Təfərrüatlar

Haqqımızda

Best Managed Companies Azerbaijan

The Best Managed Companies müsabiqəsi yüksək biznes fəaliyyəti ilə fərqlənən şirkətləri cəmiyyətə tanıtmaq üçün işlənib hazırlanmışdır.

Proqram zamanı həyata keçirilən dəqiq və müstəqil qiymətləndirmə prosedurları bu müsabiqəyə cəlb edilmiş şirkətlərin qəbul olunmuş beynəlxalq standartlar çərçivəsində dəyərəndirilməsinə təminat verir.  Şirkətlərin idarəedilməsi dörd meyar əsasında dəyərləndirilir: strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri.

MDB ərazisində ilk dəfə olaraq 2021-ci ilin oktyabr ayında Azərbaycanda başlamış Best Managed Companies proqramının beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Hazırda müxtəlif ölkələrdə oxşar proqramlar təşkil edilməkdədir.

Best Managed Companies Azerbaijan proqramının özəlliyi nədir?

  • Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulub.
  • Ümumi biznes nəticələrini və dayanıqlı inkişafı dəyərləndirir.
  • Təşkilatın nümayiş etdirdiyi səyləri ümumilikdə dəyərləndirir.
  • Yalnız maliyyə nəticələrini ölçməklə kifayətlənmir.
  • Kouçinq prosesində ən yaxşı təcrübələrin praktikada tətbiqi üçün istiqamət verir.

Bu proqrama qatılmaqla şirkətiniz nə qazanacaq?

Brendin tanıtımı

Qaliblər Best Managed Companies Azerbaijan adını xüsusi olaraq istifadə etmək hüququ əldə edirlər. Loqo vizit kartları, işə qəbul sənədləri, reklam,  şirkətin məhsul və xidmətlərində  (nəqliyyat vasitələri, pərakəndə mağazalar, veb-saytlar və qablaşdırmalarda) istifadə edilə bilər.

Qlobal layihənin bir hissəsi olmaq

Digər ölkələrdəki Best Managed Companies proqramları arasında bu ad mükəmməl idarə olunan özəl şirkətlər üçün beynəlxalq keyfiyyət markası olaraq tanınır, çünki Best Managed Companies şirkətləri Best Managed Companies titulunu daşıyan şirkətlərlə əməkdaşlıq etmək istəyirlər.

Yüksək potensiallı işçilərin cəlb edilməsi

İnsanlar mükəmməl idarə edilən şirkətlərdə işləmək istəyirlər.

Mediada tanıtım

Best Managed Companies Azerbaijan titulunu qazanan şirkətlər media vasitəsilə tanınmaq imkanı əldə edirlər.

Bençmarkinq

Təşkilatınızı digər qabaqcıl şirkətlərlə və ən uğurlu bizneslərlə beynəlxalq səviyyədə təsdiq edilmiş prinsiplər əasasında müqayisə edə bilərsiniz.

Faydalı məsləhətlər

Hətta qalib gəlməmiş şirkətlər müraciət prosesində dəyərli təcrübə əldə etdiyini söyləmişlər. Layihə çərçivəsində idarə heyətini toplamaq, şirkətin strategiyası və biznes planı üzərində düşünmək və onun güclü və zəif tərəflərini anlamaq üçün fürsətdir. Təlimçilər bu istiqamətdə faydalı tövsiyələr verirlər.

Şəbəkə

Best Managed Companies şirkətlərin daxil olduğu seçilmiş biznes icmasının bir üzvü olun.

Did you find this useful?