Xəbərlər

HR mütəxəssislər üçün təqdimat bacarıqları

4, 10 noyabr 2021

Deloitte Azərbaycan Akademiyası tərəfindən hazırlanmış növbəti təlim HR komandalarının ən çox ehtiyac duyduğu mövzularda təqimat bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur. Təlim proqramına həm Power Point-də təqdimatların hazırlanması, həm də onların əyani və virtual olaraq təqdim edilməsi üzrə hazırlıq daxildir.

Təlim müddətində praktiki tapşırıqları həll etməklə aşağıdakıları öyrənəcəksiniz:

  • Big picture design.
  • Power Point-də müasir slaydların hazırlanması üçün lazım olan əsas
    funksiyalar: Slide master, Gridlines, Animation, Crop, Smart Art, Infographics,
    Hyperlink, Icons, Eye dropper və s.
  • Təqdimatda hansı inofoqrafika və şəkillərdən istifadə etmək olar? 
  • Virtual  və əyani təqdimat bacarıqları.

Təlim üç hissədən ibarət olmaqla həyata keçirilir:

1. Təlimin əsas hissəsi.

2. Ev tapşırığı üzrə hazırlıq. Bu hissədə hər bir təlim iştirakçısı üçün individual 30-45 dəqiqə vaxt ayrılır (bu vaxt təlim saatlarına daxil deyildir).

3.  Təlim iştirakçılarının təqdimatları və qrup üzvləri tərəfindən qiymətləndirmə.

Təlimin dili: Azərbaycan dili

Təlimin tarixi: 4, 10 noyabr 2021-ci il

Təlimin qiyməti: 350 AZN (ƏDV xaric).

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167. 

Did you find this useful?