where do you fit in deloitte careers

Təfərrüatlar

Siz hara uyğun gəlirsiniz?

Sizin karyeranız Sizi hara yüksəldə bilər?

Deloitte audit, konsaltinq, korporativ maliyyə, risklərin idarə edilməsi, eləcə də vergiqoyma və hüquq üzrə məsləhətləşmə sahəsində dünya lideridir və bütün səylərini bu statusu qorumağa sərf edir. Biz əməkdaşlarımızın ən yaxşı mütəxəssislərdən təşkil edilməsinə çalışdığımız üçün daim bacarıqlı və məqsədyönlü şəxslərin axtarışındayıq. Biz hər zaman ünsiyyətə hazırıq və ali təhsilli, bacarıqlı və iddialısansa, bəlkə də axtardığımız məhz sənsən!

Deloitte-un qlobal şəbəkəsinə daxil olan şirkətlər öz müştərilərinə audit, müəssisədəki risklərin idarə edilməsi, vergi və hüquq, konsaltinq və korporativ maliyyə kimi sahələrdə geniş xidmətlər təklif edilər.
Mütəxəssislərimiz müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərin qarşıya qoyduğu tapşırıqlara daha yaxşı həllər tapmaqda onlara köməklik göstərir. Tətbiq etdiyimiz kompleks yanaşma qoyulmuş tapşırıqlara dair dərin anlayışımızı, yeni metodların tətbiqini və iqtisadiyyatın müxtəlif sahələrində müştərilərə xidmət üzrə qazandığımız zəngin təcrübəni özündə birləşdirir. Bu bizə müştərilərimizin qarşılaşdığı problemlərə optimal həllər tapmaqda yardımçı olur.
Deloitte öz işçilərinə peşəkar inkişaf üçün müqayisə olunmaz imkanlar yaradır. Əgər hər hansı səbəbdən Sizin marağınız dəyişərsə və ya Sizdə Deloitte-un başqa xidmət sahəsində işləmək marağı yaranarsa Deloitte Sizə özünüzü bu yeni sahədə sınamaq şansı verə bilər. Şirkətimizin hazırkı və gələcək uğurunun əsasını işçilərin peşəkarlığı, işləmək həvəsi və şirkətin məqsədlərinə sadiqliyi təşkil edir.

Bizim iş

Deloitte aparıcı peşəkar xidmətlər şirkətidir. Biz müştərilərimizə müxtəlif sahələr üzrə, o cümlədən mühasibat, audit, vergi, korporativ idarəetmə, korporativ maliyyə, biznes və hüqüq məsləhətləri kimi xidmətlər təklif edirik.  

 

 

Audit

Müasir şəraitdə şirkətlərin fəaliyyəti beynəlxalq miqyasları əhatə etdiyindən əksər müəssisələr üçün investor etibarının qazanılması və ya möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir. Biz əminik ki, xidmətlərimiz yalnız auditin aparılması və qanunvericilik tələblərinə əməletmə zəmanətinin təqdim edilməsi ilə məhdudlaşmamalıdır. 

Azərbaycan və beynəlxalq şirkətlərlə işləyərək biz təkcə (MHBS, ABŞ ÜQMUP, KANADA-nın ÜQMUP və digər) beynəlxalq standartlar əsasında yoxlamalar deyil, eləcə də müştərilərin öz məqsədlərinə nail olmasına, risklərin idarə edilməsi sahəsində effektivliyin yüksəlməsinə və müəssisədə şəffaflığın artırıılmasına köməklik göstəririk. Biz müştərilərimizə onların maliyyə məlumatının etibarlılığını artırmağa və səhmdarlara biznesin real qiymətləndirməsini aparmağa yardımçı olan geniş xidmətlər toplusu təklif edirik. Yeni texnologiyalardan geniş istifadə başqa şirkətlərlə müqayisədə bizə daha qısa müddətdə audit aparmaq imkanı verir. Buna əsaslanaraq tam əminliklə deyə bilərik ki, Deloitte aparıcı audit şirkətləri arasında xüsusi yer tutur.


Audit departamentinin strukturu


• Enerji və resursları sahəsindəki müəssisələrə xidmət qrupu

• Sənaye və istehlak sektorundakı müəssisələrə xidmət qrupu

• Yüksək texnologiyalar, telekommunikasiya, əyləncə və kütləvi informasiya vasitələri sahəsindəki müəssisələrə xidmət qrupu

• Maliyyə institutlarına xidmət qrupu

• Müəssisədəki risklərin idarə edilməsi qrupu  

 

 

Vergi və hüquq məsləhəti

Deloitte qüvvədə olan qanunvericilik tələblərini yerinə yetirərkən vergi öhdəliklərini opimallaşdırmağa, habelə dövlət orqanları ilə mümkün mübahisələrin effektiv həllinə kömək etməklə vergi və hüquq sahəsində bütün xidmətləri təklif edir. Biz müştərilərimizin strategiyasını və biznes məqsədlərini nəzərə almaqla mürəkkəb vergi və hüquq məsələləri üzrə daha optimal həllər tapmağa köməklik edirik.
Bizim departamentdə işləməyi seçməklə, siz müştərilərlə sıx əlaqədə olmaqla vergi və hüquq nöqteyi-nəzərdən biznes effektivliyinin artırılması tapşırıqlarının həllində iştirak edəcəksiniz. İşin mühüm hissəsindən biri də vergi yoxlamaları və müştərilərin vergiyə cəlb edilməsi sisteminin qiymətləndirilməsi layihələri zamanı vergi qanunvericiliyinin norma və tələblərinin yerinə yetirilməsinə nəzarətdən ibarətdir.

Bizim müştərilərimiz iqtisadiyyatın müxtəlif sahələrini təmsil edirlər, bu səbəbdən də departament daxilində çox-funksional sənaye istiqamətləri yaradılmışdır. Həmin sahələr üzrə çalışan mütəxəssislər şirkətlərin fəaliyyət göstərdikləri sahənin xüsusiyyətlərini nəzərə almaqla onlara mürəkkəb məsələləri həll etməkdə yardımçı olurlar:

• maliyyə institutları;

• yüksək texnologiyalar, telekommunikasiya, əyləncə və KİV sektoru;

• dağ-mədən, metallurgiya və enerji sektorları;

• daşınmaz əmlak;

• sənaye sahəsində istehsal və istehlak sektoru.

Vergi və hüquq departamenti yalnız sənaye sahəsi baxımından deyil, eləcə də vergi sahəsində göstərilən xidmətlərdən asılı olaraq 2 qrupa ayrılmışdır:

• Korporativ vergiqoyma qrupu;

• Beynəlxalq vergiqoyma qrupu;

• Birləşmə və qoşulma sahəsində vergi xidmətləri qrupu;

• Bank və digər maliyyə institutları üçün vergi xidmətləri qrupu;

• Vergi mübahisələrinin həlli qrupu;

• Transfer qiymətqoyma qrupu;

• Uçotun aparılması, mühasibat və vergi hesabatının hazırlanması xidmətləri qrupu;

• Fiziki şəxslərin işə cəlb edilməsi, ödənişlər və vergiyəcəlbetmə məsələləri üzrə xidmət qrupu;

• Dolayı vergiqoyma və gömrük məsələləri üzrə qrup;

• Hüquqşünaslar qrupu.

Siz işləmək istədiyiniz departament və sahəni seçə bilərsiniz. Departamentlər və sahələr, onların xüsusiyyətləri və funksiyaları barədə ətraflı məlumatı sizə daha maraqlı olan sahəni seçməkdə məmnuniyyətlə yardımçı olacaq mütəxəssislərimizdən əldə edə bilərsiniz.

Vergi departamentinin peşəkar əməkdaşı olmaq üçün, ilk öncə Sizdən komandada işləmək bacarığı, məqsədyönlülük, öyrənmək bacarığı, peşəkar inkişafa səy göstərmək tələb olunur. Həmçinin uğurlu namizədlər ingilis dilini yaxşı bilməli və əsas tətbiqi proqramlar ilə işləmək bacarığına malik olmalıdırlar. Vergi qanunvericiliyini bilmək və bu sahədə təcrübənin olması üstünlük hesab edilir.


Konsaltinq

Konsaltinq departamenti kompleks idarəetmə həlləri təklif edir və onların tətbiqi üçün Qlobal Deloitte şəbəkəsinin güclü dəstəyindən istifadə edir. Sənaye sahəsi üzrə ixtisaslaşmamız və korporativ idarəetmə sahəsində geniş təcrübəmiz müəssisələrə yeni imkanlardan faydalanmağa və aktiv bazar şəraitində yaranan risklərə, eləcə də müxtəlif ölkələrin qanunvericilik bazasındakı dəyişikliklərə qarşı cavab tədbirləri hazırlamağa kömək edir. «Deloitte» (Konsaltinq Xəbərləri bülletendə verilən məlumata əsasən) dünyada ən güclü strateji konsaltinq praktikasını, həmçinin qlobal miqyasda informasiya texnologiyaları sahəsində 2-ci ən iri konsaltinq praktikasını yaratmışdır.

Bu fəaliyyət istiqaməti üzrə siz müştərilərlə aşağıdakı sahələrdən biri üzrə biznes nailiyyətlərin əldə edilməsi istiqamətində işləyəcəksiniz: informasiya texnologiyaları sahəsində xidmətlər, strategiya və əməliyyat fəaliyyəti, təchizat zəncirinin idarə edilməsi, insan resurslarının idarə edilməsi sahəsində xidmətlər, maliyyə idarəçiliyi üçün konsaltinq xidmətləri və sair. Bunun üçün ilk öncə, komanda şəklində işləmək və effektiv praktiki həllər təklif etmək bacarığı tələb olunur. Layihələr regional və qlobal miqyaslı ola bilər və müştərinin rəhbərliyi ilə sıx əlaqələri tələb edir.

Konsaltinq departamentinin strukturu

• Biznes tətbiqi proqramların tətbiqi və dəstəklənməsi

• Əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi

• Strateji konsaltinq

• Maliyyə idarəçiliyi üçün konsultasiya xidmətləri

• Təchizat zəncirinin idarə edilməsi

• İnsan resurslarının idarə edilməsi sahəsində xidmətlər

• Texnoloji inteqrasiya üzrə xidmətlər

• İnteqrasiya və sənaye sahələri üzrə həllər


·   

Biznesin Dəstəklənməsi departamentləri

Bu departamentlərin işi şirkətin əsas fəaliyyətini təmin etməyə yönəlmişdir. Biznesin dəstəklənməsi departamentlərinə aşağıdakılar aiddir:

• İnsan resursları ilə iş departamenti

• İnformasiya Texnologiyaları departamenti

• Biznesin İnkişafı departamentləri

• Daşinmaz əmlak və korporativ xidmətlər departamenti

• Maliyyə departamenti

İşçilərimizin təkcə şirkətin müştərilərinə peşəkar xidmətlər göstərmək sahəsində deyil, eləcə də biznesin dəstəklənməsi departamentlərində uğurlu karyera qurmaq imkanları vardır. Deloitte-un bütün departamentlərində olduğu kimi inzibati işlərə dair vakansiya üzrə namizədlər üçün bir qrup xüsusi tələblər vardır. Buna şirkət tərəfindən göstərilən xidmətlər haqqında ümumi anlayış, çox-funksional komandada işləmə təcrübəsi, şirkətimizin iş xüsusiyyətini nəzərə almaqla düşünmə, işi anlama və fəaliyyət qabiliyyəti daxildir.

Did you find this useful?