Deloitte-da biz fərq yaradan təsir göstəririk
Artıq 175 ildən çoxdur ki, biz daha yaxşı gələcək qurmaq üçün —Qlobal 500®-ə daxil olan şirkətlərdən özəl müəssisələrə qədər—dünya səviyyəsində bütün rəhbər işçilər ilə çalışırıq. Onların əməkdaşlarına dəstək göstəririk. Uğur qazanmalarına yardımçı oluruq. Bütün bunları cəmiyyətimizə qayğı göstərərək həyata keçiririk.
Sənayenin ən böyük zəka sahiblərindən ibarət bir işçi qüvvəsi ilə biz real və ölçülə bilən nəticələr təqdim edərək gələcəyi formalaşdırmağa davam edirik. Biz sadəcə danışmırıq, — həm də hərəkət edirik.
Bizim haqqımızda daha çox məlumat üçün aşağıdakı videoya baxın.
Məqsədimiz
Hər gün və gördüyümüz hər bir işdə fərq yaratmaq
Bizim fəaliyyətimizi bir məqsəd şərtləndirir: fərq yaradan təsir yaratmaq. Bizim üçün bu, müştərilərimiz və onların biznesləri üçün uzunmüddətli nəticələr, ümumi mənfəətə yönəlmiş ideya və əməllər deməkdir. Eyni zamanda bu, əməkdaşlarımızı dəstəkləyir və onların inkişafını təşviq etməyə yardımçı olur.
Təsir yaratmaq bizim xüsusiyyətimizdir və dünyadakı ən böyük problemlərdən bəzilərini həll etmək üçün bir açardır.
Əməkdaşlarımız
Qlobal liderlərimizlə tanış olun
Əməkdaşlarımız
Real nəticələr əsl liderlərdən başlayır
Müəssisəni insanlar formalaşdırır və bizim əməkdaşlar biznesdə ən yaxşılardandır. Deloitte-un peşəkarları müxtəlif təcrübəyə malik və müxtəlif mədəniyyətlərdən olan mütəxəssislərdir. Mübahisəolunmaz liderlər və qabaqcıl düşüncəli şəxslər. Bunu mümkün edən insanlarla tanış olun.
"Deloitte rəhbərlərimizin və əməkdaşlarımızın inklüzivliyi necə qəbul etməsi və müxtəliflikdən güc alması ilə fərqlənir."
Inger Cini, Malta
"Deloitte sizi komfort zonasından çıxmağa və hazır olmadığınızı düşündüyünüz məqsədlərə nail olaraq, özünüzü təəccübləndirməyə təşviq edir."
Channel St-Pierre, Canada
Deloitte-u Deloitte edən nədir?
Kim olmağınızdan, harada olmağınızdan və ya hara getməyinizdən asılı olmayaraq, Deloitte sizinlədir. Biz çalışırıq ki, insanların və təşkilatların problemlərini həll etməyə kömək edək - hər dəfə bir həll.
Biz hamımız müştərilərimiz, insanlarımız, planetimiz və icmalarımız üçün #VacibOlanTəsiri yaratmağa çalışırıq.
175 ildən artıqdır ki, daha yaxşı gələcək formalaşdırırıq
1845-ci ildə William Welch Deloitte başa düşdü ki, inkişaf yolu əlaqələrin gücünündədir. Bu əlaqələr, əməkdaşlıq və innovasiya baxışı sayəsində Deloitte irsi yarandı.
Bu qurucu inanclar bizim təkamülümüzə təkan verdi və inkişaf etməyimizin şahidi oldu. Məhz buna görə də biz bugünkü qlobal təşkilata çevrilmişik - dünyanın ən böyük problemlərini həll edirik. Və növbəti gedəcəyimiz yer üçün zəmin yaranıb.
Etika və dürüstlük
Dürüstlük. Keyfiyyət. Peşəkarlıq.
Bizim ortaq dəyərlərimiz, biznes davranışının qlobal prinsipləri və məsuliyyətli biznes prinsiplərimizmədəniyyətimizin əsasını təşkil edir, kim olduğumuzu, nəyə inandığımızı və necə davrandığımızı formalaşdırır.
Ətraf mühit, sosial və idarəetmə
Dünyanı daxildən dəyişmək
Deloitte cəmiyyətin dəyişməsi və ətraf mühitin dayanıqlılığının təmin edilməsi üçün səy göstərir. Hökumətlərlə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərək, hər kəs üçün dayanıqlı gələcək qurmağa kömək edən həllər hazırlayır və təqdim edirik.