Xəbərlər

"Azərbaycan vergi sisteminə giriş və sistemin ümumi icmalı" təlimi

14-16 noyabr 2018-ci il 

Deloitte Akademiyası vergi sahəsi üzrə peşəkarlar və az təcrübəyə malik şəxslərin Azərbaycanın vergi sistemi haqqında biliklərini artırması üçün xüsusi təlim təqdim edir.

“Azərbaycan vergi sisteminə giriş və sistemin ümumi icmalı” Azərbaycan vergi sisteminin bütün əsas aspektlərini ətraflı şəkildə əhatə edən təlim proqramıdır. 

Proqramın xüsusi olaraq aşağıdakı məsələləri əhatə etməsi nəzərdə tutulmuşdur: 

  • Azərbaycan vergi sisteminə giriş – ümumi anlayışlar, vergi yoxlamaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və öhdəlikləri, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər məsələlər;
  • Bütün əsas nəzəri və praktiki məsələləri əhatə etməklə mənfəət vergisi üzrə öhdəlik – öhdəliyin hesablanması və hesabatların verilməsi (gəlir və xərclərin tanınması, mənfəət vergisindən azadolmalar, amortizasiya və təmir xərcləri, zərərin gələcək dövrə keçirilməsi, bazar qiyməti), praktiki məsələlər və vergi optimizasiyası üzrə imkanlar;
  • Əlavə dəyər vergisi konsepsiyasının izahı və ƏDV üzrə öhdəliyin dəqiq qiymətləndirilməsi üçün əsas məsələlərin müzakirəsi;
  • Əmlakın vergiyə cəlb edilməsi, vergitutma bazasının müəyyən edilməsi, azadolmaların tətbiqi və əmlak vergisi üzrə qanunvericiliyinin tələblərinə riayət; 
  • Azərbaycan mənbəyindən gəlir konsepsiyası və ödəmə mənbəyindən tutulan verginin tətbiqi;  
  • Sadələşdirilmiş vergi və digər (aksiz vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi) vergilərin ətraflı müzakirəsi;
  • Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqların hesablanması və bəyan edilməsi; 
  • Beynəlxalq vergi aspektləri, habelə Transfer Qiyməti üzrə Qaydalar və İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin müddəaları.

 

Azərbaycan vergi sisteminə giriş və sistemin ümumi icmalı təliminin proqramı

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlimlər 14-16 noyabr 2018-ci il tarixində keçiləcək, saat 14:00-da başlayacaq və 18:00-a kimi davam edəcəkdir.

Ünvan 

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir. 

Təlimin qiyməti 

İstənilən şəxs bir və ya bir neçə modul üçün qeydiyyatdan keçə bilər. Hər modul üzrə iştirak haqqı 750 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Bir neçə təlim mövzusu üzrə qeydiyyatdan keçmiş şəxslərə seçilən hər əlavə təlim üçün 20% endirim təklif olunacaq.

Qrup şəklində iştirak üçün 20% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

Qeydiyyatdan keçmiş şəxsə bir neçə kateqoriya üzrə endirim düşərsə, yalnız ən yüksək endirim faizi tətbiq olunacaq.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Qeydiyyat üçün son tarix - 5 noyabr 2018-ci il.

Hər modulun sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?