Təfərrüatlar

Deloitte Korporativ İdarəetməyə dair Azərbaycan üzrə hesabatını açıqlayıb

Press-reliz

Son beş ildə Azərbaycanda yerli şirkәtlәrin icraedici orqan rәhbәrlәri korporativ idarәetmәyә әhәmiyyәtli dәrәcәdә diqqәt ayırıb vә bu yanaşma tәkmillәşdirilib. Təşkilatlar korporativ idarәetmә standartlarının tətbiqinə yeni rakursdan nəzər salmalıdır.

Deloitte Azərbaycan korporativ idarəetməyə dair sorğuya bu ilin iyulunda başlamışdır. Sorğuda məqsəd müәssisәlərdə icraedici orqan rәhbәrlәrinin korporativ idarәetmә yə dair fikirlərinin öyrənilməsi olub. Araşdırmamız zamanı, 12 sәnaye sahәsi üzrә (neft, bank işi, telekommunikasiya, inşaat, istehsal vә digәr sahәlәrdә) müxtәlif ölçülü şirkәtlәr tәhlil edilib.

Son beş ildə Azərbaycanda yerli şirkәtlәrin icraedici orqan rәhbәrlәri korporativ idarәetmәyә әhәmiyyәtli dәrәcәdә diqqәt ayırıb vә bu yanaşma tәkmillәşdirilib. Təşkilatlar korporativ idarәetmә standartlarının tətbiqinə yeni rakursdan nəzər salmalı, eyni zamanda, müşahidә şurası üzvlәri bu tәşәbbüsә yüksək etik və peşə standartlarına sadiq qalmaqla şirkətin inkişafına daha effektiv dәstәk ola bilərlər. Bu barədə Deloitte Azərbaycanın Korporativ Idarəetməyə dair Azərbaycan üzrə açıqladığı hesabatda bildirilir.

Təhlil ölkәdә fәaliyyәt göstәrәn 40-dan artıq özәl, yerli vә xarici şirkәtlәrlә aparılmış onlayn sorğuya və üzbəüz müsahibələrə və şirkәtin qlobal tәcrübәsinә әsaslanıb. Sorğu ölkәdә korporativ idarәetmәnin inkişaf sәviyyәsini tәhlil etmәk mәqsәdilә müxtәlif sәnaye sahәlәrindә fəaliyyət göstərən çoxlu sayda müәssisәlәr arasında aparılıb.


Deloitte Azərbaycanın dərc etdiyi yeni hesabat mövcud tendensiyaları və inkişaf dinamikasını araşdırır, Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdə korporativ idarəetmə standartlarının tətbiqində dəyişikliklər və irəliləyişləri təhlil edir. Bu araşdırma həmçinin, müşahidə şurasında risklərə nəzarət, strateji istiqamətin müəyyən edilməsində müşahidə şurasının rolu, muşahidə şurasının tərkibi, icraedici orqan rәhbәrlәrinin məvacibi və korporativ idarəetmə standartlarına dair yerli qanunvericiliyin effektivliyi kimi müxtəlif mövzuları təhlil edir.


“Ölkədəki yeni iqtisadi reallıqlar Azərbaycanda fəaliyyət göstərən müəssisələrdən beynəlxalq biznes praktikalarına uyğun güclü korporativ idarəetmə standartlarının tətbiqinə daha çox diqqət ayırmağı tələb edir”, deyə Deloitte Azərbaycanın Məsləhət xidmətləri üzrə Direktoru Tural Hacıyev bildirib. “Şirkətlərimiz beynəlxalq bazarlara çıxmağa səy göstərərsə, qarşılıqlı asılılığa və qarşılıqlı məhdudiyyətlərə əsaslanan şəffaf idarəetmə strukturunun tətbiqi onlar üçün minimum tələblərdən biri olmalıdır.”

Son 13 il ərzində Deloitte Azərbaycan korporativ idarəetmə ilə bağlı bir sıra layihələr həyata keçirmiş və qabaqcıl beynəlxalq praktikaların tətbiqi üçün Azərbaycandakı şirkətlərə yardımçı olmuşdur. Deloitte müştərilərin xüsusi tələblərini təmin etmək üçün planlaşdırılmış idarəetmə strukturlarının yaradılmasında, müşahidə şuraları ilə bağlı praktikaların qiymətləndirilməsi və müqayisəli təhlilində, risklərin idarə edilməsi və nəzarət sistemlərinin tətbiqində, etika və tələblərə əməletmə proqramlarının reallaşdırılmasında müştərilərə dəstək olmuşdur.


Sorğu haqqında:

Deloitte Azərbaycan korporativ idarəetməyə dair sorğuya bu ilin iyulunda başlamışdır. Sorğuda məqsəd müәssisәlərdə icraedici orqan rәhbәrlәrinin korporativ idarәetmә yə dair fikirlərinin öyrənilməsi olub.
Araşdırmamız zamanı, 12 sәnaye sahәsi üzrә (neft, bank işi, telekommunikasiya, inşaat, istehsal vә digәr sahәlәrdә) müxtәlif ölçülü şirkәtlәr tәhlil edilib.

 

Korporativ idarəetmə üzrə DTTL-in Qlobal Mərkəzi

Deloitte Touche Tohmatsu Limited-in (DTTL) Korporativ İdarəetmə üzrə Qlobal Mərkəzi (bundan sonra “Qlobal Mərkəz”) korporativ idarəetmə kimi mühüm sahədə dünya üzrə Deloitte-un üzv şirkətlərinin bilik və təcrübəsini bir araya gətirir. Onun missiyası üzv şirkətlər, korporasiyalar və onların direktorlar şurası, investorları, mühasib peşəsi, akademiya və idarəçillik arasında əlaqəni təbliğ etməkdir. Həmçinin Qlobal Mərkəz qlobal korporativ idarəetmə məsələlərinə dair fikirləri inkişaf etdirmək üçün üzv şirkətlər tərəfindən hazırlanmış idarəetmə məsələlərinə dair qaydalarla koordinasiya olunur. 2009-cu ildən etibarən Qlobal Mərkəz Asiya, Avropa, Afrika və Amerika Birləşmiş Ştatlarında 37 korporativ idarəetmə mərkəzini işə salmışdır. 2012-ci ilin may ayında yaradılmış Deloitte MDB-nin Korporativ İdarəetmə Mərkəzi dövlət və özəl sektorda korporativ idarəetməyə dair müzakirələrin aparılmasına dəstək olur və qabaqcıl praktika və icraedici orqan rәhbәrlәri üçün dəyərli resurs hesab edilir.

Təşkilatlar korporativ idarәetmә standartlarının tətbiqinə yeni rakursdan nəzər salmalıdır.
Did you find this useful?