Perspektivlər

Pərakəndə satışın Qlobal gücləri 2014

Kənar Pərakəndə satışı başlayır

İcmal

Global Powers of Retailing (L) adlı hesabatın 17-ci buraxılışında ötən maliyyə ili üzrə dünyadakı ən iri 250 pərakəndə satış müəssisəsi belə müəyyən edilir, lakin satıcılar siyahıda göstəriləndən daha çoxdur. Bundan başqa, hesabatda pərakəndə satış müəssisələrinin öz inkişaf strategiyalarını planlaşdırarkən nəzərə almalı olduqları tendensiyalar aradırılır; pərakəndə satış üzrə qlobal iqtisadi yanaşma təqdim edilir; və “Q” əmsalı – cari maliyyə məlumatı əsasında pərakəndə satış müəssisələrinin gələcək fəaliyyətinə dair nəticə çıxarmaq üsulu müzakirə olunur

Bu ilin hesabatına iki maraqlı məlumat daxil edilmişdir. Hesabatın “Retail Beyond” bölməsində mövcud texnologiyaların necə birləşə biləcəyi və pərakəndə satış müəssisələri ilə istehlakçılar arasındakı mürəkkəb əlaqəni gələcəkdə necə dəyişəcəyi müzakirə edilir. Həmçinin, ilk dəfə olaraq, bu hesabata dünyanın 50 ən iri elektron pərakəndə satış müəssisələrinin siyahısı və təhlili yer almışdır.

 

 

Pərakəndə satışın Qlobal gücləri 2014

İnkişaf etməkdə olan bazarların pərakəndə satış müəssisələri 2012-ci maliyyə ili ərzində yüksək istehlakçı tələbatı ilə qarşılaşmışdır. İnkişaf etmiş bazarların pərakəndə satış müəssisələrinin üzləşdiyi maneələrdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələrin şirkətlərinin daxili inkişafı dinamik şəkildə olmuşdur. İnkişafda olan bazarların pərakəndə satış müəssisələri 2012-ci ildə dünyanın 50 ən sürətlə inkişaf edən pərakəndə satış müəssisələrinin yarıdan çox hissəsini (26), eləcə də Rusiyanın 250 şirkətindən dördünü, Afrika/Yaxın Şərqin yeddi pərakəndə satış müəssisəsindən altısını və Latın Amerikasında yerləşən doqquz şirkətdən altısını təşkil etmişdir.

Deloitte MDB-nin partnyoru Vladimir Biryukov: “Hər ötən ildə Rusiyanın pərakəndə satış müəssisələri dünyanın 250 ən iri müvafiq şirkətlərinin siyahısında öz mövqelərini daha da möhkəmləndirir. Keçən ilin üç və 2012-ci ilin iki şirkəti ilə müqayisədə bu il Rusiyanın dörd pərakəndə satış müəssisəsi reytinqə (X5 Retail Group, Magnit, M.Video və Dixy) daxil edilmişdir. Bundan əlavə, bir neçə pərakəndə satış müəssisəsi, eləcə də Lenta və O'Key demək olar ki reytinqə daxil edilmişlər və böyük ehtimalla növbəti ildə də daxil olunacaqlar. Qeyd etmək lazımdır ki, reytinqə daxil olmuş dörd Rusiya pərakəndə satış müəssisələrinin hər biri aparıcı mövqeyə malik olmuş və dünyanın 15 ən sürətlə inkişaf edən pərakəndə satış müəssisələri sırasında yer almışdır ki, bu da digər ölkələrin bazarları ilə müqayisədə Rusiyanın pərakəndə satış bazarının daha dinamik inkişafını göstərir.”

“Son illər ərzində inkişaf edən iqtisadiyyatlar ən perspektivli pərakəndə satış bazarlarından biri kimi yaranmışdır”, DTTL-in Pərakəndə Satış Departamentinin Qlobal Sektor üzrə Rəhbəri Vicky Eng bildirmişdir. “Latın Amerikasının pərakəndə satış müəssisələri Afrika/Yaxın Şərq regionunun müəssisələrindən sonra pərakəndə satışdan əldə edilən gəlir üzrə 15 faiz artımla irəlidə olmuşdur. Avtomobil və elektronikadan başlayaraq fərdi qulluq vasitələrinə qədər istehlak mallarına tələbatın müşahidə edildiyi inkişaf etməkdə olan bazarlarda pərakəndə satış müəssisələri sayı artan orta səviyyəli istehlakçılara lazımi qaydada xidmət göstərmək məqsədilə öz strategiyalarına dəyişikliklər edirlər.”

Avropada kredit böhranı ilə mübarizə aparmaq üçün görülən ciddi tədbirlərin bir çox Avropa ölkələrində zəif inkişaf və yüksək işsizlik ilə nəticələnməsi regionda yenidən geriləmə dövrünün başlamasına səbəb oldu ki, bu da pərakəndə satışla məşğul olan müəssisələri mürəkkəb ticarət şəraiti ilə üz-üzə qoydu. Almaniyada, xüsusilə də Birləşmiş Krallıqda yerləşən pərakəndə satış müəssisələri ümumilikdə Avropanın ən iri 250 müəssisəsi ilə müqayisədə irəliləyə bilməmişdir. Asiya/Sakit okean regionunun (Yaponiya istisna olmaqla) müəssisələrinin gəliri sabit qalmışdır və əvvəlki illərdə olduğu kimi ikiqat səviyyədə deyildi. Yaponiyanın müvafiq müəssisələri məhvedici 2011-ci maliyyə ilindən sonra dirçələ bildi, lakin araşdırılan digər ölkələr və regionlarla müqayisədə hələ də geri qalırdı.

Amerika Birləşmiş Ştatlarında bu ölkənin 250 ən iri pərakəndə satış müəssisəsi üzrə artım 4.3 faizə qədər azalmışdır. Ümumilikdə Şimali Amerika regionu və xüsusilə Kanada üçün gəlir 24 saat işləyən mağazalara rəhbərlik edən şirkətin və Alimentation Couche-Tard adlı lisenziya təqdim edən şirkətin hesabına yüksəlmişdir. 2012-ci ildə həyata keçirilmiş mühüm birləşmə hesabına Couche-Tard hazırda Kanadanın ən iri pərakəndə satış müəssisəsidir.

Avropada xarici bazarlardan asılılıq artdığı halda inkişaf etməkdə olan bazarlarda yüksək tələbat mövcuddur.

Did you find this useful?