Deloitte Həyatı

Tələbələr üçün proqramlar

Deloitte Azərbaycan yerli univeristetlər ilə sıx əməkdaşlıq edir və mütəmadi olaraq tələbələr üçün müxtəlif proqramlar həyata keçirir.

Mətn ilə tanış olun

Deloitte SABAH Karyera Mərkəzi

Deloitte şirkəti böyük məmnuniyyətlə “SABAH” qrupları ilə tərəfdaşlıq çərçivəsində bacarıqlı tələbələr üçün işəgötürmə bürosunun - Deloitte-SABAH Karyera Mərkəzinin fəaliyyətə başladığını elan edir. “SABAH” qruplarının tələbələri üçün nəzərdə tutulmuş mərkəzin məqsədi karyera hazırlığı və işə hazırlıq ilə bağlı bu tələbələrə dəstək göstərməkdir. Belə hazırlıq təqdimat və ünsiyyət bacarıqları, Biznes Etikası və işə hazırlıq kimi mövzular daxil olmaqla, çoxsaylı təlimlər vasitəsilə həyata keçiriləcək.

Tələbələr üçün geniş təcrübə imkanları mövcuddur.

“SABAH” qruplarının maraqlanan namizədləri 27 fevral 2015-ci il tarixindən gec olmayaraq öz CV-lərini sabah@deloitte.az ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Deloitte-SABAH Karyera Mərkəzinə müraciət etmək fürsətini qaçırmayın!

Əməkdaşlıq etdiyimiz universitetlər:

  • Qafqaz Univeristy
  • ADAU
  • ADİU (Azərbaycan Dövlət İqtisad Universiteti)
  • ADNA (Azərbaycan Dövlət Neft Akademiyası)
  • BDU (Bakı Dövlət Universiteti)

 


Proqramlar:

  • JAA - Junior Achievement
  • Azərenerji ASC - İcma İnkişafı Proqramı
  • ADA Universitetində Deloitte ilə 1 "həftə"  

 

Did you find this useful?