Xidmətlər

Audit  Rəhbərlərinin 2016 il üzrə Qlobal Sorğusu

Daxili Auditdə çevriliş 

Deloitte-un 2016 ildə Audit Rəhbərləri arasında keçirmiş olduğu “Təkamül yaxud Mövqelərin İtirilməsi” adlı Qlobal Sorğusu Daxili Auditin bugünkü gündə və gələcəkdə üzləşəcəyi çətinliklər üçün konseptual həllər təqdim edir. 29 ölkədən və müxtəlif sənaye sahələrindən 1200 Daxili Audit rəhbərinin cavablarından ibarət sorğu Deloitte-un Daxili Audit sahəsində keçirmiş olduğu ən geniş qlobal sorğudur.

Bu hesabatda nələri tapacaqsınız:

Bu günlü gündə  aktual olan fikirlər və gələcək proqnozlar: Daxili Audit xidmətinin rəhbərləri hal-hazırda və yaxın üç-beş il ərzində audit qruplarının bacarıqları, təsir etmə gücü və nüfuzu və səhmdarların gözləntiləri  haqda fikirləri ilə bölüşmüşdür.

Doldurulmalı boşluqlar və həll olunmalı problemlər: Səhmdarların tələblərini qarşılamaq üçün Daxili Audit Xidmətləri  informasiya texnologiyaları, verilənlər bazasının analitik təhlili, səhv modeldən qaynaqlanan risklər, innovasiyalar, dələduzluğun qarşısının alınması və aşkarlanması kimi istiqamətlərdə  bacarıqlarını və yanaşmalarını  təkmilləşdirməlidir.

Xüsusi planlar və addımlar: Fəaliyyət nəticələrini, dəyərləri,  təsir gücünü və mövqeyini artırmaq üçün Daxili Audit komandaları  məsləhət xidmətlərini həcmini artırmalı, analitik bacarıqlar və  metodlar üzərində iş aparmalı, strateji planlamanı və risk idarəetməsini  qiymətləndirməli  və hesabatlarında əyani vasitələrdən istifadə etməlidir.

 

Hesabatı yükləyin

Sorğu nəticəsində məlum olanlar: 

  • 1,203 respondent, 29 ölkə, müxtəlif miqyasda şirkətlərlə təmsil olunan səkkiz sənaye sektoru, Daxili Audit büdcələri və Daxili Audit xidmətlərinin sərf etdiyi saatlar
  • Demək olar ki, bütün Audit Rəhbərləri təşkilatlarının və funksiyalarının növbəti bir neçə il ərzində  dəyişəcəyini gözləyir.
  • Bugünkü gündə  Daxili Audit xidmətinin  təşkilatlarda arzuladığı və ehtiyac duyduğu  mövqeyi və təsiri  aşağı səviyyədədir.
  • Səhmdarlar  risklər, strateji planlama, İT və biznes fəaliyyəti ilə əlaqədar daha çox gələcək yönlü hesabatların və ideyaların təqdim olunmasını tələb edir.
  • Demək olar ki, Daxili Audit üçün ayrılan büdcələrin dinamikası dəyişməyəcək, yaxud az həcmdə dəyişəcək, və bu da bu xidmətdə lazımi islahatları maliyyələşdirməyə kifayət etmir.

Bu problemləri həll etmək üçün  Daxili  Auditorlar analitik təhlilləri  bütün daxili audit müddətində istifadə etməli, hesabatlarını optimallaşdırmalı, analitik bacarıqları mənimsəməli və alternativ mənbələrin tapılması strategiyalarını işə salmalıdır.

 

Hesabatı yükləyin