Xəbərlər
MHBS 16: İcarə
Maliyyə peşəkarları üçün nəzərdə tutulmuş MHBS 16 praktiki təlimi aşağıda təqdim edilən məsələləri və praktiki tapşırıqları əhatə edir:
• İcarə müqaviləsinin müəyyən edilməsinin əsas xüsusiyyətləri, o cümlədən:
- Müəyyən olunmuş aktiv
- Bütün iqtisadi mənfəətləri əldə etmək hüququ
- Aktivlərin istifadəsinə nəzarət
• İcarə müqavilələrinin müxtəlif komponentləri və bu komponentlərin ayrılması və uçotda əks etdirilməsi qaydaları
• İcarə müqavilələsi üzrə icarə ödənişləri, icarə müddəti və diskont dərəcəsi kimi əsas xüsusiyyətlərinin və onların müəyyən edilməsi ilə bağlı əsas mühakimələr
• İcarə aktivinin və öhdəliyinin ilkin tanınması və sonrakı uçotu
• Keçid tələbləri və azadolmaları.
Proqram Azərbaycan dilində keçiriləcək, lakin təqdimat materialları İngilis dilində hazırlanacaq. Təlimçi İngilis dilində maliyyə terminlərindən istifadə edəcəkdir.
Təlim cədvəli və qiymət
Tarix və saat
Səkkiz saatlıq təlim proqramı saat 09:00-dan 18:00-dək keçiriləcəkdir.
Ünvan
Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.
Təlimin qiyməti
İştirak haqqı 800 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.
Qrup şəklində iştirak üçün 15% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.
Fasilə
Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.
Qeydiyyat
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.
Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.