Xəbərlər

Korporativ idarəetmə

19-21 fevral 2024-cü il

Praktiki təlim

“Korporativ idarəetmə” mövzusu ilə maraqlananlar üçün hazırda dinamik dövrdür. Son onillikdə baş verən hadisələr idarə heyətinin rolu, rəhbər işçilərin mükafatlandırılması, strateji nəzarət və sair kimi idarəetmənin müxtəlif aspektlərinə yönəlmiş mövzularda bir sıra məqalə və analitik hesabatların nəşri ilə nəticələnmişdir. Buna baxmayaraq, bir çox müəssisələrdə direktorlar şurası aşağıdakılar daxil olmaqla bəzi əsas suallara hələ də cavab tapa bilməyiblər:

•  Şirkətin korporativ idarəetmə proqramında idarə heyətinin rolu nədən
ibarətdir?

•  Nəzarətin srategiya və risk kimi mühüm sahələrində məhz hansı fəaliyyətləri yerinə yetirməliyik?

Belə məsələlərin həllini asanlaşdırmaq üçün nəzərdə tutulmuş Deloitte Akademiyası korporativ idarəetmə haqqında geniş təfərrüatlı təlim proqramı təklif edir. Təlim effektivlik və səmərəliliyi artırmaq məqsədilə potensial imkanların tez bir zamanda müəyyən edilməsində idarə heyəti və rəhbərlərə yardımçı olan alətləri formalaşdırmaq məqsədi daşıyır.

“Korporativ idarəetmə” mövzusunda təlim proqramı aşağıdakı mövzuları əhatə edir:

•    Korporativ idarəetmə termininin mənşəyi;

•    Korporativ idarəetmə anlayışları;

•    Korporativ idarəetmə nəzəriyyələri;

•    Əsas korporativ idarəetmə terminləri;

•    Korporativ idarəetmə yanaşmaları;

•    Korporativ idarəetmənin prinsipləri;

•    Korporativ idarəetmə modelləri;

•    Böyük Britaniyanın korporativ idarəetmə qaydaları və idarə heyətinin effektivliyinə dair təlimat:

  •     İdarə heyətinin tərkibi, davamçılar və qiymətləndirmə;
  •     Audit, Risk və Daxili nəzarət;
  •     Mükafatlandırma və namizədlərin irəli sürülməsi.

•   Sədrin rəhbərliyi;

•   İdarə heyətinin dinamikliyi;

•   Korporativ Katibin vəzifə və öhdəlikləri;

•   İdarə heyətinin gündəliyi;

•   Deloitte-da korporativ idarəetmə üzrə 9 meyar.

 

Təlimin dili: İngilis dili

Təlimin qiyməti: 800 AZN (ƏDV xaric).

Tarix: 19-21 fevral 2024-cü il

Vaxt: 09:00–18:00 (qeydiyyat 08:30-da başlayır)

Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər ofisi

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210.

Did you find this useful?