Perspektivlər
Kiber Dözümlülük üçün Əməkdaşlıq
Hiperəlaqəli dünyada risk və məsuliyyət
Deloitte-in üzv şirkətləri Dünya İqtisadi Forumunun Kiber Dözümlülük üçün Əməkdaşlıq təşəbbüsünün Bilik Partnyoru kimi çıxış edərək kibercinayət ilə mübarizədə qlobal müəssisələrə yardımçı olurlar.
Dünya İqtisadi Forumunun Kiber Dözümlülük üçün Əməkdaşlıq təşəbbüsü müxtəlif sənayelərinin, müxtəlif maraqlı tərəflərin iştirak etdiyi dialoq olub kiber dözümlülüyü artırmaq, biznes standartlarını təkmilləşdirmək, daha təhlükəsiz və möhkəm əlaqəli cəmiyyətin təşkilinə dəstək göstərmək məqsədi daşıyır.
Qlobal təşəbbüs ümumi Kiber Dözümlülük Prinsipləri və Qlobal Kiber Dözümlülük Qaydalarını təklif edən hesabatı hazırlamışdır. Təşəbbüs qrupu rəhbərlərdən Prinsipləri imzalamağı xahiş etmiş, eləcə də imkanları qiymətləndirmək və təkmilləşdirmək üçün təşkilatlara alətlər təklif etmişdir.