Xəbərlər

Korporativ hüquq və korporativ maliyyə 

2 mart 2023

Praktiki təlim

Qlobal normativ-hüquq mühitinin inkişaf etməsi və müəssisələrin təşkilati strukturlarının mürəkkəbləşməsi nəticəsində şirkətlərdə belə çətinliklərin idarə edilməsi  və risklərin minimumlaşdırılması, habelə tənzimləyici mühitin idarə edilməsi üçün  müvafiq sahə üzrə mütəxəssilərin hazırlanmasına ehtiyac yaratmışdır.

Bunu nəzərə alaraq, praktiki yanaşmaya malik olan təcrübəli məsləhətçi kimi,  hüquqşunaslar və korporativ katiblər üçün yeni təlim proqramı hazırladığımızı elan etməkdən məmnunluq duyuruq. 

Bu təlimdə aşağıdakıları öyrənəcək və praktiki tapşırılara biliklərimizi möhkəmləndirəcəyik:

1. Korporativ İdarəetmə:

  • İştirakçılar (Səhmdarlar) Müqaviləsi və Nizamnamə
  • Ümumi Yığıncağın rolu və səlahiyyətləri
  • İştirakçıların (səhmdarların) ümumi yığıncaqların keçirilməsi qaydaları, qərar qəbuletmə, səsvermə
  • Müşahidə (Direktorlar) Şurası – nəzarət yoxsa idarəetmə?
  • İştirakçıların (səhmdarların) ümumi yığıncağı, nəzarətedici orqan və idarəedici orqan arasında səlahiyyət bölgüsü
  • İdarə Heyəti: tərkibi və strukturu
  • Direktorun öhdəlikləri, Maraqların toqquşması
  • Azlıq təşkil edən iştirakçıların (səhmdarların) hüquqlarının qorunması
  • Birgə müəssisələrdə təşkilati idarəetmə ilə bağlı məsləhətlər
  • Şirkət katibinin rolu
  • Daxili Audit və Audit Komitəsi

2.  Korporativ Maliyyə məsələləri:

  • Səhmin növləri, səsvermə hüquqları, səhm buraxılışı, səhmin geri alınması və ya səhmin geri çağırılması (tələb olunması)
  • Nizamnamə kapitalının artırılması/azaldılması
  • Gəlirlərin bölüşdürülməsi

 

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 800 AZN (ƏDV xaric)

Tarix: 2 mart 2023

Vaxt: 09:30–18:00 (qeydiyyat 09:00-da başlayır)

Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər ofisi 

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına Nərgiz İbrahimovaya göndərin, və ya bizimlə əlaqə saxlayın: +994124041210,  +994502856167

Did you find this useful?