və diaqnostika alətlərini səhiyyə islahatına hazırlıq diaqnostikası ilə əlaqələndirərək belə islahata uyğun strateji risk qiymətləndirmələrini əhatə edir.”

“Səhiyyə dinamik, sürətlə inkişaf edən və geniş miqyaslı risklərin təsirinə məruz qalan sənayedir. Bu sənaye Deloitte-in ən yüksək prioritetlərindən biridir və dünyadakı xalqların iqtisadiyyatının bir hissəsini təşkil edir. Kennedy araşdırmalar mərkəzi tərəfindən Səhiyyə Sektorunda Risk Konsaltinqi üzrə lider müəyyən olunmağımızla fəxr edirik”, DTTL üzrə Müəssisədəki Risklərlə bağlı Xidmətlər, Bioloji elmlər və Səhiyyə Departamentinin rəhbəri David Hodgson qeyd etmişdir.

Mətbuatla əlaqə
Marielle Legair
Qlobal Kommunikasiya
Deloitte Touche Tohmatsu Limited
Tel: +1 516 918 7170
Mobil: +1 347 213 0933
malegair@deloitte.com

 
 
Əlavə nəticələr:

  • “Deloitte-in geniş qlobal əhatəsi, böyük sənaye təcrübəsi, idarə heyəti səviyyəsində uzunmüddətli əlaqələri səhiyyə sahəsində məsləhət xidmətləri ilə bağlı onun aparıcı mövqeyini müəyyən edir.”
  • “Şirkətimiz, müştərilərin öz rəqabət qabiliyyətini qoruyub saxlaya bilməsini təmin etmək üçün müştəri layihələrinə risklərin daha geniş biznes modelinə tətbiqi məqsədilə yanaşır. Lakin əvvəlcə baş rəhbərliyin üzvü olan maraqlı tərəflər səviyyəsində razılıq əldə edilməlidir. Şirkətin Audit və Müəssisədəki Risklərlə bağlı Xidmətlər üzrə təcrübəsi layihənin xüsusiyyətlərindən asılı olaraq mövzu üzrə ekspertləri cəlb etməklə bu mərhələdə aparıcı yer tutur.”
  • “Deloitte sığorta planlarını, tibbi xidmət tədarükçülərini və bioloji elmləri siyahıda xidmət göstərilən ayrıca sənayelər kimi müəyyən edir və hər bir sektora xüsusi təyin olunmuş mütəxəssis qrupları vasitəsilə dəstək göstərir.”
  • “EMR risk qaydalarına, idarəetmə strukturunun monitorinqi üçün qiymətləndirmə alətləri və sistemlərinə, eləcə də rəqabətdə fərqlənmə strategiyalarına əsasən Deloitte az vaxt çərçivəsində qərar qəbulu ilə bağlı müştərilərin tələbini təmin etmək məqsədilə strateji risklərə onların həlli nöqteyi-nəzərindən yanaşır.”

Deloitte haqqında

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər. Deloitte Touche Tohmatsu Limited və ona üzv şirkətlərin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq, hüquq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-un regiondakı 200,000 peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.


 

Did you find this useful?