Xəbərlər
Konstruktiv rəy vermək bacarıqları
15-17 fevral 2023
Performansın idarə edilməsinin bir hissəsi olan “feedback” bildirmək mədəniyyətinin performansın yaxşılaşdırılması üçün vacib faktor kimi qəbul edilməsini dəstəkləyən bir çox araşdırma mövcuddur. Lakin “feedback” düzgün şəkildə verilmədikdə işçinin performansına mənfi təsir göstərə bilər.
Təşkilat və şirkətlərdə rəhbər vəzifədə çalışanlar “feedback” verərkən hansı nüansların effektiv və ya yalnış olduğunu başa düşməli və konstruktiv “feedback”-in performansın idarəetmə mədəniyyətinin bir hissəsinə çevrilməsini təmin etməlidirlər.
Bu təlim proqramı yalnış addımlardan qaçmaqla davranış əsaslı «feedback» tətbiq edərək performans mədəniyyətinin inkişaf etdirilməsi və təşkilatlara təşkilati və yerli səviyyədə işçi bağlılığının yaradılması, ölçülməsi və təkmilləşdirilməsinə kömək etmək üçün real həllər təqdim edir.
Təlimdə aşağıdakı mövzular tədris ediləcəkdir:
1. Performansın idarə edilməsi insan resursları strategiyasının əsas prioritetlərindən biri olaraq
Performansın idarə edilməsi anlayışı;
Dərəcələmə, performans idarə edilməsi sistemi və fəaliyyətin ölçülməsi dövrü;
Xətti menecerlərin performans idarə edilməsində yoluna dair beynəlxalq yanaşma;
Ölçmə meyarları. SMART hədəflər. Praktiki tapşırıqlar;
“Check-in” və “Benchmarking” görüşləri və onların nəticələri.
2. Performansın idarə edilməsində rəhbərlərin işçilərlə effektiv ünsiyyətiLiderlik nəzəriyyələri
(Blake and Mouton, Transactional Leadership, Transformational Leadership, Situational Leadership və s.);
İşçilərə mütəmadi olaraq rəyin verilməsi və korporativ ünsiyyət;
Rəhbərlərin mentor və kouç kimi rolu;
Feedback zamanı sual vermək texnikaları;
Harmonizasiya prosesində ortaya çıxan problemlər;
Görüşlərə hazırlıq.
3. DISC. Şəxsi xüsusiyyətlərə görə işçilərin performansının idarə edilməsi və «feedback» verilməsi
Şəxsiyyət tiplərini başa düşməyin vacib üstünlükləri;
DISC fəlsəfəsi;
«D» şəxsiyyət tipi (Dominantlıq)/müşahidə olunan davranışlar;
«I» şəxsiyyət tipi (Təsir)/ müşahidə olunan davranışlar;
«S» şəxsiyyət tipi (Stabillik)/ müşahidə olunan davranışlar;
«C» şəxsiyyət tipi (Komplayens)/ müşahidə olunan davranışlar;
DISC şəxsiyyət tipləri ilə necə ünsiyyət qurmaq olar?Şəxsiyyət tiplərindən asılı olaraq rəy bildirmək.
Təlimin dili: Azərbaycan dili
Təlimin qiyməti: 900 AZN (ƏDV xaric)
Tarix: 15-17 fevral 2023Vaxt: 10:00–16:00 (qeydiyyat 09:30-da başlayır)
Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası
Qeydiyyat üçün qeydiyyat formasını doldurun.Sorğularınızı academy@deloitte.az ünvanına Nərgiz İbrahimovaya göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210, +994502856167