Xidmətlər

Kapital bazarları və Səhmlərin ilkin yerləşdirilməsi xidmətləri (İPO)

Bu xidmətlərdə Sizin partnyorunuz 

İPO-nu nəzərdən keçmək istəyən müəssisələr üçün hazırlıqlar çətin, çox vaxt aparan və resurs tələb edən bir prosesdir. Möhkəm korporativ idarəçiliyə, güclü daxili proseslərə, effektiv sistem və nəzarətlərə üstünlük verilən şəraitdə ictimai müəssisə kimi formalaşmağa çalışan təşkilatlar böyük tələblərlə üzləşir.

Təcrübəli peşəkar heyətimizin köməkliyi ilə Deloitte İPO-nun üstünlükləri barədə təhlil və qiymətləndirmədən başlayaraq mümkün seçimlərin müəyyən edilməsinə qədər bütün İPO proseslərində Sizə köməklik edə bilər.

İPO səyahəti – potensialınızın artırılması 

İPO həyatda bir dəfə verilən dəyərli imkandır və buna yaxşı hazırlıqlı olmaq müvəffəqiyyətin əsasını təşkil edir. Bu son dərəcə mürəkkəb bir prosesdir və sizin İPO səyahətinizin müxtəlif eniş yoxuşlardan keçəcəyi ehtimal olunur. Listinq məqsədlərinizin həyata keçirilməsi üçün Gözləntilər, Məsləhət və Hərtərəfli planlaşdırma tələb olunacaq.

Sənədi yükləyin
Sizə köməklik üçün bizim düzgün seçim olmağımızın səbəbləri nədir 

Deloitte şirkətinin İPO sahəsində böyük təcrübəsi vardır. Bizim heyətimiz əvvəllər sonsuz sayda belə layihələr həyata keçirmişdir və Sizə İPO səyahətinizin istənilən mərhələsində yardimçı ola bilər. Bizim heyətimiz və şirkət üzrə digər mütəxəssislərimiz korporativ maliyyə məsləhəti, audit, əməliyyat xidmətləri, vergiqoyma sahələrini əhatə edən çox funksional bir heyətdir. Bu bizə təkcə texniki və bu proseslə bağlı məsələlər üzrə deyil, eləcə də müstəqil maliyyə məsləhətçinizdən strateji və kommersiya hədəflərinə nail olmaq üçün gözlədiyiniz yüksək səviyyəli xidmətləri yerinə yetirmək imkanı verir.         

Sənədi yükləyin

Biz MDB-də fəaliyyət göstərən şirkətlərə inteqrasiya olunmuş aşağıdakı İPO xidmətlərini təklif etməklə hazırda yerli və xarici birjalarda  qeydiyyatda olan bu şirkətlərin yarıdan çoxuna xidmətlər göstərmişik:

 •İPO-ya hazırlığı müəyyən etmək üçün IPO hazırlığının diaqnostikası  

 •İPO dəstəyi – Sizin mövcud bacarıq və resurslarınızı tamamlamaq üçün Sizə tələb olunan səviyyədə köməkliyin göstərilməsi məqsədilə heyətinizin ayrılmaz hissəsi kimi işləyirik.

 • İPO-ya hazırlıq mərhələsində vergi və hüquq restrukturizasiyası

 • MHBS əsasında hesabat və birja tələblərinin yerinə yetirilməsi üçün sürətli bağlanma prosedurunun tətbiqi   

 •İPO zamanı və İPOdan sonra Rəhbərliyin motivasiyası üçün mükafatlandırma planı

 •Şəffaflıq, riskin idarə edilməsi, şuranın təşkili və sair üzrə korporativ idarəetmə məsləhəti.

Biz əminik ki, kapital bazarında mühüm təcrübəyə malik olan ixtisaslaşmış heyətimiz İPO prosesinin rahat və effektiv təşkili üçün Sizi dəyər və xərc baxımından səmərəli  həllərlə təmin edəcəkdir.   

 

Sənədi yükləyin