Xidmətlər

İstehlak Məhsulları

Ərzaq, İçki və Kənd Təsərrüfatı məhsulları, Geyim, Şəxsi və Ev əşyaları daxil olmaqla, müxtəlif subsektorlar üzrə çalışan şirkətlərə xidmət göstərən Deloitte İstehlak Məhsulları sənayesində liderdir. İstehlak Məhsulları sahəsi üzrə qrupumuz diqqəti bu sənayenin üzləşdiyi ən vacib məsələlərə yönəldir.

Bir çox məsələlərin həll olunmasında sizə tam dəstək təklif edə bilərik və şirkətiniz üçün xüsusi hazırlanmış praktiki həllərin tətbiqi ilə bağlı lazımi biliklərə və təcrübəyə sahibik.

Azərbaycandakı müəyyən əsas kənd təsərrüfatı müəssisələri spesifik, müştəri tələblərinə uyğunlaşdırılmış konsaltinq həllərinin təmin olunmasını bizə etibar edirlər. Biz, kənd təsərrüfatı avadanlıqlarının istehsalçıları və distribyutorları, bitkiçilik, quşçuluq və maldarlıq sektorunda çalışan müəssisələr və toplu məlumat saxlama, aqroticarət və kənd təsərrüfatı üzrə digər xidmətlər göstərən şirkətlər ilə əməkdaşlıq edərək bütünlükdə aqrobiznesin təchizat kanalı vasitəsilə çalışdığımız şirkətlərin bazardakı aparıcı əməliyyatlarının effektivliyini artırırıq.

Mütəxəssislərdən ibarət kompleks qrupumuz aqrobiznes sektoru üzrə çoxillik təcrübəyə malikdir və aşağıdakılar daxil olmaqla geniş miqyaslı xidmətlər göstərə bilər:

• Audit

• Ümumi yoxlama

• MHBS-ə keçid

• MHBS departamentinin yaradılması

• Transfer qiymətqoymanın sənədləşdirilməsi

• Texniki-iqtisadi təhlil

• Biznes strategiyasının hazırlanması və təkmilləşdirilməsi

• Vergi məsləhəti

• Borc üzrə və hüquqi restrukturizasiya

• Avroistiqrazların buraxılması və vəsaitlərin cəlb edilməsi

• IPO üzrə dəstək

Aqrobiznes

Kənd Təssərüfatı biznesi üçün lazımi məsələlər

  • Biznesin maliyyələşdirilməsi 
  • Maliyyə, vergi və lazımi hüqüqi yardım
  • Səmərəliliyin artması və biznesin yönetebilirliyi 
  • Maliyyə hesabatlarının hazırlanması 

Biz, Azərbaycanda qida və içki istehsalı ilə məşğul olan şirkətlərə peşəkar xidmətlər göstəririk. Belə şirkətlərə qənnadı məmulatları, süd məhsulları, şirələr və tütün sektorunda çalışan müəssisələr daxildir.

Kompleks qrupumuz müxtəlif sənayelər üzrə təcrübəyə malikdir və strategiyanın yaradılması və təkmilləşdirilməsi, təchizat kanalının idarə edilməsi, SAP ERP sisteminin tətbiqi, yerli və beynəlxalq vergi konsaltinqi daxil olmaqla geniş miqyaslı xidmətlər göstərir – iaşə fəaliyyəti ilə bağlı tələblərinizin miqyasından asılı olmayaraq komandamız müvafiq köməkliyi göstərməyə hazırdır.

Qida və İçki