Xəbərlər

Plan. Büdcə. Proqnozlaşdırma. Nəzarət

13 - 14 sentyabr 2022

Praktik təlim

Artmaqda olan daxili və xarici çətinlikləri nəzərə alaraq bügün harada olduğumuzu, sabah harada olmaq istədiyimizi və bütün bunlara nail olmaq üçün hansı addımları atmalı olduğumuzu anlamaqdan daha vacib nə ola bilər? Qlobal maliyyə böhranından qaynaqlanan makroiqtisadi çətinliklərlə yanaşı, maraqlı tərəflərin və müştərilərin artan tələbləri göstərir ki, PBF prosesləri müəssisələrə artıq əvvəlki kimi effektiv xidmət göstərmir.

Beləliklə də, miqyasından, fəaliyyət sahəsindən və ya növündən asılı olmayaraq hər bir müəssisə üçün proqnozlaşdırma və büdcə planlamasının nə qədər əhəmiyyətli olduğunu nəzərə alaraq Deloitte Akademiya növbəti təlim sessiyasını Büdcə sahəsində yeni tendensiyaların öyrənilməsinə həsr edəcək.  

•     Şirkətin strategiyası və büdcəsi necə əlaqələndirilir?;

•     Standart büdcələmə mərhələləri, yanaşmaları və metodları;

•      Məsuliyyət mərkəzləri (məsul sahələr) üzrə büdcələmə və büdcənin müxtəlif növləri;

•      Büdcə nəzarəti;

•      Müxtəlif risklər və onların büdcəyə təsiri;

•      Riskə əsaslanmış büdcələrin tətbiqi;

•      Büdcə göstəricilərinə təsir edən risklərin qiymətləndirməsi modeli necə işləyir?

Təlim maliyyə və mühasibat uçotu sahəsində çalışan mütəxəssislər, eləcə də strateji planlaşdırma və büdcələmə ilə məşğul olan müvafiq sahə menecerləri üçün nəzərdə tutulmuşdur. Təlim müxtəlif sənaye sahələrinə xidmət göstərən maliyyə və risk məsləhəti sahəsində təcrübəli ekspertlər tərəfindən həyata keçiriləcəkdir.   

Sessiya zamanı analitik metodlar, praktiki tapşırıqlar və misallar təqdim olunacaq və praktiki nümunələr real şəraitdə təlim sahələrini, metodlarını və vasitələrini əks etdirəcək. Qrup müzakirələri təcrübə və fikir mübadiləsinə yardımçı olmaqla yanaşı komanda şəklində interaktiv araşdırmalar və tapşırıqlar təcrübədə toxunulmuş mövzuları bərkidəcək. Bundan başqa iştirakçılar hər zaman bizim təlimləri əyləncəli olduqları üçün çox bəyənirlər.  

Bu macəranın bir parçası olmaq fürsətini əldən verməyin!

İştirak haqqı (1 nəfər): 800 AZN (ƏDV daxil). 

Tarix: 13 - 14 sentyabr 2022-ci il

Vaxt: 13 sentyabr 09:00–18:00 (qeydiyyat 08:30-da başlayır)

 14 sentyabr 09:00–15:00

Ünvan: Bakı Ağ şəhər Ofis Binası, Bakı şəhəri, 8 Noyabr pr. 25E

Qeydiyyatdan keçmək üçün +994 12 404 12 10 nömrəsi və ya academy@deloitte.az e-poçt ünvanı vasitəsilə əlaqə yarada bilərsiniz. 

 

Did you find this useful?