Xəbərlər

Təlimçilərin təlimi

14, 16, 21 may 2024-cü il

Virtual və əyani təlimlərin keçirilməsi üzrə təlimçilərin təlimi

Deloitte İnsan Kapitalı Trendləri üzrə son hesabatı göstərir ki, sorğuda iştirak edənlərin 69 faizi təşkilatların inkişafı üçün iş yerlərinin yenidən dizayn edilməsini vacib hesab edir, 32 faizi isə iş yerlərini əsaslı şəkildə dəyişdirməyə hazır olduqlarını bildirir. (Deloitte Human Capital Trends, 2021)
Peşəkar bacarıqların əksəriyyətinin tez-tez dəyişdiyi və resurs məhdudiyyətlərinin kəskinləşdiyi dövrdə təşkilatlar bu problemlə necə mübarizə apara bilərlər? Öyrənmə mədəniyyətinin yaradılması təşkilatlar üçün daha bacarıqlı və çevik işəgötürənə çevrilmənin açarıdır.


Bu prosesdə daxili təlimçilərin rolu xüsusilə vacibdir. Onlar təşkilat daxilində davamlı öyrənmə prosesində bilavasitə rol oynamaqla yanaşı, məhsuldarlığın və gəlirliliyin artmasına, dəyişikliklərə asan uyğunlaşmağa və təşkilati mədəniyyətin formalaşmasına zəmin yaradır.


Bu təlim şirkətlərin daxili təlimçiləri üçün nəzərdə tutulmuşdur. Proqram təlimlərin keçirilməsi ilə bağlı yeni trendləri, o cümlədən, Brain Targeted Learning, Big picture design, vizuallaşma, əyani və virtual təqdimat bacarıqları, Power Point-də iş, Jamboard, Google Docs və sair online resurslardan istifadə etməklə interaktiv əyani, virtual və ya hibrid sessiyaların hazırlanmasını əhatə edir. 

Təlimin sonunda Siz:
  • Yeni təlim proqramı hazırlayacaqsınız;
  • Təlim proqramını dizayn edəcəksiniz;
  • Təlimin keçirilməsi zamanı müasir pedoqoji yanaşmaları tətbiq edə bilmək;
  • Hazırladığınız proqramı təqdim edəcək və konstruktiv rəy alacaqsınız.
 
Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 800 AZN (ƏDV xaric).

Tarix və saat: 14, 16, 21 may 2024-cü il, saat 09:00-18:00

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210. 

Did you find this useful?