Deloitte Həyatı

Bizim Əməkdaşlar

Emil Qarayev

Deloitte-də yalnız karyerada deyil, həyatın digər sahələrində də inkişaf azadlığının və sərbəstliyinin olduğunu müəyyən etdim

Emil Qarayev, Baş Menecer, Vergi və Hüquq

Deloitte peşəkar karyeramın başladığı yerdir. Bu şirkətdə fəaliyyətimə 2006-cı ildə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə Magistratura pilləsini bitirdikdən dərhal sonra başlamışam. Burada yalnız 1-2 il müddətinə qalacağımı düşünürdüm, çünki həmin vaxtlarda Böyük Dördlük şirkətləri barədə nə bitirdiyim universitetdə, nə də dostlarım arasında geniş yayılmış məlumatlar yox idi. Səkkiz zəhmətli ildən sonra hazırda bu şirkətdə Vergi üzrə Baş Menecer kimi çalışıram. Bəs niyə bu qədər müddət burada qaldım? Çünki Deloitte geniş imkanlar təklif edir – bu, hər kəsin bir şansa malik olduğu həqiqi imkan mədəniyyətidir.

Deloitte-də yalnız karyerada deyil, həyatın digər sahələrində də inkişaf azadlığının və sərbəstliyinin olduğunu müəyyən etdim. Deloitte-də bu günə qədər əziz tutduğum dəyərlər kəşf etdim. Burada hər gün çətinliklərlə rastlaşsan da, daim şirkətin dəstəyini hiss edirsən və müştərilərdən öyrənirsən

Deloitte-də yalnız karyerada deyil, həyatın digər sahələrində də inkişaf azadlığının və sərbəstliyinin olduğunu müəyyən etdim. Deloitte-də bu günə qədər əziz tutduğum dəyərlər kəşf etdim. Burada hər gün çətinliklərlə rastlaşsan da, daim şirkətin dəstəyini hiss edirsən və müştərilərdən öyrənirsən.

İşim mənə böyük imkanlar və məmnunluq hissi verir. Hər səhər təbəssümlə oyanaraq günün başlanmasını səbirsizliklə gözləyirəm. Düşünürəm ki, məndəki həvəs hər gün yeni öhdəliklərimin yaranmasından irəli gəlir: müştərilərin problemlərini həll etmək, innovativ yanaşmaları tətbiq etmək həvəsindən, komandamdan aldığım hədsiz dəstəkdən. Mən çox səyahət edirəm, dünya haqqında yeni məlumatlar öyrənirəm, hər gün bir yenilik gətirir və əvvəlkindən fərqli olur. Gördüyüm iş heç vaxt darıxdırıcı və monoton olmur və həvəsim heç bir zaman azalmır. Geri baxdıqda, Deloitte-də çalışdığım illər ərzində qazandığım nailiyyətlərlə fəxr edirəm.

Bu gün Azərbaycanda 100-dən artıq peşəkar mütəxəssisimiz vardır və onlar dünyadakı 200,000 əməkdaşdan ibarət qlobal Deloitte şəbəkəsinin bir hissəsidir. Deloitte-də uzun müddət qalmaq istərdim və şirkət həm bu regionda, həm də dünyada genişləndikcə onunla birgə inkişafa ümid edirəm.

Düşünürəm ki, karyeramı Deloitte-də başladığıma və davam etdirdiyimə görə bəxtim gətirib, çünki o, çalışmaq və karyera davam etmək üçün ən yaxşı yerlərdən biridir.


Did you find this useful?

Related topics