Xəbərlər

Deloitte Azərbaycan media üçün ilk təlim keçirdi

Deloitte ilk dəfə olaraq media üçün təlim keçirib

Bakı, Azərbaycan, 22 sentyabr 2015 - Deloitte şirkəti yerli KİV nümayəndələri üçün təlim təşkil edib. Təlimdən əvvəl Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov şirkət haqqında və eyni zamanda şirkətin indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verib. O bildirib ki, təlim hal-hazırda çox aktual bir mövzuya çevrilən maliyyə hesabatlarının təhlilinə və analizinə həsr olunub.
Təlimi Deloitte şirkətinin Audit üzrə Baş Meneceri Nərgiz Mustafayeva aparıb.
Nərgiz Mustafayeva təlim iştirakçılarına şirkətlərin fəaliyyətinin nəticələrini və maliyyə hesabatlarını düzgün təhlil edərək, obyektiv şəkildə ictimaiyyətə ötürülməsində rolu barədə geniş məlumat verib. O, bildirib ki, təlimdə əsas məqsədlərdən biri də, iqtisadiyyatda baş verən trendləri və bunun şirkətlərin fəaliyyətində necə əks olunmasını daha yaxşı anlamaqdır.
Təlim media nümayəndələrinə şirkətlərin fasiləsizlik prinsipinə əsasən fəaliyyətlərini davam etdirə bilmək imkanlarını təhlil etməkdə, həmçinin şirkətlərin maliyyə sağlamlığı barədə daha tutarlı tədqiqatlar aparmaqda kömək edəcək.
Təlim zamanı aşağıdakı mövzülara toxunulub:
• Maliyyə hesabatlarının düzgün təhlilinin media üçün əhəmiyyəti
• Maliyyə Hesabatının Beynəlxalq Standartları (“MHBS”) və tətbiqi
• Maliyyə hesabatlarının növləri və əldə olunan məlumatın istifadəsi
• MHBS üzrə hazırlanmış maliyyə hesabatlarını necə düzgün oxumalı və şirkətin fəaliyyətinin effektivliyini xarakterizə edə biləcək əsas göstəriciləri harada axtarmalı
• İnvestorlar və maliyyə təşkilatları üçün vacib sayılan göstəricilər və onların hesablanması
• Maliyyə hesabatları üzrə ifadə olunan müstəqil auditor rəyi və onun növləri
 

Did you find this useful?