Xəbərlər

"Maliyyə sahəsində vergiqoyma" təlimi

29-30 noyabr 2018-ci il

Maliyyə sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulmuş bu texniki təlimlərin məqsədi əsasən banklardakı, sığorta və lizinq şirkətlərindəki əməliyyatlar üzrə vergiqoyma sisteminin xüsusiyyətlərinə yönələcəkdir.

“Maliyyə sahəsində vergiqoyma” proqramı, bu sahədə çalışan peşəkarlar üçün xüsusilə banklar, sığorta və lizinq şirkətlərində vergitutma barəsində tərtib edilmiş ətraflı təlim proqramıdır.

Proqramın xüsusi olaraq aşağıdakı mövzuları əhatə etməsi nəzərdə tutulmuşdur:

  • Azərbaycan vergi sisteminə giriş – ümumi anlayışların təhlili, vergi yoxlamaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və öhdəlikləri, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər məsələlər; 
  • Bank, sığorta və lizinq şirkətlərinin mənfəət vergisi üzrə öhdəliklərinin hesablanması və hesabatların verilməsi üçün bütün əsas məsələləri, o cümlədən, lakin aşağıdakılarla məhdudlaşmayan: 
    • Bank, sığorta və lizinq şirkətlərinin gəlir və xərclərinin tanınması;
    • Komissiya və faiz gəlirləri, maliyyə lizinqindən əldə edilən gəlirlər, habelə törəmə maliyyə vasitələri, faktorinq, sığorta və təkrarsığorta, o cümlədən subroqasiya gəlirləri, sığorta ehtiyatlarının azaldılması və digər gəlirlər daxil olmaqla bütün növ maliyyə institutlarının vergiyə cəlb olunan gəlirlərinin təsnifatı;
    • Maliyyə institutlarının xərclərinin, o cümlədən kreditlər üzrə ehtiyatlar, sığorta ehtiyatları, sığorta və təkrarsığorta və digər xərclərin gəlirdən çıxılması xüsusiyyətləri.  
  • Maliyyə və qeyri-maliyyə xidmətlərini əhatə etməklə bank, sığorta və lizinq şirkətlərinin əlavə dəyər vergisi üzrə öhdəliklərinin müəyyən edilməsi istiqamətində müzakirələr;
  • Ödəmə mənbəyindən vergitutma konsepsiyasının izahı, habelə rezident və qeyri-rezidentlərə edilən müxtəlif ödənişlərin vergiyə cəlb edilməsinin təhlili;
  • Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və bəyan edilməsi;
  • Əmlakın vergiyə cəlb edilməsi, vergitutma bazasının müəyyən edilməsi, azadolmaların tətbiqi və əmlak vergisi üzrə qanunvericiliyinin tələblərinə riayət; 
  • Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması və daşınmaz əmlakın satışını əhatə etməklə sadələşdirilmiş verginin ümumi icmalı;
  • Beynəlxalq vergi aspektləri, habelə Transfer Qiyməti üzrə Qaydalar və İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin müddəaları.

 

Maliyyə sahəsində vergiqoyma təliminin proqramı

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlimlər 29-30 noyabr 2018-ci il tarixində keçiləcək, saat 14:00-da başlayacaq və 18:00-a kimi davam edəcəkdir.

Ünvan

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir. 

Təlimin qiyməti 

İstənilən şəxs bir və ya bir neçə modul üçün qeydiyyatdan keçə bilər. Hər modul üzrə iştirak haqqı 750 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Bir neçə təlim mövzusu üzrə qeydiyyatdan keçmiş şəxslərə seçilən hər əlavə təlim üçün 20% endirim təklif olunacaq.

Qrup şəklində iştirak üçün 20% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

13 oktyabr tarixinədək qeydiyyatdan keçmiş şəxslərə hər təlim üçün 10% endirim təklif olunacaq.

Qeydiyyatdan keçmiş şəxsə bir neçə kateqoriya üzrə endirim düşərsə, yalnız ən yüksək endirim faizi tətbiq olunacaq.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Qeydiyyat üçün son tarix - 22 noyabr 2018-ci il.

Hər modulun sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?