Xəbərlər

"Maliyyə sahəsində çalışmayan peşəkarlar üçün maliyyə" təlimi

Proqram insan resursları, marketinq, satış, logistika, hüquq və sair sahələrdə çalışan və maliyyə biliklərini artırmaq istəyən peşəkarların maliyyə biliklərini artırmaq üçün nəzərdə tutulmuşdur.

Təlimin yekununda öyrənəcəksiniz:

• Maliyyə və mühasibatlığın əsasları

• Maliyyə dilində danışmaq

• Maliyyə hesabatlarının strukturu

• Şirkətin maliyyə hesabatlarını anlamaq, təhlil etmək və çalışdığı sahə üzrə nəticələr çıxarmaq.

• Büdcənin hazırlanması.

• Rəhbərlərin verdiyi qərarların şirkətin maliyyə göstəricilərinə necə təsir edəcəyini anlamaq və hədəflərə nail olmaq üçün həllər təklif etmək



Təlim aşağıdakı mövzuları əhatə edir:

• Əsas anlayışlar

• Maliyyə hesabatlarının strukturu. Balans bərabərliyi

• Balansın təhlili, tanınmış şirkətlərin nümunəsində balansın strukturu

• Mənfəət və zərər haqqında hesabat. Gəlir və xərclərinin tanınması

• Mənfəət, EBİTDA, əməliyyat mənfəəti, EBİT və xalis mənfəətin bölüşdürülməsi

• Tanınmış şirkətlərin nümunəsində müəssisə aktivlərinin strukturu və dinamikası

•  Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Hesabatın strukturu və tərtibi üsulları

•  Fəaliyyət nəticələrinin təhlili

•  Əmsalların nəzərdən keçirilməsi: fəaliyyətin effektivliyi, aktivlərin rentabelliyi, maliyyə dayanıqlılığı və likvidlik

•  Dövriyyə kapitalının idarə edilməsi: Əməliyyat dövriyyəsi və pul vəsaitlərinin dövriyyəsi

•  Müxtəlif sənaye sahələri üzrə  tanınmış şirkətlərin nümunəsində müvafiq təhlilin aparılması, əsas nəticələrin əldə edilməsi

•  Müəssisə büdcəsinin tərtibi. Maliyyə planlaması və büdcələşdirmə sistemi

•  Büdcə hesablamalarının ardıcıllığı

•  Büdcə təhlili

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlim 21, 22, 25, 26 noyabr 2019-cu il tarixlərində keçiriləcəkdir:

21 noyabr: 09:00- 13:00

22 noyabr: 14:00- 18:00

25 noyabr: 14:00- 18:00

26 noyabr: 09:00- 13:00

Ünvan 

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir. 

Təlimin qiyməti 

İştirak haqqı 650 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Qrup şəklində iştirak üçün 15% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Qeydiyyat üçün son tarix – 8 noyabr 2019-cu il.

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?