Xəbərlər

"Neft-qaz sənayesində vergiqoyma" təlimi

6-7 dekabr 2018-ci il

Bu təlim neft-qaz sənayesi üzrə neftçıxarma və neft-mədən xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatları təmsil edən peşəkarlar üçün tövsiyə edilir.

“Neft-qaz sənayesində vergiqoyma” proqramı hasilat, daşınma, emal və digər neft-qaz xidmətləri sahəsində çalışan peşəkarlar üçün tərtib edilmiş ətraflı təlim proqramıdır.  

Proqramın xüsusi olaraq aşağıdakı mövzuları əhatə etməsi nəzərdə tutulmuşdur:

  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS), Risk Xidməti Sazişləri (RXS) və Əsas İxrac Boru Kəməri Sazişləri (ƏİBKS) üzrə rejimə giriş - əsas anlayışların təhlili, mövcud vergi rejimlərinin müqayisəsi;
  • HPBS və RXS üzrə Podratçı tərəflərin və ƏİBKS üzrə İştirakçıların mənfəət vergisi öhdəliklərinin hesablanması üçün nəzərə alınmalı olan əsas məqamlar; 
  • Ödəmə mənbəyindən vergitutma konsepsiyasının izahı, HPBS və RXS üzrə ödəmə mənbəyindən vergitutmanın tətbiqinin və praktiki məsələlərin ətraflı müzakirəsi; 
  • ƏDV-dən 0% dərəcəsi ilə azadolma və onun tətbiqi, ƏDV-dən azadolmanın təsdiqinin inzibatçılığı, ƏDV-dən 0% dərəcəsi ilə azadolmanın tətbiq olunmadığı hallarda ƏDV-nin əvəzləşdirilməsinin xüsusiyyətləri;
  • Əməkdaşların vergiyə cəlb edilməsinin əsaslarını təşkil edən şəxsi gəlir vergisinin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və bəyan edilməsi; 
  • Gömrük rüsumlarına dair ümumi icmal, tətbiq olunan azadolmalar, idxal-ixrac rüsumları və vergilərindən azadolmanın tətbiqi və praktiki məsələlərin müzakirəsi.

 

Neft-qaz sənayesində vergiqoyma təliminin proqramı

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlimlər 6-7 dekabr 2018-ci il tarixində keçiləcək, saat 14:00-da başlayacaq və 18:00-a kimi davam edəcəkdir.

Ünvan

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir. 

Təlimin qiyməti 

İstənilən şəxs bir və ya bir neçə modul üçün qeydiyyatdan keçə bilər. Hər modul üzrə iştirak haqqı 750 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Bir neçə təlim mövzusu üzrə qeydiyyatdan keçmiş şəxslərə seçilən hər əlavə təlim üçün 20% endirim təklif olunacaq.

Qrup şəklində iştirak üçün 20% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

Qeydiyyatdan keçmiş şəxsə bir neçə kateqoriya üzrə endirim düşərsə, yalnız ən yüksək endirim faizi tətbiq olunacaq.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Qeydiyyat üçün son tarix - 28 noyabr 2018-ci il.

Hər modulun sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?