Xəbərlər

Maliyyə hesabatlarının təqdimatı

28-29 yanvar 2021

Praktiki təlim

Güclü təqdimat bacarıqları maliyyə, mühasibat, audit, risk, daxili nəzarət, satınalma, əmək haqqı və vergi sahəsində çalışan mütəxəssislər, habelə maliyyə məlumatları ilə məşğul olan menecer üçün çox vacibdir.

2030-cu ilədək bütün iş yerlərinin üçdə ikisini insanlarla əlverişli ünsiyyət qurma  bacarıqlarını tələb edən peşələr tutacaq.

Müxtəlif bacarıqlar toplusuna malik olan işçi heyəti müəssisədə uğurlu biznesin və iqtisadi səmərəliliyin təminatçısıdır. Yüksək ixtisaslı kadrları olan müəssisələr daha innovativ və inkişaf yönümlü nəticələr əldə edir.  

Beləliklə, Deloitte MDB Akademiyası, Azərbaycanın iş icmasının ən çox müraciət etdiyi bu təlimi elan etməkdən məmnunluq duyur.

Maliyyə hesabatlarını, nəticələri və ya təhlilləri daha effektiv şəkildə təqdim etməyi öyrənmək istəyirsinizsə, bu onlayn proqram aşağıdakıları əhatə edir:

• İşgüzar Ünsiyyət üzrə Beynəlxalq Standartlar (qrafiklər və cədvəllərin düzgün konseptual, perseptual və semantik dizaynı) və onların məlumatların vizuallaşdırılmasında istifadəsi

• Cədvəllər, qrafiklər, diaqramlar və izahlı qeydlər necə hazırlanır

• Hesabatın quruluşu və məzmunu necə formalaşır

• Tez-tez yol verilən qrammatik, punktuasiya və stilistik səhvlərdən necə yayınmaq olar

• MS Excel və MS PowerPoint proqramlarının istifadə olunduğu praktiki hallar

Bu macəraya qoşulmaq şansınızı qaçırmayın!

Təlim Rus dilində keçirilir.

Bir nəfər üçün iştirak haqqı: 600 AZN (ƏDV xaric).

Tarixi: 28-29 yanvar, 2021-ci il

Bakı vaxtı ilə saat 15:00–18:00-də (GMT +4) (qeydiyyat saat 14:45-də başlayır)

Qeydiyyatdan keçmək üçün +994124041210 telefon nömrəsindən Aytən  Hacıyeva ilə əlaqə saxlayın və yaxud  academy@deloitte.az elektron ünvanına məktub göndərin.

Did you find this useful?