IFRS News

Xəbərlər

MHBS Yenilikləri

2015

Dəyişikliklər elan edildikdən dərhal sonra dərc olunan MHBS Yenilikləri MHBS-ə dəyişiklikləri, əlavələri, eləcə də çıxarılmış hissələri əks etdirən qısa xəbər bülletenidir və BMUSŞ-nin işini izləyir. MHBS Yeniliklərində əsas məlumatlar təqdim olunur.

MHBS Yenilikləri Deloitte IAS Plus nəşrlərində təqdim edilən ən vacib dəyişiklikləri, təklifləri və hadisələri nəzərə çatdırmaq üçün hazırlanan həftəlik xəbər bülletenidir. Bu xəbər bülletenləri yeni və düzəliş edilmiş standart və şərhlər, standartların layihələri və müzakirə sənədləri, o cümlədən sənədlərin icmalı və əsas dəyişikliklər/təkliflərə dair tövsiyələr buraxıldığı zaman dərc olunur.

Mətn ilə tanış olun

 

 

BMUSŞ öhdəliyin qısamüddətli və ya uzunmüddətli kimi təsnifləşdirilməsi meyarlarına aydınlıq gətirmək üçün MUBS 1-ə dəyişikliklər təklif edir

BMUSŞ MUBS 1-ə dəyişikliklər təklif edir. Təkliflərlə bağlı qeydlər 10 iyun 2015-ci il tarixinə qədər təqdim edilməlidir.

Daha ətraflı...

17 Fevral 2015

BMUSŞ yenilənmiş iş planını təqdim edir

Yanvar ayında keçirilmiş iclasından sonra BMUSŞ öz iş planını yeniləmişdir. Yenilənmiş plana əsasən 2015-ci ilin birinci rübündən ikinci rübünə keçirilməklə müəyyən məsələlərə dəyişikliklər edilir.

Daha ətraflı...

09 Fevral 2015

BMUSŞ Açıqlama Təşəbbüsü çərçivəsində MUBS 1-ə dəyişikliklər təqdim edir

Maliyyə Hesabatlarının Təqdimatı adlı MUBS 1-in konkret tətbiq sahəsinə qeyd edilən dəyişikliklər edilmişdir: əhəmiyyətlilik və ümumiləşdirmə, maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat, digər məcmu gəlir (“DMG”) maddələrinin təqdimatı, qeydlər.  Daha ətraflı...

21 Yanvar 2015

BMUSŞ investisiya müəssisələrinə aid istisnaların tətbiqi ilə bağlı MHBS 10, MHBS 12 və MUBS 28-ə dəyişiklikləri təqdim edir.

Aralıq ana müəssisənin konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamaqdan azad olması, hətta investisiya müəssisəsinin törəməsi olan ana müəssisə özünün bütün törəmə müəssisələrini ədalətli dəyərlə ölçdükdə belə, həmin ana şirkət üçün mümkündür. Həmçinin, törəmə müəssisələrin, asılı və birgə müəssisələrdə iştirak payı olan müəssisələrin iştirak payı metodunun tətbiqindən azad olmaları ilə bağlı MUBS 28-ə müvafiq dəyişikliklər edilmişdir.
 

Daha ətraflı...

14 Yanvar 2015

BMUSŞ Açıqlama Təşəbbüsü çərçivəsində Pul vəsaitlərinin hərəkəti haqqında hesabat adlı MUBS 7-ə dəyişikliklər təklif edir

Müəssisənin maliyyə aktivləri və likvidlik səviyyəsi barədə maliyyə hesabatı istifadəçilərinə təqdim olunan məlumatın təkmilləşdirilməsi məqsədilə layihədə Pul vəsaitlərinin hərəkəti haqqında hesabat adlı MUBS 7-yə dəyişikliklər təklif olunur.                             Daha ətraflı...

14 Yanvar 2015

2014-cü ilin sonu

Bu xüsusi buraxılışda qanunvericiliyin, cari iqtisadi mühitin təsiri və ya mühasibat uçotu standartlarında dəyişikliklər nəticəsində 31 dekabr 2014-cü il tarixində başlayan və bu tarixdən sonrakı illərlə bağlı yarana biləcək maliyyə hesabatı məsələləri təqdim olunur. Daha ətraflı...

14 Yanvar 2015

Did you find this useful?