Xəbərlər

Kiber və İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi  

23-24 sentyabr 2021

Praktiki təlim

Mövcud qloballaşma sürəti və biznes proseslərinin daim genişlənən rəqəmsallaşması şirkətlərin İT riskləri idarəetmə təcrübələrini müştərilərin və tənzimləyici orqanların diqqət mərkəzinə qoymuşdur.

Müştərilərin və tənzimləyici orqanların tələblərini yerinə yetirməyə davam edərkən real vaxt rejimində hərtərəfli məlumatın verilməsini təmin edə bilmək üçün şirkətlər təsnifləşdirmə, etiketləmə və məlumata girişə nəzarət yolu ilə aktivlərini qorumaq üçün əllərindən gələni etməlidirlər. Bu, biznes məlumatlarının məxfiliyini qorumaq, davamlılığı təmin etmək, bazarda rəqabətlilik verən üstünlükləri təmin etmək və əsas səriştələrin itirilməsinin qarşısını almaq üçün açardır. 

Deloitte Akademiyası bu təlimi kiber təhlükəsizlik peşəkarları, əməliyyat və kiber risklər üzrə mütəxəssislər və İT təhlükəsizlik auditorları üçün hazırlamışdır.

Kursun sonunda siz aşağıdakı bacarıqları əldə edəcəksiniz:  

• Müxtəlif kiber təhlükəsizlik idarəetmə yanaşmalarını başa düşmək və onları müxtəlif əməliyyat modellərinə uyğunlaşdırmaq.

• Məlumat aktivlərinin təşkilatlara təsirini müəyyənləşdirmək və qiymətləndirmək.

• Təşkilatlar daxilində məlumat aktivləri üçün təhlükə yaradan kiber riskləri qiymətləndirmək və idarə etmək.

• Təşkilatlar üçün kiber təhlükəsizlik siyasətlərini və prosedurlarını hazırlamaq.

Tarix və saat: 23-24 sentyabr 2021-ci il

saat 09:00-18:00, (qeydiyyat saat 08:30-da başlayır)

Təlimin dili: Rus dili

Təlimin qiyməti: 1200 AZN (ƏDV xaric). 

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167. 

Did you find this useful?