Təfərrüatlar

Faydalı məsləhətlər

Bizim komandamızdan bəzi məsləhətlər

Sizin CV malik olduğunuz bacarıq, təcrübə və nailiyyətlərinizi satmaq üçün bir imkandır. Məhz bu Sizin Deloitte-da mövcud olan iş vakansiyasına uyğun olduğunuzun göstəricisidir.

Mətn ilə tanış olun

Nuran Kərimov, Partnyor, Vergi və Hüqüq

"Sizin CV-nizin məzmun və aydınlığına dair keyfiyyəti son dərəcə əhəmiyyətlidir. Geniş təcrübənizdən asılı olmayaraq, uzun CV arzuolunmazdır. (Mənə görə bu maksimum 2 səhifə olmalıdır). Çox vacibdir ki, təhsil, bacarıq və təcrübə haqqında məlumat gözəçarpan şəkildə təqdim olunub.

Müsahibə üçün tövsiyələr: ilk növbədə, müsahibə üçün vaxtında, hətta deyərdim ki, bir az əvvəl gəlin. Peşəkar kimi göründüyünüzə əmin olun. Əgər tərəddüd edirsinizsə, o zaman biznes geyimə üstünlük verin. Müsahibəyə gəlməzdən əvvəl şirkət, onun fəaliyyət göstərdiyi sfera, tarixi (bütün tarixini öyrənmək mütləq deyil) sektorlar, rəqibləri və s. haqqında ətraflı məlumat toplayın. Sizi müsahibə edənə təşəkkür edin, amma bunu həddən artıq səylə etməyin.

Bədən dilinə, duruşunuza, səs tonunuza diqqət yetirin; heç vaxt söhbət tərəfdaşınızın gözünün içinə baxmaqdan çəkinməyin və üzünüzdə doğru bir təbəssüm ifadəsi olmasına diqqət edin.

Siz (təkəbbürlə səhv salmayın) özünüzü inamlı aparmalısınız. Dürüst olun: Əgər Sizdən əvvəlki iş yerinizi nəyə görə tərk etdiyiniz barədə danışmağınızı xahiş edirlərsə, o zaman olduğu kimi cavab verin. Əksinə, cari iş imkanının Sizin üçün niyə cəlbedici olduğunu izah edin.

Müsahibələrdə mən həmişə namizədin gələcək karyera planları haqqında sual verirəm: çox açıq olun və işi niyə görə istədiyinizi və özünüzü bu işə nə qədər həsr edəcəyiniz barədə danışın. Yalan danışmaqdan çəkinin, lakin böyük planlarınızı ifadə etməyi də bacarın: Məsələn, şirkətinin Baş İcraçı direktoru olmaq istədiyinizi".

Tural Hacıyev, Direktor, Risk üzrə Məsləhət Xidmətləri

Tural, Risk üzrə Məsləhət Xidmətləri Direktoru kimi, müsahibəyə gələn nazmizədlərin suallara konkret cavab vermələrini tövsiyyə edir.

"Cavablar konkret misallara söykənməlidir. Bundan başaqa, nəinki universitetdə, orta məktəb dövrü əldə etdiyiniz nailiyyətlərinizi, uğurlarınızı sadalamaq da çox faydalı olardı.

"Müsahibənin praktiki hissəsinə hazrlıqlı olmaq üçün Sizdən müsahibə götürən insanları yaxşı tanımalısınız. Sosial media vasitəsi ilə və ya şəxsi kontaktlarınızdan istifadə edərək onların müsahibədə nələrə üstünlük verdikləri barədə məlumat toplayın".

Did you find this useful?