Xəbərlər

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları

12 fevral 2021

Əmək münasibətlərində işçi tərəfindən vəzifələrini yerinə yetirilməməsi, hüquqlarından sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərinin tam və ya qismən icra etməməsi və yaxud keyfiyyətsiz yerinə yetirməsi halları ilə qarşılaşa bilərik. Bu halda işçinin intizam məsuliyyətinə cəlb olunma prosesinin düzgün qaydada həyata keçirilməməsi və əmək qanunvericiliyinin müvafiq maddələrinin düzgün tətbiq edilməməsi işəgötürənlər üçün risklər və hüquqi nəticələr yarada bilər.

İnsan resursları üzrə mütəxəssislər, hüquqşünaslar və rəhbər şəxslər üçün nəzərdə tutulan bu təlimdə aşağıdakı mövzular əhatə ediləcəkdir:

  • İntizam məsuliyyətinin anlayışı və növləri
  • Işçilərə xəbərdarlıqların verilməsi
  • İntizam məsuliyyətinə cəlb edilmənin düzgün rəsmiləşdirilməsi
  • Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarının analizi və hüquqi nəticələri
  • İntizam tənbehinin vaxtından əvvəl götürülməsi 
  • Praktiki məsələlər və biznes simulyasiyalar

Təlimçi: Şəbnəm Sadiq, Viktoria Karpova, Baş hüquq məsləhətçiləri

Təlimin dili: Azərbaycan dili

Qitmət: 150 AZN (ƏDV xaric) 

Tarix: 12 fevral 2021-ci il 

Saat: 10:00–13:00 

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına Aytən Hacıyevaya göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167. 

Did you find this useful?