Xidmətlər

Onlayn ekspress təlimlər 

"Qısa zamanda ən vacib olanı öyrən"

Yəqin ki, məşhur sualı eşitmisiniz: “Fili necə yemək olar?”. Bəli, cavab belədir: “Hər dəfə bir loxma dişləməklə”.  Əgər Sizin iş qrafikiniz uzun müddətli təlimlərdə iştirak etməyə imkan vermirsə, ekspress təlim sessiyalarımız məhz Sizin üçündür. Müxtəlif mövzularda təşkil ediləcək interaktiv online təlimlər zamanı ən vacib saydığınız mövzulara vaxt ayırmaqla vaxta qənaət edə bilərsiniz. Deloitte Akademiyası tərəfindən hazırlanan bu kurslar eyni zamanda online öyrənmək vərdişlərinin inkişaf etdirilməsində Sizə dəstək olacaqdır. 

Mövzusundan asılı olmayaraq ekspress sessiyaların bir iştirakçı üçün iştirak haqqı nominal olaraq 150 AZN (ƏDV xaric) təşkil edəcəkdir. Təlimlər müvafiq tarixlərdə saat 10:00–13:00 arasında keçiriləcəkdir. 

 

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları

Əmək münasibətlərində işçi tərəfindən vəzifələrini yerinə yetirilməməsi, hüquqlarından sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərinin tam və ya qismən icra etməməsi və yaxud keyfiyyətsiz yerinə yetirməsi halları ilə qarşılaşa bilərik. Bu halda işçinin intizam məsuliyyətinə cəlb olunma prosesinin düzgün qaydada həyata keçirilməməsi və əmək qanunvericiliyinin müvafiq maddələrinin düzgün tətbiq edilməməsi işəgötürənlər üçün risklər və hüquqi nəticələr yarada bilər. 

İnsan resursları üzrə mütəxəssislər, hüquqşünaslar və rəhbər şəxslər üçün nəzərdə tutulan bu təlimdə aşağıdakı mövzular əhatə ediləcəkdir:

  • İntizam məsuliyyətinin anlayışı və növləriIşçilərə xəbərdarlıqların verilməsi
  • İntizam məsuliyyətinə cəlb edilmənin düzgün rəsmiləşdirilməsi 
  • Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarının analizi və hüquqi nəticələri
  • İntizam tənbehinin vaxtından əvvəl götürülməsi 
  • Praktiki məsələlər və biznes simulyasiyalar

Təlimçi: Şəbnəm Sadiq, Viktoria Karpova, Baş hüquq məsləhətçiləri

Təlimin dili: Azərbaycan dili

Tarix: 12 fevral 2021-ci il 

 

Əmək haqqından tutulmalar

Bu təlim yalnız əmək haqqından tutulan vergilər, sosial sığorta haqları və digər icbari ödəmələrlə  bağlı mövzuları əhatə edəcəkdir. Təlimdə 2021-ci ildə qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən də danışılacaqdır. 

Təlim gündəliyi aşağıdakı kimidir:

  • Muzdlu işlə bağlı gəlir vergisi
  • Sosial sığorta ayırmaları və işsizlikdən sığorta haqqı
  • İcbari tibbi sığorta haqqı
  • Həyatın yığım sığortası hesablamaları və vergiyə cəlb olunması
  • Praktiki tapşırıqlar və biznes simulyasiyalar

Təlimçi: Gülər Əliyeva, Baş vergi məsləhətçisi

Təlimin dili: Azərbaycan dili

Tarix: 17 fevral 2021-ci il 

 

Performansın idarə edilməsində müasir trendlər: rəhbər şəxslər üçün

Müasir araşdırmalar işçilərin rəhbərlərindən aşağıdakıları istədiklərini müəyyən etmişdir:“Vaxt ayır və məni tanı”, “İnkişaf etmək və tövhə vermək üçün şərait yarat”, “Gələcəkdə necə inkişaf edə biləcəyimi mənə göstər”. Bunları uğurla həyata keçirmək və performansın idarə edilməsində müasir yanaşmanı öyrənmək istəyirsinizsə, mütləq bu təlimdə iştirak etməlisiniz. 

Təlim gündəliyi aşağıdakı kimidir:

  • Performansın idarə edilməsi dövrü
  • Performansın idarə edilməsində rəhbərlərin rolu 
  • SMART hədəflərin müəyyən edilməsi
  • DISC. Effektiv rəyin verilməsi 
  • “Check-in”-lərin həyata keçirilməsi
  • Total mükafatlandırma
  • Praktiki tapşırıqlar və biznes simulyasiyalar

Təlimçi: Nərgiz İbrahimova, Deloitte Akademiyasının rəhbəri

Təlimin dili: Azərbaycan dili

Tarix: 24 fevral 2021-ci il

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına Aytən Hacıyevaya göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167. 

Əlaqə

Nərgiz İbrahimova

Nərgiz İbrahimova

Deloitte Akademiyasının rəhbəri

Nərgiz İbrahimova Deloitte Akademiyasının rəhbəri vəzifəsində çalışır.  Nərgiz Bakı Dövlət Universitetini 2008-ci ildə bitirmişdir. O, daha sonar Birləşmiş Krallığın Sertifikatlaşmış İşçi Heyəti və İn... Daha çox