Deloitte Həyatı

Dəyərlərimiz

Deloitte Qlobal üzrə Baş İcraçı Direktor

Mətn ilə tanış olun

Deloitte peşəkar xidmətlər sahəsində dünyanın qabaqcıl şəbəkəsi kimi tanınır. Biz bu adı yalnız dünya səviyyəli müştəri xidmətləri təmin etdiyimizə görə deyil, həm də bu səylərin həyata keçirilməsi üçün yüksək səviyyəli mütəxəssislərin cəlb olunması, inkişafı və saxlanması ilə bağlı öhdəliyimizə sadiq qaldığımız üçün qazanmışıq.

Üzv şirkətlərimizdə çalışan 184,000 peşəkardan hər birinin xüsusi bilik və təcrübəsi biznesimizə imkan yaradan əsas amillərdəndir. Sadə dildə desək, işçilərimiz bizim ən dəyərli aktivlərimizdir və buna görə də biz davamlı peşəkar və şəxsi inkişaf mədəniyyətini artırmaq üçün müəyyən vaxt sərf edir və resurslar ayırırıq. Buraya müştəri xidməti tapşırıqları, qlobal tətbiq, təlim və inkişaf, iş/həyat balansı və müştərilərimizə xidmət göstərmək üzrə imkanlar ilə bağlı ikitərəfli müzakirələr daxildir.

Üzv şirkətlərimizdə çalışan peşəkarlarımız aparıcı müştərilərə xidmətlər göstərirlər və ən mürəkkəb biznes məsələləri ilə bağlı həllərin təmin olunması üçün onlara şərait yaradan qlobal innovativ resurslar şəbəkəsindən yararlanmaq imkanına malikdirlər. Həmçinin, Deloitte getdikcə daha geniş şəbəkəyə çevrildiyinə görə biz, peşəkarlarımız üçün daha dinamik, əlaqəli və çoxşaxəli təcrübəni təmin edə bilərik.

Biz inanırıq ki, işçilərimizlə möhkəm münasibətlərin qurulması müştərilərimizlə sağlam əlaqələrin qurulması qədər biznesimizin uğuru üçün əhəmiyyətlidir. Bu inam bacarıqlı, həvəsli və işində maraqlı resursların – Deloitte-i dünyada mükəmməllik nümunəsinə çevirməyə davam edən kadrların inkişafı üçün səyləri stimullaşdırır.

Barry Salzberg
Baş İcraçı Direktor, Deloitte Touche Tohmatsu Limited


Did you find this useful?