Təfərrüatlar

MHBS üzrə e-təlim 

Yükləyin. Əldə edin. Təkmilləşdirin.

Deloitte istifadəçilərin öz biliklərini inkişaf etdirməsi, habelə MHBS və MUBS əsasında mühüm prinsiplərin və konsepsiyaların tətbiqi üçün MHBS üzrə yüksək keyfiyyətli e-təlim modulları işləyib hazırlamışdır. MHBS üzrə e-təlim modullarını saytda qeydiyyatdan keçməklə sənədin əslinə düzəliş etmədən və materialla bağlı Deloitte-un müəllif hüquqlarına əməl etməklə ödənişsiz əldə etmək, istifadə etmək və paylamaq mümkündür.

Başlamağa hazırsınız?

Deloitte ictimai xidmət kimi (qeydiyyat əsasında) bir sıra ödənişsiz MHBS təlim modulları hazırlamışdır. Hər bir modul (təxmini ölçüsü: 3MB) zip fayl kimi yüklənə bilər və aşağıdakılardan ibarətdir:

 •Standartların tətbiqini nümayiş etdirən real nümunələr

 •Prinsip və nəzəriyyəni izah edən "Təlimatlandırma" bölməsi

 •Standartların tətbiq aspektlərini əks etdirmək üçün işlənmiş nümunələr

 •Təlimi dəstəkləyən istinad materiallar

 •Hər modulun sonunda qiymətləndirmə keçdiyiniz təqdirdə çap formatlı sertifikat.

MHBS e-təlim modullarını saytda qeydiyyatdan keçməklə sənədin əslinə düzəliş etmədən və materialla bağlı Deloitte-un müəllif hüquqlarına əməl etməklə ödənişsiz əldə etmək, istifadə etmək və paylamaq mümkündür. 

MHBS e-təlimin ilk istifadəçilərinə prosesə başlamazdan əvvəl “MHBS E-Təlimindən istifadə” modulunu tamamlamaq tövsiyə olunur, belə ki, bu modulda təlimin məzmunu ilə bağlı məlumatlar verilir və Sizə digər modullarda arasında ən uyğun olanını seçməyə kömək edir.    

 

"Gələcək mühasibat uçotu təlimi metodlarına dair məlumatlar" Viv Cole, Accounting Web

E-təlim üçün qeydiyyatdan-keçin.

130-dan çox ölkədən minlərlə istifadəçi artıq qeydiyyatdan keçmişdir və bu modullardan istifadə edir. Yanvar 2007-ci il tarixinə yükləmələrin sayı 1 milyonu keçmişdir. Bir sıra iri korporasiyalar öz heyətinə MHBS üzrə təlim keçmək üçün Deloitte-un MHBS e-təlim modullarından istifadə etmək və bu modulları öz intranetlərində quraşdırmaq qərarına gəlmişlər. 

E-təlim modullarına daxil olmaq üçün MHBS üzrə e-təlim səhifəsinə daxil olub qeydiyyatdan-keçin.

•MHBS e-təlimdən istifadə 

•MUBS 18 Gəlir

•Maliyyə Hesabatlarının hazırlanması və Təqdimatı üçün çərçivə

•MUBS 19 İşçilərin mükafatlandırılması

•MHBS 1 Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə qəbul edilməsi

•MUBS 21 Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri

•MHBS 2 Pay Alətləri əsasında ödəmə

•MUBS 23 Borclar üzrə məsrəflər

•MHBS 3 Müəssisələrin birləşməsi

•MUBS 24 Əlaqəli Tərəflərlə bağlı məlumatın açıqlanması

•MHBS 5 Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar

•MUBS 27 Konsolidə edilmiş və fərdi maliyyə hesabatları

•MHBS 8 Əməliyyat seqmentləri

•MUBS 27 Fərdi maliyyə hesabatları (2011-ci ildə düzəliş edilmiş)

•MHBS 9 Maliyyə Alətləri: Təsnifləşdirmə və Qiymətləndirmə

•MUBS 28 Asılı müəssisələrə investisiya qoyuluşları

•MHBS 9 Maliyyə Alətləri: Tanınmanın dayandırılması

•MUBS 28 Asılı və Birgə Müəssisələrə investisiyalar (2011-ci ildə düzəliş edilmiş)

•MHBS 10 Konsolidə edilmiş maliyyə hesabatları

•MUBS 29 Hiperinflyasiyalı iqtisadiyyatda maliyyə hesabatlılığı

•MHBS 11 Birgə razılaşmalar

•MUBS 31 Birgə müəssisələrdə iştirak payları

•MHBS 13 Ədalətli dəyərin qiymətləndirilməsi

•MUBS 32 Maliyyə Alətləri: Təqdimat (Əvəzləşdirilən maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə bağlı tələbləri daxil etmək üçün 2011-ci ildə düzəliş edilmişdir)


•Kiçik və orta ölçülü müəssisələr üçün MHBS

•MUBS 32/39 Maliyyə Alətləri – Hissə 1

•BMHŞK 12 Xidmət üzrə Konsessiya Müqavilələri

•MUBS 32/39 Maliyyə Alətləri – Hissə 2 (Hecinq)

•MUBS 1 Maliyyə Hesabatlarının təqdimatı

•MUBS 32/39 Maliyyə Alətləri – Hissə 3 (tanınmanın dayandırılması)

•MUBS 2 Ehtiyatlar

•MUBS 33 Səhm üzrə Mənfəət

•MUBS 7 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

•MUBS 34 Aralıq maliyyə hesabatlılığı

•MUBS 8 Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər

•MUBS 36 Aktivlərin qiymətdən düşməsi

•MUBS 10 Hesabat dövründən sonrakı hadisələr

•MUBS 37 Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər

•MUBS 11 Tikinti Müqavilələri

•MUBS 38 Qeyri-maddi aktivlər

•MUBS 12 Mənfəət vergisi

•MUBS 40 İnvestisiya mülkiyyəti

•MUBS 16 Torpaq, tikili və avadanlıqlar

•MUBS 41 Kənd təsərrüfatı

•MUBS 17 İcarə

MHBS e-təlimi üçün qeydiyyatdan keçin.



Did you find this useful?