Deloitte Həyatı

Bizim Əməkdaşlar

Elnur Qurbanov

Deloitte komandası olmadan indi sahib olduqlarımı əldə edə bilməzdim

Elnur Qurbanov, Audit və Məsləhət Xidmətləri, Partnyor

Mən Deloitte Bakı ofisində Məlumatın Mötəbərliyinin Yoxlanması və Məsləhət Xidmətləri Qrupu üzrə Partnyoram. Peşəkar karyerama 1998-ci ildə Azərbaycanda Böyük Dördlüyə daxil olan digər bir şirkətdə başladım və 2002-ci ildə Deloitte-də Menecer kimi qoşularaq, şirkətin Minsk və Moskva ofislərində beynəlxalq və yerli müştərilər üçün məsul olan menecer vəzifəsində çalışdım. Deloitte Azərbaycan praktikasının yaradılmasından iştirak etmişəm və 2008-ci ilin iyun ayından Partnyor kimi fəaliyyət göstərirəm. Böyük Britaniyanın Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) üzvüyəm.

Yalnız məhdud fəaliyyət sahəsi olmamaq şərtilə davamlı şəkildə inkişaf etmək imkanı mənimçün çox əhəmiyyətlidir. Bu cəhətdən bəxtim gətirib, çünki Deloitte öz işçilərinin peşəkar inkişafını başlıca prioritet hesab edir. Deloitte-dəki fəaliyyətim müddətində təlim keçmək, həmkarlarımı təlimləndirmək və əsas işimi digər maraqlı tapşırıqlarla əlaqələndirmək, məsələn, təlim sessiyalarının, müştəri seminarlarının, korporativ və s. tədbirlərin təşkili və keçirilməsi üçün çoxlu imkanlarım olub. Bu, şirkət daxilində və xaricində əlaqələrimi genişləndirməkdə, gündəlik fəaliyyətimlə əldə edə bilməyəcəyim əlavə bacarıqlar qazanmaqda və məşğul olduğum sahəyə yeni tərzdə yanaşmaqda mənə imkan yaratmış.


Sonuncu, lakin çox əhəmiyyətli olan komandadır. Deloitte komandası olmadan indi sahib olduqlarımı əldə edə bilməzdim.
Həqiqətən, biznesdən asılı olmayaraq, tam nailiyyət əldə etmək üçün düzgün komandayla işləmək lazımdır. Biznes uğuru qazanmaq üçün bacarıqların kifayət etməsi əfsanədir.
Gündəlik vəzifələrin icrasında işçilərin həvəsi, gücü və marağı onların bacarıqları qədər əhəmiyyətlidir. Hər hansı bir şirkətdə karyeranın inkişafına təkan verən əsas amil bir şəxsin bütün yük öz çiyinlərində daşımalı olmaması, əksinə, tapşırıqları, öhdəlikləri və birgə layihələrin nəticələrini digərləri ilə paylaşmasıdır. Deloitte-də biz çətin zamanlarda bir-birimizə dəstək olur, tam qüvvəmizlə müştərilərə xidmət göstərmək üçün birgə çalışırıq və inanın ki, miqyasından asılı olmayaraq biznesdəki bütün uğurlarımızda hər bir üzvümüzün öz payı vardır. Birlikdə biz çətinliklərə üstün gəlirik. Birlikdə inkişaf edirik.



Did you find this useful?

Related topics