Deloitte Həyatı

Bizim Əməkdaşlar

Vüsalə Kərimova

Özümüzün və digərlərinin peşəkar inkişafı və emosional məmnunluğun təmin edilməsi üçün yüksək səylə çalışırıq

Vüsalə Kərimova, Kadr İşləri üzrə Partnyor

Kadr İşləri üzrə Partnyor kimi Deloitte-də ən çox sevdiyim bu şirkətin təlim mühitidir. Deloitte-in əməkdaşları hər gün yeni bacarıqlar və biliklər əldə edirlər. İşçilərimizə onların bütün ixtisaslaşma sahələrində peşəkarlıq səviyyələrini artırmağa yardımçı oluruq. Bundan əlavə, həm peşəkar xidmətlər göstərən, həm də köməkçi heyətə xüsusi təlim və inkişaf imkanları təmin edirik.

Hər bir işçinin yüksək səriştəliliyinin əsasını təşkil edən və işçinin fəaliyyət nəticələri üçün əhəmiyyətli olan yaxşı bilik və bacarıqlar işçilərin emosional vəziyyətinə və fərdi məmnunluğuna çox müsbət təsir göstərir. Emosional və fərdi məmnunluq iş adamının uğurunun heç də ən son göstəricilərindən deyildir. Deloitte-də özümüzün və digərlərinin peşəkar inkişafı və emosional məmnunluğun təmin edilməsi üçün yüksək səylə çalışırıq. Bir işçinin şəxsi inkişafını və daxili məmnunluğunu təmin edən işdəki gündəlik kiçik fəaliyyətləri digərlərini də sevindirir və inkişafa həvəsləndirir.

Deloitte-in İnsan Resursları Departamentində fəaliyyətimə doqquz il əvvəl, Bakıda Böyük Dördlüyün digər bir şirkətinin Kadrlar şöbəsində 8 illik əməkdaşlıqdan sonra başlamışam və Deloitte-də keçirdiyim günlər üçün heç bir zaman təəssüf hissi keçirməmişəm. Olduqca həvəsli heyətlə birgə çalışaraq inkişaf etmişəm və bu illər ərzində işçilərin öz karyeralarında ucalaraq bir çox nailiyyətlər əldə etdiyinin şahidi olmuşam. Deloitte-dəki karyeram müddətində çoxlu sayda gənclərin universiteti bitirdikdən sonra və hətta universitetin sonuncu kursunda oxuyarkən burada mütəxəssis kimi ilk addım atdıqlarını və menecer səviyyəsinə nail olduqlarını görmüşəm. Bu gənclərin öz işlərinə həvəslə yanaşması və çalışqanlığı, eləcə də Deloitte-in onlara təklif etdiyi geniş təlim imkanları onların uğurunun başlıca səbəbi olmuşdur.

Təhsil, kitablardan və ya kurslardan öyrəndiyimiz bilikdən daha əhəmiyyətlidir. Düzgün təhsil özümüzü kəşf etməyə, gizli qalan güclü cəhətlərimizi və bacarıqlarımızı üzə çıxarmağa və təhsil müddətində öyrəndiklərimizi cari peşəkar təcrübəmizdə tətbiq etməyə yardımçı olur.

 

 

Did you find this useful?

Related topics