Deloitte Həyatı

Bizim Əməkdaşlar

Tural Hacıyev

Görülən iş yalnız həvəsləndirici və maraqlı yox, həm də əyləncəli olmalıdır

Tural Hacıyev, Direktor, Müəssisədəki Risklərin İdarə edilməsi Departamenti

2003-cü ildə ilk dəfə Deloitte Bakı-nın MRİ departamentində fəaliyyətə başlayanda ətrafımdakı mütəxəssislərin peşəkarlıq səviyyəsi məndə böyük təəssüratlar yaratmışdı. Məni dəfələrlə maraqlandıran bir sual vardı: işlədiyimiz mühitin bir çox sənaye və universitetlərindən olan istedadlı şəxsləri bizim şirkətimizdə cəlb edən nədir? Əlbəttə ki, bu sualın cavabı sadə deyil.

İlk olaraq, düşünürəm ki, bacarıqlı insanları cəlb edən yalnız yüksək əmək haqqı və maliyyə deyil, həm də maraqlı və gərgin işdir. Deloitte-də çalışarkən bir çox çətin və gərgin hallarla rastlaşır, hər gün planlaşdırılmayan və maraqlı tapşırıqlar icra edirik.

İkinci, fəaliyyətin nəticələri - müştərilərə verilən məsləhətlərin onların fəaliyyət tərzini dəyişdiyini, eləcə də görülən işlərin biznes qərarlarına qısa müddətdə təsirini müşahidə etmək yüksək ixtisaslı peşəkarlar üçün motivasiya mənbəyidir.

Üçüncü, görülən iş yalnız həvəsləndirici və maraqlı yox, həm də əyləncəli olmalıdır.

Düşünürəm ki, sadalanan bu səbəblərə görə Deloitte-də çalışmağı sevirəm və şirkətdə inkişaf edərək daha da irəli getməyi planlaşdırıram.

Did you find this useful?

Related topics